Mario Yepes — Vikipediya

Mario Yepes
isp. Mario Yepes
Ümumi məlumatlar
Tam adı Mario Alberto Yepes Díaz
Ləqəbi Rey, Super Mario
Doğum tarixi (48 yaş)
Doğum yeri Kali, Kolumbiya Kolumbiya
Vətəndaşlığı Kolumbiya Kolumbiya
Boyu 1,86 m (6 ft 1 in)
Çəkisi 83 kq
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub Atalanta
Nömrəsi 33
Karyerası
Klub karyerası[* 1]
1994–1997 Kortulua 76 (7)
1997–1999 Deportivo Kali 93 (11)
1999–2002 River Pleyt 76 (7)
2002–2004 Nant 73 (2)
2004–2008 Pari Sen-Jermen 115 (8)
2008–2010 Kevo 63 (1)
2010–2013 Milan 38 (1)
2013–h. h. Atalanta 19 (0)
Milli yığma[* 2]
1999–h. h. Kolumbiya Kolumbiya 95 (6)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mario Yepes (d. 13 yanvar 1976; Kali, Kolumbiya) — Kolumbiyalı futbolçu. Hal hazırda "Atalanta" komandasında oynayır[1].

Karyerası[redaktə | mənbəni redaktə et]

Klub karyerası[redaktə | mənbəni redaktə et]

1994-cü ildə Kortuala komandasında peşəkar olan Yepes, həmin vaxtdan etibarən müdafiəçidir. 1997-ci ildə Deportivo Kali komandasına transfer oldu. 1998–1999 Kolumbiya liqasında çempion oldu. 1999-cu ildə Argentina komandalarından olan River Pleyt komandasına transfer oldu. 1999–2000-ci illərdə Argentina liqası çempionu olan Yepes, 2002-ci ildə Fransa komandası olan Nant komandasına transfer oldu. Həmin il Marioya "Rey" ləqəbi verildi. Nant komandasında olan uğuru ilə 2004-cü ildə Pari Sen-Jermen komandasına transfer oldu və "Super Mario" ləqəbini qazandı. 2008-ci ildə İtaliyanın komandası olan Kevo komandasına transfer oldu[1]. 2010-cu ilin mart ayında keçmiş komanda dostu Serco Pellise, Yepesin Milan komandasına transfer olduğunu açıqladı[2].

1 avqust 2010-cu ildə Milan komandasının prezidenti Adriano Qallianinin istəyi ilə müqavilə imzaladı və futbolu buraxan Cuzeppe Favallinin yerinə keçdi[3]. Yepes Milan komandasında oynadığı zaman ilk qolunu 23 oktyabr 2011 tarixində Lecce komndası ilə olan qarşılaşmasında atdı. Həmin oyunda 4–3 qalib olmuşdurlar.

Milli komanda karyerası[redaktə | mənbəni redaktə et]

Yepes Kolumbiya milli futbol komandasının formasını 1999-cu ildən geyinir. Kolumbiya milli futbol komandasının 1999 Amerika Kuboku[4], 2001 Amerika Kuboku[5], 2003 FİFA Konfederasiyalar Kuboku, Amerika Kuboku 2007 heyətlərində iştirak edib[6]. 2001 Amerika Kubokunda çempion olan Yepes, 2003 FİFA Konfederasiyalar Kubokunda milli forması ilə dördüncü yer tutub. 82 dəfə forma geyinib və 4 qol atıb. Hal-hazırda Kolumbiya milli futbol komandasının rəhbəridir[7].

Milli komanda qolları[redaktə | mənbəni redaktə et]

Tarix Yer Rəqib Hesab Nəticə Turnir
20 iyun 2003 Jerlan stadionu, Lion, Fransa Yeni Zelandiya Yeni Zelandiya 2–1 3–1 2003 FİFA Konfederasiyalar Kuboku
17 noyabr 2004 Kolumbiya Boliviya Boliviya 1–0 1–0 2006 FİFA Dünya Kuboku
31 may 2005 Cint stadionu, ABŞ İngiltərə İngiltərə 1–2 2–3 Hazırlıq oyunu
23 iyun 2007 Kolumbiya Ekvador Ekvador 2–1 3–1 Hazırlıq oyunu

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 chievoverona.it. "Mario Yepes ancora in Gialloblu". 15 avqust 2009. İstifadə tarixi: 7 aprel 2018.[ölü keçid]  (ital.)
  2. goal.com. "Chievo Captain Sergio Pellissier Confirms That Mario Yepes Will Join Milan". 30 mart 2010. 2011-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2018. (ing.)
  3. AC Milan. "One Goes, Anotehr Comes". 1 avqust 2010. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2018. (ing.)
  4. "rsssf: Copa América 1999". 2018-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-07.
  5. "rsssf: Copa América 2001". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-07.
  6. "rsssf: Copa América 2007". 2012-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-07.
  7. Terra Networks, S.A. "Mario Yepes será el capitán de Colombia". 8 oktyabr 2008. 2011-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2018.  (isp.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]