Mais Əsədov — Vikipediya

Mais Əsəd oğlu Əsədov
Digər adı Qəmlo
Doğum tarixi
Doğum yeri Yağlıvənd, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Divanalılar, Füzuli rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid
Atası Əsəd Əsədov
Milliyyəti Azərbaycanlı
Mükafatları "Azərbaycan Bayrağı" ordeni

Mais Əsədov və ya Qəmlo (tam adı: Mais Əsəd oğlu Əsədov; d. 1 may 1970, Yağlıvənd, Füzuli rayonu, Azərbaycan SSR, SSRİö. 4 aprel 1993, Divanalılar, Füzuli rayonu, Azərbaycan) — Qarabağ müharibəsi iştirakçısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Erkən illəri[redaktə | mənbəni redaktə et]

Mais Əsədov 1970-ci il mayın 1-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdur.[1] Mais Əsədov kənddə orta məktəbi bitirdikdən sonra 1988–1990-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdu.[1]

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

O, Qarabağ müharibəsi zamanı 40-dan çox döyüş və kəşfiyyat əməliyyatında iştirak etmişdir.[1]

Ölümü[redaktə | mənbəni redaktə et]

1993-cü il aprel ayının 4-ü düşmən artıq Divanalılar kəndində evləri yandırmağa başlamışdı. Üç saat çəkən döyüşdən sonra ermənilər itki verərək işğal etdikləri kəndi tərk etdilər. Mais Əsədov başda olmaqla bizim döyüşçülər kəndə daxil oldular. Bu vaxt Azərbaycanın "Qrad" artilleriya qurğuları səhvən öz mövqelərini atəşə tutdular. Mais Əsədov silahdaşları ilə birgə atəş mövqeyindən kənarlaşmaq üçün Ağamurad təpəsinin önündə yerləşən Ağoğlançaya döğru çəkilməli oldu. Erməni snayperi Ağamurad təpəsində mövqe tutmuşdu. Əsədov, öz döyüşçülərini yenidən irəli səsəmək üçün ayağa qalxaraq "İrəli! Qırın bu it uşağını!"- qışqıraraq nərə çəkdi. O, lakin düşmən gülləsinə tuş gəldi.[2]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Subay idi.[1]

Ləqəbi[redaktə | mənbəni redaktə et]

Azərbaycan xalqı arasında "Qəmlo" kimi tanınırdı.[1]

İrsi[redaktə | mənbəni redaktə et]

Ədəbiyyatda[redaktə | mənbəni redaktə et]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

2003-cü il iyun ayının 24-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 "Kərim Kərimli: XATIRLA MƏNİ!". www.azpress.az. www.azpress.az. Archived from the original on 2023-07-27. İstifadə tarixi: 30 iyun 2016.
  2. ""Qarabağ qazisi olmaq mənim üçün şərəfdir"". karabakhinfo.com. karabakhinfo.com. Archived from the original on 2023-07-27. İstifadə tarixi: 20 iyul 2016.