Mahir Emreli — Vikipediya

Mahir Emreli
Mahir Emreli 2021-ci ildə
Mahir Emreli 2021-ci ildə
Ümumi məlumatlar
Doğum tarixi 1 iyul 1997(1997-07-01)[1][2] (26 yaş)
Doğum yeri Tver, Tver vilayəti, Mərkəz Federal Dairəsi, Rusiya
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Boyu 188
Çəkisi 75 kq
Mövqeyi Hücumçu
Əsas ayağı Sol
Klub haqqında məlumat
Klub Xorvatiya Dinamo Zaqreb
Nömrəsi 11
Karyerası
Klub karyerası[* 1]
2014–2015 Azərbaycan Bakı 17 (0)
2015–2021 Azərbaycan Qarabağ 126 (59)
2021–2022 Polşa Legiya Varşava 15 (2)
2022–h.h. Xorvatiya Dinamo Zaqreb 19 (6)
2023 Türkiyə Konyaspor (icarə) 12 (2)
Milli yığma[* 2]
2013–h.h. Azərbaycan Azərbaycan 29 (4)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 01.09.2022 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 15.04.2022 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mahir Mahir oğlu Emreli (əvvəlki adı Mahir Anar oğlu Mədətov; 1 iyul 1997[1][2], Tver[3]) — azərbaycanlı futbolçu.

Xorvatiyanın "Dinamo Zaqreb" klubunda və Azərbaycan milli futbol komandasında hücumçu mövqeyində çıxış edir. "Bakı" Futbol Klubunun yetirməsi olan Emreli, uzun müddət klubun aşağı yaş qruplarında və əvəzedici heyətində oynayıb. 2015-2021-ci illərdə "Qarabağ"da çıxış edən futbolçu, 5 dəfə Azərbaycan Premyer Liqasının və 2 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mahir Emreli 1 iyul 1997-ci ildə Rusiyanın Tver şəhərində anadan olub.[4] Orta təhsilini 47 nömrəli tam orta məktəbdə tamamlamışdır. Futbola 2007-ci ildə 10 yaşında Bakı Futbol Klubunda başlamış, 2014-cü ilə qədər də Bakı FK-nın müxtəlif yaş qruplarında və əsas heyətində oynamışdır. Aşağı yaş qruplarında oynayarkən Bakı FK-nın Atletiko Madrid və Lans klubları ilə əməkdaşlıqları çərçivəsində bu klubların futbol akademiyalarında olmuş və məşqlərdə iştirak etmişdir.[5]

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Bakı FK[redaktə | mənbəni redaktə et]

2014/15 mövsümünü "Bakı"nın heyətində çıxış edib. Daha əvvəllər Bakı klubunun aşağı yaş qruplarında çıxış etsədə peşəkar olaraq 2014-cü ildən əsas heyətdə oynamağa başlayıb. Bakı klubunun əsas komandasında debüt oyunu 27 sentyabr 2014-cü il Premyer Liqada Araz Naxçıvanla oyuna təsadüf edib.[6] Əsas heyətdə cəmi 19 oyun keçirib və 1 qol vurub. Bakı klubunda yarımmüdafiəçi mövqeyində oynayıb.

Qarabağ FK[redaktə | mənbəni redaktə et]

Bakı klubunda və 19 yaşlılardan ibarət milli komandanın heyətində "Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir"də sərgilədiyi oyunla Qarabağ klubunun məşqçilər heyətinin xüsusilə də Qurban Qurbanovun diqqətini cəlb edən Mahir Emreli 2015-ci ildə Qarabağ klubuna transfer olunub.[7] İlk oyunlarda ehtiyatda qalan Mahir daha sonra əsas heyətdə meydana çıxmağa başlayıb və Qarabağın heyətində rəsmi görüşlərdə debüt oyunu 23 avqust 2015-ci il tarixində Azal ilə Premyer Liqa oyununa təsadüf edib. Meydana çıxdığı ilk oyundaca rəqib qapısına yol tapmağı bacarıb.[8] Bakı klubunda daha çox yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu Qarabağda Qurban Qurbanov tərəfindən hücumçu mövqeyində oynadılır.

Mahir Emreli "Qarabağ" klubunun "Arsenal" klubuna qarşı keçirtdiyi və Azərbaycan milli futbol komandasının Malta milli futbol komandasına qarşı keçirtdiyi matçda qol epizodlarından yararlana bilmədiyi üçün hər iki matçda azərkeşlər tərəfindən fitə basılmışdır.[9][10] O, Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümündə çox təriflənsə də növbəti mövsümdən bəri azərkeşlərin sərt tənqidlərinə məruz qalır. "1news.az" saytının redaktoru Emrelinin "yay fasiləsindən sonra sanki şişdi"yini bildirib. Onun fikrinə görə, Emreli 2018/2019 mövsümündə "irəli addım atmaq əvəzinə tələbkarlığı azaltdı".[11]

