Mapunqubve krallığı — Vikipediya

Mapunqubve krallığı
Mapunqubve çədəni landşaftı
Mapungubwe Cultural Landscape [* 1]
Ölkə Cənubi Afrika Respublikası CAR
Tip Mədəni
Kriteriya (ii), (iii), (iv), (v)
Keçid 1099bis
Region Afrika [* 2]
Daxil edilməsi 2003  (27 sessiya)
Genişləndirilməsi 2014

Mapunqubve krallığı və ya Mapunqubve (1075–1220) — Cənubi Afrikada, Böyük Zimbabvenin cənubundakı Şaşe və Limpopo çaylarının axınında yerləşən orta əsrlər dövləti idi. Dövlətin adı venda və ya kalanqa dilindən götürülmüşdür. Bu ad "çaqqallar təpəsi" mənasını verə bilər.[1] Krallıq, 13-cü əsrdə Zimbabve krallığının yaranması ilə sona çatacaq bir inkişafın ilkin mərhələsində idi. Mapunqubve krallığı təxminən 80 il hakimiyyətdə oldu və paytaxt əhalisi ən yüksək dönəmində təxminən 5000 nəfər idi.[2]

Mənşəyi[redaktə | mənbəni redaktə et]

Leopard təpəsi mədəniyyəti olaraq adlandırılan ən böyük yaşayış məskəni "K2" olaraq tanınır və Mapunqubvedəki məskunlaşmanın bir-başa sələfidir.[3] K2 mədəniyyətindən olan insanlar, ehtimal ki, müxtəlif kənd təsərrüfatı imkanları təmin etdiyi üçün əcdadları kimi Şaşe-Limpopo bölgəsini seçmişdirlər.[4] Bu ərazi həmçinin, qiymətli fil sümüyünün idxalını təmin edən əsas fil ölkəsi idi. Qızıl və fil sümüyü ticarətinə nəzarət K2 mədəniyyətinin siyasi gücünü xeyli artırdı.[5] 1075-ci ilə qədər K2 əhalisi ərazidə bir qədər də irəliləyərək Mapunqubve təpəsində məskunlaşdı.[6]

Adın mənşəyi[redaktə | mənbəni redaktə et]

Krallığın paytaxtı Mapunqubve adlanırdı və krallıq da adını buradan almışdı.[6] Şəhərin ərazisi indi Ümumdünya irsi, Cənubi Afrika Milli irsi,[7] milli park və arxeoloji sahədir. Mapunqubve adının mənşəyi və mənası ilə bağlı mübahisələr var. Yerli mənbələrə görə Mapunqubve "çaqqallar yeri" və ya alternativ olaraq "çaqqalların yemləndiyi yer" deməkdir.

Mədəniyyət və cəmiyyət[redaktə | mənbəni redaktə et]

Mapunqubve cəmiyyətinin, arxeoloqlar tərəfindən Afrikanın cənubundakı ilk sinifləndirilmiş sosial sistem olduğu düşünülür. Yəni rəhbərlər sakinlərindən daha yüksək dərəcədə idilər. Mapunqubvenin memarlığı və ərazi quruluşu da "Cənubi Afrikada müqəddəs rəhbərliyə dair ən erkən sübutlar" təqdim edir.[8]

Mapungubwe-də həyat ailə və kənd təsərrüfatı üzərində qurulmuşdu. Açılış mərasimləri, məişət fəaliyyəti və digər sosial funksiyalar üçün xüsusi ərazilər yaradılmışdı. Mal-qara, sakinlərin evlərinə yaxın yerləşən və kraal adlanan damda yaşayırdı.

Cəmiyyət haqqında fərziyyələr daha çox tikililərin qalıqlarına əsaslanmağa davam edir. Çünki, Mapunqubvelilər heç bir yazılı dəlil qoymayıblar.

