Marqarita Annenskaya — Vikipediya

Marqarita Annenskaya
Doğum tarixi
Doğum yeri Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti gürcü
Fəaliyyəti teatr aktrisası
Fəaliyyət illəri 1916-cı ildən
Teatr Azərbaycan Dövlət Rus Dram Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1956 "Şərəf nişanı" ordeni

Marqarita Matveyevna Annenskaya (30 iyul 1896, Tiflis11 yanvar 1967, Bakı) — rus əsilli Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1956)

Səhnə fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Marqarita Annenskaya 30 iyul 1896-cı ildə Tiflisdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildə Tiflis Xalq Teatrında başlamış, sonralar Tiflisin digər teatrlarında işləmiş, Armavir və Tula şəhərlərində çıxış etmişdir. 1930–1937-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur.

Əsas rolları: Panova ("Lyubov Yarovaya", K.Trenyov), Nadejda ("Sonuncular", M. Qorki), Elmira ("Tartüf", J.B. Molyer), Anna Karenina ("Anna Karenina", L. Tolstoy), Oliviya ("On ikinci gecə", U. Şekspir), Mariya Aleksandrovna ("Ailə", İ. Popov), Klavdiya Vasilyevna ("Şadlıq sorağında", V. Rozov), nənə ("Ağaclar ayaq üstə ölür", A. Kasona) və s. M. Annensakayanın yaratdığı obrazlar üçün bütövlük, səmimilik, incə yumor səciyyəvi idi.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 516. ISBN 978-9952-441-02-4.