Legiya Varşava FK[redaktə | mənbəni redaktə et]

2021-ci ilin yayında Emreli Polşanın "Legiya" klubuna azad agent kimi keçib. Mahir Emreli "Legiya" ilə 3 illik müqavilə imzalayıb. Qeyri-rəsmi xəbərə görə, Emreli Legiyada ilinə 300 min avro maaş alır. 2021–2022 mövsümünün başlanğıcında ilk 18 oyunda 10 qol vuraraq Varşava klubundakı uğurlu oyununa görə Emrelinin transfer qiyməti 1 milyon 200 min avro məbləğində artaraq 2 milyon avroya çatıb. Nəticədə M.Emreli Polşa Liqasının ən bahalı oyunçuları sırasında 10-cu pillədə yer alıb.[12] Ümumilikdə, M.Emreli 2021/2022 mövsümünün ilk yarısına aid statistik göstəricilərinə görə Varşava təmsilçisinin ən yaxşı oyunçusu olub. O, həmin dövrdə bütün turnirlər daxil olmaqla, 11 qol vurub və 2 qolun ötürməsini verib. Mahir klubda bu mövsüm ən çox qol vuran futbolçu olub.[13]

Lakin "Legiya" fanatları Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır. ABŞ-dən hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib və belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.[14]

Dinamo Zaqreb FK[redaktə | mənbəni redaktə et]

Polşa "Legiya"sı ilə müqaviləsini qarşılıqlı razılaşma ilə pozan forvard 2022-ci ilin fevral ayında Xorvatiyanın Dinamo Zaqreb klubu ilə 4,5 illik sözləşmə imzalayıb. Yeni klubunda onun illik maaşı 500 min avro razılaşdırılıb.[15] Dinamoda əsas heyətə düşməkdə çətinlik çəkən Mahir 2023-cü ilin fevral ayında icarə əsasında Türkiyə Premyer Liqasında oynayan "Konyaspor" klubuna keçib.

Statistika[redaktə | mənbəni redaktə et]

Mənbə:[16][17]

Klub Çempionat Mövsüm Liqa Kubok Avropa CƏMİ
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Bakı FK Azərbaycan Çempionatı 2014/15 17 0 3 1 0 0 20 1
Qarabağ FK Azərbaycan Çempionatı 2015/16 16 7 5 1 1 0 22 8
2016/17 21 3 5 3 5 0 31 6
2017/18 24 8 2 0 11 1 37 9
2018/19 27 16 4 0 14 0 45 16
2019/20 16 7 2 1 12 2 30 10
2020/21 22 18 3 2 6 2 31 22
Legiya Varşava FK Ekstraklasa 2021/22 10 2 2 1 12 7 24 10

Milli komanda karyerası[redaktə | mənbəni redaktə et]

UEFA yarışlarında milli komanda səviyyəsində debüt oyunu 19 oktyabr 2012-ci iidə 17 yaşlılardan ibarət millimizin İspaniya ilə oyununda qeydə alınıb.[18]

Bakı klubunda göstərdiyi oyunla 19 yaşlılardan ibarət millinin baş məşqçisi Nikolay Adamın diqqətini cəlb edən Mahir Emreli 24 iyul 2014-cü ildə milliyə dəvət olunur.[19] U19 Azərbaycan millisinin heyətində 2014 və 2015-ci illər Avropa Çempionatı Seçmə mərhələsində, 2014-cü ildə Avropa Çempionatı Elit Roundda həmçinin Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə çıxış edib. Mahir Emrelinin U19 millisinin heyətində ilk rəsmi debüt oyunu 10 noyabr 2014-cü il Macarıstanla oyunda qeydə alınıb.[20] 2014-cü il Avropa Çempionatı Seçmə Mərhələsində U19 Azərbaycan millisi Slovakiyanın ardından qrupda 2-ci yerə sahib olaraq elit round mərhələsinə vəsiqə qazanır.[21] Bu seçmə mərhələdə bütün oyunlarda meydanda olan Mahir Emreli 1 qol vurmağa da müvəffəq olur. Elit round mərhələsində isə bütün oyunlarda millimizi meydana kapitan sarğısı ilə çıxardır.[22]

Mahir Emrelinin ulduzu Valentin Qranatkin Beynəlxalq Turnirində parlamağa başlayır. Bu turnirdə özünü yaxşı tərəfdən göstərir. 6 oyunda 2 qol vurmağı bacarır və sürəti, texnikası ilə bir çox klubların maraq dairəsinə düşür.

2015-ci ildə Qarabağa transfer olunduqdan sonra öz parlaq çıxışını davam etdirən Mahir bu dəfə 21 yaşlılardan ibarət Azərbaycan milli komandasına dəvət olunur. U21 millisinin heyətində debüt oyunu 24 mart 2016-cı ildə Avropa Çempionatı 2017 Seçmə mərhələsi çərçivəsində Rusiyalı həmyaşıdları ilə oyuna təsadüf edir. Mahir Emreli U21 millisinin heyətində də elə ilk oyununda qol vurmağı bacarır.[23]

Mahir Emreli hazırda Azərbaycan millisinin əsas heyətində çıxışını davam etdirir.