Krallıq, ehtimal ki, üç pilləli iyerarxiya idi: cəmiyyət alçaq ərazilərdə yaşayanlar, kiçik təpələrdə məskunlaşan rayon rəhbərləri və Mapunqubve təpəsində yerləşən ali hakimiyyət orqanı olmaqla üç yerə bölünmüşdü.[9] Krallıqdakı kübarlar təpələrdə dəfn edilirdi. Kralın xanımları padşahdan uzaq ərazilərdə yaşayırdılar. Əhəmiyyətli kişilər paytaxtın kənarındakı nüfuzlu evlərdə məskunlaşmışdılar. Mapunqubvedə əhalinin artması keramika, xüsusən dulusçuluq üzrə mütəxəssislərin yetişməsinə səbəb olmuş ola bilər. Kral təpəsindəki kübarların dəfnlərində qızıl əşyalar aşkar edilmişdir.[9]

Yenidən kəşf[redaktə | mənbəni redaktə et]

1932-ci ilin Yeni il gecəsi, yerli fermer və kəşfiyyatçıolan ESJ Van Qraan və Pretoriya Universitetinin keçmiş tələbəsi olan oğlu, eşitdikləri bir əfsanəni izləyərək üçün yola çıxdılar.

1985-ci ildə nəşr olunan bir məqaləyə görə, təpənin başında yerləşən qalanın qalıqları üzərində araşdırma aparılmış və 11-ci əsrə aid edilmişdi. Arxeoloji sahə nəzarətdə olan ziyarət və turlar istisna olmaqla, ictimaiyyət üçün açıq idi. Lakin aşkar edilən bəzi əşyalar Pretoriya Universitetinin Arxeologiya şöbəsində nümayiş olundu. Mapunqubve təpəsi və K2, 1980-ci illərdə hökumət tərəfindən milli abidələr elan edildi.[10]

Mapunqubve 2003-cü ildə CAR-ın 6-cı sinif tədris planına əlavə edilmişdir.[11]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-06.
  2. Huffman, 2007. səh. 376
  3. Hrbek, 1988. səh. 322
  4. Hrbek, 1988. səh. 323
  5. Hrbek, 1988. səh. 326
  6. 6,0 6,1 Hrbek, 1988. səh. 324
  7. "9/2/240/0001 - Mapungubwe Archaeological Site, Greefswald, Messina District". South African Heritage Resources Agency. 19 avqust 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2013.
  8. "Origin of Species and Evolution, Wits University Showcase" (PDF). 22 noyabr 2009 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2010.
  9. 9,0 9,1 Hrbek, 1988. səh. 325
  10. "Mapungubwe National Park and World Heritage Site: History of the Park". SANParks. 2012-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2009.
  11. Whose history counts : decolonising African pre-colonial historiography. Bam, June., Ntsebeza, Lungisile., Zinn, Allan. Stellenbosch [South Africa]. 29 noyabr 2018. 179–199. ISBN 9781928314110. OCLC 1083646254.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Fouché, L. Mapungubwe: Ancient Bantu Civilisation on the Limpopo. Cambridge: Cambridge University Press. 1937. 183 pages.
  • Gardner, G.A. "Hottentot Culture on the Limpopo". South African Archeological Journal. 4 (16). 1949: 116–121. doi:10.2307/3886997. JSTOR 3886997.
  • Gardner, G.A. "Mapungubwe: 1935 – 1940". South African Archeological Journal. 10 (39). 1955: 73–77. doi:10.2307/3887555. JSTOR 3887555.
  • Hall, Martin; Rebecca Stefoff. Great Zimbabwe. Oxford: Oxford University Press. 2006. 48 pages. ISBN 0-19-515773-7.
  • Hrbek, Ivan; Fasi, Muhammad. Africa from the Seventh to the Eleventh Century. London: Unesco. 1988. 869 pages. ISBN 92-3-101709-8.
  • Huffman, Thomas. Handbook to the Iron Age: The archaeology of pre-colonial farming societies in southern Africa. Scottsville: University of KwaZulu-Natal Press. 2007. 504 pages. ISBN 978-1-86914-108-0.
  • Walton, J. "Mapungubwe and Bambandyanalo". South African Archeological Journal. 11 (41). 1956: 27. doi:10.2307/3886782. JSTOR 3886782.
  • Walton, J. "Mapungubwe and Bambandyanalo". South African Archeological Journal. 11 (44). 1956: 111. doi:10.2307/3886587. JSTOR 3886587.
  • Duffey, Sian Tiley-Nel et al. The Art and Heritage Collections of the University of Pretoria.Univ. of Pretoria, 2008.