Mark Avreli — Vikipediya

Mark Avreli
lat.Marcus Aurelius Antoninus
lat. Marcus Aurelius Antoninus
bayraq
XVI Roma İmperatoru
bayraq2

8 mart 161 – 17 mart 180
8 mart 161 – 7 mart 169 (Lusi Ver ilə birlikdə)
169 – 177 (təkbaşına)
177 – 17 mart 180 (Kommod ilə birlikdə)
ƏvvəlkiAntonin Piy
SonrakıKommod
Şəxsi məlumatlar
Doğum adı Marcus Catilius Severus Annius Verus
Doğum tarixi 26 aprel 121[1]
Doğum yeri
Vəfat tarixi 17 mart 180[2][1] (59 yaşında)
Vəfat səbəbi taun
Dəfn yeri
Fəaliyyəti siyasətçi, filosof, yazıçı, monarx
Atası Anni Ver
Anası Domitia Luçilla
Həyat yoldaşı Gənc Faustina
Uşaqları Kommod, Luçilla (daha 13 uşaq)
Dini Qədim Romada din
Elmi fəaliyyəti
Elm sahəsi fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mark Avreli (lat. Marcus Aurelius Antoninus, 26 aprel 121[1], Roma, İtaliya[d], Roma imperiyası17 mart 180[2][1]) — Roma imperatoru (161–180), stoaçı filosof. İlk vaxtlar imperiyanı Lutsi Verlə birgə idarə etmişdir. Parfiyalılar (162–166), german və sarmatlarla (166–180, Markoman müharibəsində) hərblər aparmışdır. Stoisizmin ardıcıllarından olan Mark Avreli fəlsəfədə ("Özü ilə təklikdə" əsəri) əxlaqi kamilliyi təbliğ etmiş, siyasi quruluşu təkmilləşdirməyin qeyri-mümkünlüyü ideyasını irəli sürmüşdür.

139-cu ildə atası vəfat etdikdən sonra imperator Antonin Piy tərəfindən oğulluğa götürüldükdən sonra Mark Avreli Ver Sezar adlandırılmağa başlanmışdır. Gözəl təhsilə yiyələnmiş Avreli fəlsəfəyə və təsviri sənətə böyük maraq göstərmişdir. Dioqnetin, şagirdi olan Avreli fəlsəvi görüşlərinə görə məhz quru taxt üzərində yatar və üstünü heyvan dərisi ilə örtərmiş. Bacarığına görə gənc olmasına baxmayaraq Hadrianın vəfatından yarım il sonra 5 dekabr 138-ci ildə kvestor vəzifəsinə irəli çəkilərək karyerasına inzibati idarəçiliklə başlamışdır. Elə həmin il Antonin Piyin qızı ilə nişanlandıqdan sonra tax-taca varislik əldə edir. 140-cı ildə konsul və sezar elan edilir. 146-cı ildə Antonin Piy Mark Avreliyə konsul kimi dövləti idarə etmək hüquq verir. 1 yanvar 161-ci ildə qardaşlığı Lutsi Ver ilə birlikdə üçüncu dəfə konsul kimi dövləti idarə edir. 169-cu ildən Lutsi Verin ölümündən sonra dövləti təkbaşına idarə edir.

Ailəsi və uşaqları

[redaktə | mənbəni redaktə et]

Avreli, 145-ci ildə Gənc Faustina ilə evlənmiş və 30 illik evliliyi boyunca Faustinadan 13 uşağı olmuşdur:

  • Anniya Avreliya Qaleriya Faustina (147–165)
  • Anniya Avreliya Qaleriya Luçilla (148/50–181), Lutsi Verin həyat yoldaşı
  • Luçillanın Gemellus Luçilla adında bir əkizi vardır (149–150)
  • Tit Eli Antonin (150, 7 mart 161)
  • Tit Eli Avreli (150, 7 mart 161)
  • Hadrian (152, 7 mart 161)
  • Domitia Faustina (150, 7 mart 161)
  • Fadilla (159, 192)
  • Annia Kornifiçia Faustina Minor (160, 211–217)
  • Tit Avreli Fulv Antonin (161–165)
  • Kommod (161–192)
  • Mark Anni Ver Sezar (162–169)
  • Vibiya Avreliya Sabina (170–217)

İmperatorluğu

[redaktə | mənbəni redaktə et]

Atası kimi senata və onun üzvlərinə hörmət yanaşarmış. Məhkəmə işinə böyük diqqət verərmiş. Bir çox köhnəlmiş qanunları bərpa etmişdir. Afinada dörd fəlsəfə kafedrası yaradaraq, professorları dövlət himayəsinə götürmüşdür. Bir çox döyüş və hərbi yürüşlərdə şəxsən iştirak etmişdir. 166-cı ildə məğlubiyyətdən sonra Parfiya ilə sülh bağlamağa məcbur olur. Həmin il Roma germanların Dunay çayı boyu hücumları, vandallara qarşı müharibə, şimali Misir üsyanına baxmayaraq 178-ci ildə germanlara qarşı müharibədə böyük uğurlar qazanır, lakin imperiya qoşunlarını yoluxucu xəstəlik taun epidemiyası bürüyür. Daimi müharibələr imperiyanı zəiflətmiş, epidemiyaya və əhalinin dilənçiləşməsinə səbəb olmuşdu.

