Maqsud Məmmədov (baletmeyster) — Vikipediya

Maqsud Məmmədov
Doğum tarixi
Doğum yeri SSRİ, ZSFSR, Gəncə
Vəfat tarixi (94 yaşında)
Vəfat yeri Azərbaycan, Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Rəfiqə Axundova
Fəaliyyəti balet artisti, baletmeyster, pedaqoq
Təhsili Moskva Xoreoqrafiya Məktəbi
Teatr Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1970 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1955
"Şöhrət" ordeni — 2019"Teatr Xadimi" qızıl medalı — 2006 "Qırmızı əmək bayrağı" ordeni — 1959

Maqsud Davud oğlu Məmmədov (30 may 1929, Gəncə, Gəncə dairəsi) — ((6)) ((fevral)) ((2024)), Azərbaycan, Bakı

Azərbaycan balet artisti, baletmeyster, Azərbaycan SSR xalq artisti (1970).

Həyatı[redaktə | mənbəni redaktə et]

Maqsud Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub.[1] 1950-ci ildə Moskva Xoreoqrafiya Məktəbini bitirib (Nikolay Tarasovun[ru] sinfi). Bakıya qayıtdıqdan sonra 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solisti işləyib.[2]

Maqsud Məmmədov həm milli baletlərimizdə, həm də dünya klassiklərinin əsərlərində mürəkkəb partiyaları böyük uğur və şərəflə ifa edib. Sənətkarın ifa yaradıcılığının əsasını Polad ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Mənzər, Lenni ("Yeddi gözəl" və "İldırımlı yollarla", Qara Qarayev), Fərhad ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Azad ("Gülşən", Soltan Hacıbəyov), Pərviz ("Qaraca qız", Əşrəf Abbasov), Albert ("Jizel", Adolf Adan), Dezire, Ziqfrid, Şahzadə ("Yatmış gözəl", "Sonalar gölü" və "Şelkunçik" Pyotr Çaykovski), Xli Şan Fu və Ma Li Çen ("Qırmızı lalə", Reynqold Qlier), Pyero ("Qızıl açar", Boris Zeydman), kolen ("Arlekinada", Rikardo Driqo), Vatslav ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Frondoso ("Laurensisa", Aleksandr Kreyn), Qəhrəman ("Şopeniana", Frederik Şopen), Bazil ("Don Kixot", Lüdviq Minkus) obrazlarının ifası təşkil edir.

Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindəki Fərhad rolu Maqsud Məmmədovun ən uğurlu işlərindəndir. O, Azərbaycan Opera və Balet Teatrının Monte-Karlo, Fransa, Lüksemburq qastrollarında qalib olub.

1972-1973-cü illərdə Əlcəzairdə baletmeyster və pedaqoq işləyib.[2]

Maqsud Məmmədov 1979-cu ildən Sov.İKP üzvü olmuşdur.[3]

Maqsud Məmmədov xalq artisti Rəfiqə Axundovanın həyat yoldaşıdır.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Quruluş verdiyi baletlər[redaktə | mənbəni redaktə et]

Rəfiqə Axundovayla birgə

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İlham Rəhimli. Maqsud Məmmədov // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 246–248. ISBN 978-9952-8021-9-1.
  2. 2,0 2,1 МАМÉДОВ Максуд Давуд оглы // Балет: энциклопедия. Москва: Советская энциклопедия. Гл. ред. Ю. Н. Григорович. 1981. ст. 331.
  3. МӘММӘДОВ Магсуд Давуд оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 501.
  4. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]