Milli Turnir Mövsüm Oyun Qol
Azərbaycan U19 Avropa Çempionatı Seçmə Mərhələsi 2014 2014/15 3 1
Avropa Çempionatı Elit Round 2015/16 3 0
Valentin Qranatkin Beynəlxalq Turniri 2014/15 5 2
Avropa Çempionatı Seçmə Mərhələsi 2015 2015/16 2 0
Azərbaycan U21 Avropa Çempionatı Seçmə Mərhələsi 2017 2016/17 2 2
Azərbaycan U23 İslam Həmrəyliyi Oyunları 2017 2017 5 2

Uğurları[redaktə | mənbəni redaktə et]

Qarabağ FK

Qalib(4): 2015/16 , 2016/17, 2017/18, 2018/19

Qalib(2): 2015/16 , 2016/17

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Mahir Emrelinin valideynləri prodüser Anar Mədətov və Elmira Emrelidir, onun həmçinin Ayşə adında bacısı da var. 2019-cu ildə Mahir, atası Anar Mədətov anasından boşanmamış, başqa xanımla ailə həyatı qurmağa hazırlaşdığına görə atasının adı və soyadından imtina edərək anasının soyadını götürüb və Mahir Mədətov əvəzinə Mahir Emreli olaraq soyadını dəyişib.[24] Mahirdən sonra bacısı da eyni addımı ataraq soyadını dəyişib.[25]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Mahir Madatov // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Mahir Madatov // FBref.com (çd.).
  3. Mahir "Sport7"yə alman klublarının maraq dairəsinə necə düşməsindən danışdı. // Sport7 2015.
  4. "Mahir "Sport7"yə alman klublarının maraq dairəsinə necə düşməsindən danışdı". Sport7.az. 13 March 2013. 25 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2021.
  5. Bakı FK. "Mahir Mədətov Atletiko Madrid və Lans Akademiyasında" (az.). fcbaku.com. 8 yanvar 2014. 2016-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-08.
  6. Rafael İbadov. "Gənclər danışdı" (az.). fcbaku.com. 30 sentyabr 2014. 2016-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-08.
  7. qafqazinfo. "Məşhur Prodüserin oğlu Qarabağa transfer olundu" (az.). qafqazinfo.az. 16.07.2015. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-08.
  8. rekord.az. "Mahir Mədətovun Qarabağda ilk qolu" (az.). rekord.az. 24.08.2015. 2015-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-08.
  9. Musayev, Səbuhi. "Mahir Mədətov fitə basılmasından danışdı – VİDEO". oxu.az (az.). 16 oktyabr 2018. 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mrt 2019.
  10. "Mahir Mədətov tənqidlərə cavab verdi – "Özümü kiməsə sübut etmək fikrim yoxdur"". news.milli.az (az.). Milli.az. 16 oktyabr 2018. 3 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2019.
  11. "Mahir Mədətov dilemması: Nə üçün azarkeşlər Azərbaycan yığmasının hücumçusunu fitə basdı?". www.1news.az (az.). 1News. 17 oktyabr 2018. 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2019.
  12. "Mahirin transfer qiyməti artdı". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  13. "Mahir "Legiya"nın ən yaxşı oyunçusudur". 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
  14. ""Legiya" Mahir Emrelini cəzalandıra bilər". 2022-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.
  15. Mahir Emreli "Dinamo"da bu qədər maaş alacaq[ölü keçid]
  16. PFL. "Oyunçu Statistikası 2014/15" (PDF) (az.). pfl.az. 29.05.2015. 2015-09-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-05-08.
  17. PFL. "Oyunlar 2015/16" (az.). pfl.az. 29.05.2015. 2016-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-08.
  18. UEFA. "UEFA yarışlarında debüt" (az.). uefa.com. 19.10.2012. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-08.
  19. Bakı FK. "U19-a dəvət" (az.). fcbaku.com. 24 iyul, 2014. İstifadə tarixi: 2016-05-08.[ölü keçid]
  20. AFFA. "Macarıstan U19-Azərbaijan U19" (az.). affa.az. 10.11.2014. 2019-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-08.
  21. AFFA. "U19 Avropa Çempionatı Seçmə Mərhələ 2014" (az.). affa.az. 15.11.2015. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-08.
  22. AFFA. "U19 Oyunlar,Nəticələr" (az.). affa.az. 08.05.2015. 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-08.
  23. AFFA. "Russiya U21-Azərbaycan U21" (az.). affa.az. 24.03.2016. 2019-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-08.
  24. "Mahir "Mədətov" soyadını dəyişdi". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  25. "Mahirdən sonra bacısı da soyadını dəyişdi". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.