Maldiv adalarının dövlət quruluşu — Vikipediya

Maldiv Respublikası
mald. ދިވެހިރާއްޖޭގެ ޖުމުހޫރިއްޔާ
Dhivehi Raajjeyge Jumuhooriyyaa
Bayraq Gerb
Bayraq Gerb
Himn: Qaumii salaam
Paytaxt Male
İdarəetmə forması Prezident respublikası
Sahəsi Dünyada 167-ci
 • Ümumi 298 [1] km²
Əhalisi
 • Əhali 393 min nəfər (175-ci)
 • Sıxlıq 1102 nəf./km² (11-ci)


Maldiv adalarının dövlət quruluşu - 2008-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.

Dövlət quruluşu[redaktə | mənbəni redaktə et]

Maldiv Respublikası məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1965) 26 iyulda qeyd olunur. Ölkə Konstitusiyası 7 avqust 2008-ci ildən qüvvədədir.

İnzibati bölgüsü[redaktə | mənbəni redaktə et]

Maldiv Respublikası Paytaxt Male və 20 adalar qrupundan ibarət olan 8 regiona (Uzaq Şimal, Şimal, Mərkəzi-Şimal, Mərkəzi, Mərkəzi-Cənub, Cənub, Uzaq Cənub və Paytaxt) bölünür.

Dövlət başçısı[redaktə | mənbəni redaktə et]

Dövlət və hökumət başçısı olan Prezident ölkə Parlamenti tərəfindən seçilir. Lakin Prezidentliyə namizəd şəxs ilk növbədə ümumxalq referendumunda təsdiq edilməli və ən azı 51% səs toplamalıdır. Prezidentin ümumi səlahiyyət müddəti qeyri-məhduddur.

Tərkibi Parlamentin deputatlarından və dövlət qulluqçularının korpusundan təşkil olunan Nazirlər Kabinetinə Prezident rəhbərlik edir. Dövlət başçısı müstəsna səlahiyyətlərindən istifadə edərək 14 nazirin hər birini təyin və yaxud azad edə bilər və buna görə Parlament qarşısında heç bir məsuliyyət daşımır.

Maldiv Respublikasının 2008-ci ilin avqust ayında qəbul edilmiş yeni ]]Konstitusiyası]]na əsasən Prezidentin səlahiyyətləri xeyli məhdudlaşdırılmışdır, yerli hakimiyyət orqanlarının hüquqları genişləndirilmişdir. Konstitusiyaya əsasən ölkədə çoxpartiyalı siyasi sistemin mövqeyi möhkəmləndirilmiş, insan hüquqları üzrə komissiyanın, Ali Məhkəmənin və Seçki Komissiyalarının hüquqları genişləndirilmişdir.

İcraedici hakimiyyət[redaktə | mənbəni redaktə et]

Maldiv Respublikasında icraedici hakimiyyətə - Nazirlər Kabinetinə Prezident başçılıq edir. (Baş Nazir vəzifəsi 1975-ci ildən ləğv edilmişdir. Nazirlər Kabinetinin üzvləri Prezident tərəfindən parlamentin deputatlarından və ya dövlət qulluqçularından təyin edilir və ya azad olunur.

Qanunverici hakimiyyət[redaktə | mənbəni redaktə et]

Maldiv Respublikasının qanunverici hakimiyyət orqanı bir palatalı Xalq Məclisidir. Parlamentin 50 üzvü 5 il müddətinə seçilir. (onlardan 42 nəfəri ümumi seçkilərin nəticələrinə əsasən müəyyən olunur, 8 nəfəri isə Prezident tərəfindən təyin olunur. Parlamentin səlahiyyətlərinə ölkə Konstitusiyası istisna olmaqla bütün qanunların baxılması və qəbulu, dövlətin illik büdcənin təsdiqi, beynəlxalq müqavilə və sazişlərin ratifikasiyası və s. məsələlər daxildir. Parlament tərəfindən qəbul edilmiş qərarlar təsdiq olunmaq üçün Prezidentə təqdim olunur. Prezident qərar layihəsini təkrar müzakirə olunmaq üçün parlamentə qaytarmaq hüququna malikdir. Qərar layihəsi təkrar müzakirə zamanı deputatların 2/3 hissəsi tərəfindən qəbul edərsə, Prezident həmin qanunu təsdiq etməlidir. Ənənəyə əsasən parlamentin sessiyaları ildə 2-3 dəfə çağrılır.

Maldiv Respublikasında 21 yaşına çatmış bütün vətəndaşlar seçki hüququna malikdirlər.

Məhkəmə hakimiyyəti[redaktə | mənbəni redaktə et]

Ali Məhkəmə, 8 aşağı instansiya məhkəməsi və 19 yerli şəhər məhkəmələri ölkədə məhkəmə hakimiyyətini həyata keçirir.

Prezident tərəfindən təyin edilən, dövlət başçısının və formal olaraq Hökumətin qarşısında məsuliyyət daşıyan inzibati vahidliklərin rəhbərləri də kifayət qədər məhkəmə səlahiyyətlərinə malikdirlər. Yerlərdə şəriət hüquq sisteminin elementlərindən geniş istifadə edilir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Печуров Л. В. Мальдивская Республика. — М., 1973.
  • Мальдивы. Карманный путеводитель. — М., 1997.
  • Мальдивские острова (Путеводитель Ле Пти Фюте). — М., 2001.
  • Страны мира. — М., 2003.
  1. "CIA - The World Factbook". 2015-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.