Mancuriya — Vikipediya

Mancuriya
ᡩᡝᡵᡤᡳ ᡳᠯᠠᠨ ᡤᠣᠯᠣ
滿洲
满洲
Маньчжурия
關東
关东
關外
关外
东三省
東三省
満洲(まんしゅう)
45° şm. e. 125° ş. u.
Ölkə
Xəritəni göstər/gizlə
Mancuriya xəritədə
Mancuriya
Mancuriya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mancuriya.

Mancuriya (çin 滿洲, 满洲, Mǎnzhōu) — Çində tarixi ərazi. Ərazinin adı Mancurlar adlı xalqdan gəlir. Keçmiş Şərq ədəbiyyatında bu əraziyə Maçin deyilirdi.[2]

Etimologiya[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Maçin (ماچین) adlandırılmışdır.[3] Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Mançurya" adlandırılmışdır.[4]

Tarixi[redaktə | mənbəni redaktə et]

Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar bütün əhalinin cəmi 3%-ni təşkil etsələr də, onlara da çinlilərlə bərabər namizəd kvotası həyata keçirilirdi. Buna görə də mancur namizədlər imtahanlara çox da böyük səy göstərmirdilər. Əksinə, çinlilər çətin vəziyyətə salınırdılar və imtahandan keçənlər adətən parlaq intellektuallar idilər. 1681–1796-cı illər arası Tsin imperiyasının sabitlik və inkişaf dövrü idi. İmperiyanın nüfuz dairəsi Monqolustan, Tibet və Mərkəzi Asiyaya qədər yayılmışdı. Ticarət və kənd təsərrüfatı məhsullarının, sənaye və sənətkarlıq məmulatlarının istehsalı artmışdı. Çin əhalisi XVII əsrin sonlarında təqribən 100 milyon nəfərdən XIX əsrin ortalarında 400 milyona qədər sürətlə artmışdı.

Mancur hökmdarlarından ən çox imperatorlar Kansi (1661–1722-ci illər) və Tsyanlun (1735–1796-cı illər) konfutsiçi idarə üsulunu dəstəkləyirdilər. Tsyanlun ali hakimiyyəti mancurlarda saxlamqala Min dövrünün idarəetmə prinsiplərini qəbul etmişdi. Tsyanlun Çini çinli qubernatorların rəhbərlik etdiyi 18 vilayətə bölmüşdü. Yerli adminstrasiya loyallıq göstərsə də, onlara mancurlar tərəfindən nəzarət olnumurdu. İmperatorlar Kansi və Tsyanlunun hakimiyyəti dövründə təhsildə bir sıra inkişaf nəzərə çarpırdı. Mancur hökmdarları buna müvafiq hər şeyin möhkəmləndirilməsinə və qorunmasına çalışırdılar. Buna görə də klassik ədəbiyyata üstünlük verilirdi, yenilik yaxşı qarşılanmırdı. İctimai məktəb sistemi varlı ailələrdən olan oğlanlar üçün məktəblərdən və milli və əyalət məktəblərindən ibarət idi. Mancurlar üçün xüsusi məktəblər mövcud idi, Çin kitabları Mancur dilinə tərcümə olunurdu.

XVIII əsrin sonlarında əhalinin sürətli artımı torpaq çatışmazlığına gətirib çıxardı. Hərbi sistem korlandı və sarayda korrupsiya artdı. 1796-cı ildən 1804-cü ilədək buddist ideyalarına əsaslanan "Ağ lotos cəmiyyəti" üsyanı baş verdi. 1813–1814-cü illərdə Şimali Çində "Səmavi idrak cəmiyyəti" üzvləri qiyam qaldırdı.

XX əsrin əvvələrində ingilislər Rusiyanı Mancuriyadan vurub çıxarmağa çalışırdılar. Bundan ötrü ingilis diplomatiyası Koreya və Mancuriyanı özünə tabe etmək istəyən Yaponiyanı müttəfiqi kimi görməyə başladı. İngiltərə ilə Yaponiya arasında başlanan danışıqlar 1902-ci ildə müttəfiqlik haqqında müqavilənin bağlanması ilə başa çatdı. Müqaviləyə görə, tərəflərdən biri başqa iki dövlətlə müharibə aparardısa, onda digər tərəf bitərəf olmamalı, müqavilə imzaladığı dövlətə hərbi yardım göstərməli idi. Müttəfiqlik haqqında müqavilənin bağlanması ilə yanaşı İngiltərə Yaponiyaya maliyyə yardımı da göstərdi.

1930-cu illərdə Mancuriya yaponlar tərəfindən işğal edildi.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Анерт Э. Э. Путешествие по Маньчжурии / СПб, 1909
  • Болобан А. П. Земледелие и хлебопромышленность Северной Маньчжурии / Харбин, 1909
  • Гребенщиков А. В. По Амуру и Сунгари. Путевые заметки / Харбин, 1909
  • Болобан А. П. Колонизационные проблемы Китая в Маньчжурии // Вестник Азии. Журнал Общества русских ориенталистов. Харбин — 1910 — № 3 — С. С.85–127
  • Штейнфельд Н. П. Русская торговля в Маньчжурии в характеристике местного купечества // Вестник Азии. Журнал Общества русских ориенталистов. Харбин — 1910 — № 3 — С. С. 128–157
  • Аварин В. Национальный вопрос и колонизация в Маньчжурии //Революция и национальности — 1931 — № 4

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 archINFORM (alm.). 1994.
  2. Paşayev, Aydın. "Xəmsə"də işlənən xüsusi adların izahlı lüğəti (PDF). Bakı. 2013. səh. 241. 2022-01-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 oktyabr 2021.
  3. Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909
  4. Veselovski, N. Sədullayev (redaktor ). Yaponiya və onun müsəlləh qüvvələri (az.). Bakı: Azərnəşr. 1932. səh. 62.