Marin Le Pen — Vikipediya

Marin Le Pen
Marine Le Pen
Marin Le Pen (2014)
Marin Le Pen (2014)
Doğum tarixi (55 yaş)
Doğum yeri Neuilly-sur-Seine (Fransa)
Vətəndaşlığı Fransız
Atası Jan Mari Le Pen
Milliyyəti Fransa
İxtisası Siyasətçi
Təhsili Paris Universiteti
Fəaliyyəti Milli Cəbhənin prezidenti
Fəaliyyət illəri 16 yanvar 2011-dən
Elmi dərəcəsi
  • hüquq üzrə magistr[d]
İmza
marinelepen2012.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marin Le Pen (fr. Marine Le Pen; 5 avqust 1968, Neuilly-sur-Seine, Fransa) Fransız siyasətçisi.[1] Atası Fransiz siyasətçi Jan-Mari Le Pen. Qatı sağyönümlü milli siyasi partiyanın "Milli Cəbhə" (16 yanvar 2011-ci ildən indiyə qədər) lideridir. 2012-ci il Fransa Prezident seçkilərində öz partiyasından namizədliyini irəli sürmüş və birinci turda üçüncü yerdə qərarlaşmışdır. 1991-ci ildə Pateon-Assas universitetində hüquqdan magistr səviyyəsini bitirib, növbəti il isə cinayət hüququ üzrə magistr səviyyəsi alıbdır. 1992-ci ildə hüquq sertifikatı aldı və 1998-ci ilə qədər parisdə vəkil işləmişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

O 1992-1998-ci hüquqşünasi, 2004-dən Avropa Parlamentinin üzvü, 16 yanvar 2011-dən Milli Cəbhənin prezidenti.

Siyasi Karyera[redaktə | mənbəni redaktə et]

Əsasını atası Janım-Mari Le Penın 1972-ci ildə qoyduğu "Milli Cəbhə" Partiyasına Marina Le Pen 18 yaşı olanda üzv olmuşdur(1986cı il). 2003-cü ildən "Milli Cəbhə" partiyasında vitse-prezident vəzifəsini icra etməyə başladı. 2011ci ilin yanvarından "Milli Cəbhə" partiyasına rəhbər seçildi, hansınıki atası həmin vəzifəni 30 il daşımışdır. 2004-cü ildə Marni Le Pen avropa parlamentində deputatdır, 2009-cu ildən isə növbəti müddətə seçildi. 2008-ci ildən o həm də Xenni-Bomons bələdiyyə məclisinin üzvedir. 2010-cu ilin martından isə region məclisinin üzvüdür. 2012-ci il Fransa prezident seçkilərndə "Milli Cəbhə" partiyasından namizədliyi irəli sürüldü. Marin Le Pen öz seçki kompaniyasında Livyada NATO hərbi kompaniyasından və Aİ ölkələrinindən danışdı, çoxqütüblü dünya sistemindən, Fransanın natodan çıması, Rusiya ilə əməkdaşlığı dərinləşdirmək və ABŞ tapşırığı ilə Avropa İtiffaqı ölkələrinin Rusiyaya qarşı məkrli siyasəti idi. «France Soir» qəzetinin sifarişi ilə «Ifop» agetliyi və «Le Parisien» qəzetinin sifarişi ilə Xarrisa instutu sosial sorğu aparmış, sorğunun nəricəsinə görə 2012-ci il Fransa Prezident seçkilərinin birinci turunda 20%-də 23%-ə qədər fransızların səsini qazanmış, bunun nəticəsi olaraq Fransada populyarlığına görə üçüncü siyasətçi kimi qərarlaşmışdır. Faktiki olaraq 2012-ci il seçkilərinin birinci turunda seçicilərin 17,9% səsini alaraq üçüncü pillədə qərarlaşmışdır. Onun nəticəsi Jan-Mari Le Penin rekordundan yüksək idi, Jan-Mari Le Pen 2002-ci il seçkilərinin birinci turunda seçicilərin 16,86% səsini ala bilmişdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Biblioqrafiya[redaktə | mənbəni redaktə et]

Avtobioqrafiya[redaktə | mənbəni redaktə et]

  •  (fr.) À contre-flots, éd. Jacques Grancher, coll. "Grancher Depot", Paris, 2006, 322 p., broché, 15 x 22 cm

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]