Ölümü və adına ehtiram

[redaktə | mənbəni redaktə et]
Mark Avreli sütunu
Mark Avreli sütunu

Mark Avrelinin silahdaşları onun xəstə halına acıyıb ağlayarkən, üzünü onlara tutub deyir: " Niyə mənim halıma acıyıb ağlayırsınız, siz ona ağlayın ki, bu taun hamımızı məhv edəcək." 17 mart 180-ci ildə Vindobon (müasir Vyana) deyilən yerdə taundan vəfat edir. Mark Avreli (külü) Hadrian məqbərəsində indiki Müqəddəs Ancelo qəsrində dəfn edilmişdir. Onun ölümündən sonra həmin dövrü antik tarixi ənənəyə görə "Qızıl əsr" özünü isə tax-taclı filosof adlandırırdılar. Senat onun şərəfinə ölümündən sonra Romada hal-hazırda it. Piazza Colonna adlanan meydanda "Şərəf sütunu" (Mark Avreli sütunu) qoydurtmuşdur.

Obrazı "Qladiator" filmində istifadə edilmişdir.

Nerva-Antonin sülaləsinin zaman xətti

[redaktə | mənbəni redaktə et]
KommodMark AvreliAntonin PiyHadrianTrayanNerva
Alman dilinə tərcümə olunmuş Selbstbetrachtungen ("Özünlə təklikdə") əsəri, Hamburq 1727.

Mark Avreli həyatı boyu müxtəlif elmlər və fəlsəfə ilə də məşğul olmuş və bir filosof kimi tanınmışdır. O, Stoa fəlsəfi məktəbinin ən parlaq nümayəndələrindən sayılmaqdadır.

Mark Avreli dövründə Romada artıq bütün sahələri əhatə edən tənəzzül dövrü başlamışdır. Siyasi-iqtisadi və sosial böhranlar onun fəlsəfi fikrinə təsir etmişdir. Onun fəlsəfəsində pessimist düşüncələr, dünyanın keçici və mənasız olması kimi fikirlərə tez-tez rast gəlinir. Buna görə Mark Avreli taleyə tabe olmağa, ona qarşı çıxış etməməyə çağırırdı. Bütün bu fikirlər onun "Özünlə təklikdə" kitabında söylənmişdir.

Mark Avreli hesab edir ki, dünyada hər şey bir düzənə (nizama) tabedir. Eyni zamanda, tanrılaşdırılmış Yüksək ədalət də vardır. O hər şeyin əsasıdır, hər şey ondan yaranır və ona qayıdır. Həmçinin dünya əqli və tale də tanrılaşdırılmışdır. Dünyada hər şey tanrı düzəninə və məqsədinə tabedir. Markus Avreliusun fikrincə dünya yetkindir. Bu dünyada baş verən hər bir şər isə tanrının dünya üçün cızdığı plana uyğundur[3]. Şəri dünya düzəni baxımından dəyərləndirəndə o təbii bir şeyə çevrilir. Şərin Tanrının hökmü ilə yaranıb-yaranmaması problemi sonralar ortaəsr xristian və müsəlman ilahiyyatı və fəlsəfəsinin əsas problemlərindən birinə çevrilmişdir.

Xeyir isə ilahi iradəyə və təbiət qanunlarına uyğun olan bir ahəngdir. Xeyir həm də insanın özü-özü, öz təbiəti ilə razılığı və mənəvi ucalığıdır[4]. Ona görə də, insan təbii düzənə uyğun həyat sürməlidir. Həmin düzəni pozduqda o, ədalətsizliyə yol verir, təbiətə və cəmiyyətə qarşı üsyan edir[5]. Mark Avreli dövlət qanunlarını da təbii qanunlara aid etmiş, onlara tabe olmağı hər bir insan üçün vacib bilmişdir.

Markus Avreliusun fəlsəfəsində dünya hər zaman dəyişən bir varlıqdır. Onun üzərində olan hər bir şey məhv olaraq bir durumdan başqasına keçir. Beləliklə, dünyada hər şey dövr etməkdədir. İnsan həyatını təbiət qanunlarına uyğunlaşdırmalı, sonda isə başı uca və ləyaqətlə dünyanı tərk etməlidir.

  • Mənbə
  1. Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 185-187. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  1. 1 2 3 4 Любкер Ф. Antoninus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 107.
  2. 1 2 Марк-Аврелий, Антонин (rus.). // Военная энциклопедия СПб: Иван Дмитриевич Сытин, 1914. Т. 15. С. 201.
  3. Марк Аврелий Антонин. Размышления Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод А. В. Добровольского. Л.: Наука, 1985, s. 10–11.
  4. Марк Аврелий Антонин. Размышления Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод А. В. Добровольского. Л.: Наука, 1985, s. 55.
  5. Марк Аврелий Антонин. Размышления Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод А. В. Добровольского. Л.: Наука, 1985, s. 49–50.