Madonna Litta — Vikipediya

Madonna Litta
Rəssam Leonardo da Vinçi
Tarixi 1490-1491
Üslubu dini incəsənət[d]
Texnikası Kətan (ağacdan köçürülüb), tempera 42x33 sm
Ölçüləri 42 sm[1] × 33 sm[1]
Materialı tempera
Saxlanıldığı yer Ermitaj, Sankt-Peterburq
Saytı wga.hu/html/l/leonardo/0…
İnventar nömrəsi ГЭ-249
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Madonna Litta - Leonardo da Vinçiyə aid edilən və Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılam XV əsrə aid rəsm əsəridir. Rəsmdə Əmizdirici Madonna ikonoqrafiyasına uyğun Körpə İsanı əmizdirən Məryəm təsvir edilmişdir. Leonardo yaradıcılığının erkən dövrünə aid Madonna qərənfillə əsərində olduğu kimi fiqurlar qaranlıq interyerdə təqdim edilib. Arxada iki tağlı pəncərədən aerial prespektivdə tağlı peyzaj görünür. Məsih sol əlində Avropa alacəhrəsi tutur ki, bu da onun gələcək əziyyətlərinə işarədir.

Əsərin müəllifinin kim olması ilə bağlı alimlərin müxtəlif fikirləri olsa da, əksər hallarda o, Leonardonun Covanni Antonio Boltraffio və ya Marko d’Occono kimi tələbələrinə aid edilir; Ermitaj muzeyi isə “Madonna Litta”nı Leonardonun avtoqraf əsəri hesab edir. XIX əsrə kimi əsər Milanın zadəgan nəsillərindən olan Litta ailəsinin kolleksiyasına daxil olduğuna görə əsər “Madonna Litta” adlandırılmışdır.

Süjet[redaktə | mənbəni redaktə et]

Rəsmdə əlində tutduğu uşağı əmizdirən qadın təsvir olunub. Rəsmin fonunda iki tağlı pəncərəsi olan divar təsvir edilib. Pəncərələrdən işıq izləyiciyə düşür və buna görə divar daha da qaranlıqlaşır. Pəncərədən mavi tonlarla işlənmiş dağlıq peyzaj görünür. Madonna fiqurunun özü isə sanki qabaqdan düşən işıqla aydınladılıb. Qadın incə və düşüncəli baxışla uşağa baxır. Madonnanın üzü profildən təsvir edilin, dodalarında təbəssüm yoxdur, yalnız dodaqların kənarlarındakı dartılma və ya batıq təbəssüm hissi yaradır. Körpə, hürkmüş şəkildə izləyiciyə baxır və sağ əli ilə anasının döşündən tutur. Uşağın sol əlində isə Avropa alacəhrəsi vardır.

Əsərin parlaq obrazlılığı, ana və körpəsi haqqında çoxlu məlumat verən xırda detallar vasitəsiylə ifadə edilir. Ana və körpəsi, uşağın döşdən ayrılması kimi dramatik bir məqamda təsvir edilib. Qadının əynində geniş boyun yerli qırmızı köynək var. Köynək üzərində edilmiş xüsusi kəsim, onu çıxarmadan uşaq əmizdirməyə imkan verir. Kəsiklərin hər ikisi səliqə ilə tikilmiş, yəni uşağın döşdən ayırılmasına qərar verilmişdir. Lakin, sağ tərəfdəki kəsiyin tikişi tələsik şəkildə açılmışdır: onun yuxarı hissəsində dartılmış saplar aydın şəkildə görünür. Uşağın istəyinə uyğun ana gəldiyi qərarın icrasını təxirə salmışdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Ola bilsin ki, “Madonna Litta” Leonardonun studiyasında Milan dövründə (təxm. 1481/83-1499) və ya həmin dövrdən əvvəl işlənmiş “Madonna və körpə” rəsmlərindən biridir. Uffitsi qalereyasında saxlanan eskiz üzərində Leonardo, 1478-ci ildə “iki Bakirə Madonna” rəsmi üzərində çalışmağa başladığını qeyd edir, 1482-ci ildə yazılmış studiya inventarında isə (Atlantika kodeksinin tərkibində) növbəti dəfə iki Madonna rəsmi xatırlanır. Onlardan ikincisi müxtəlif təfsirlərdə “demək olar ki, yekunlaşdırılmış, profildən” və ya “yekunlaşdırılmış, demək olar ki, profildən” kimi təsvir edilir.[2] “Madonna Litta”dakı Bakirənin başı başqa cür də izah edilə bilər və buna görə də belə hesab edilir ki, Leonardo əsər üzərində işləməyə hələ yaradıcılığının Florensiya dövründə başlamış, lakin, onu yekunlaşdırmamışdır. Uzun müddət yarımçıq qaldıqdan sonra Milanda onu, rəssamın tələbələrindən biri üzə çıxarmışdır.[3] Əsərin elmi tədqiqi isə göstərmişdir ki, onun üzərində yalnız bir rəssam çalışmışdır.[4]

Leonardonun bir neçə eskizi “Madonna Litta”ya hazırlıq işi kimi qiymətləndirilmişdir. Bütün tədqiqatçılar tərəfindən Leonardoya aid olduğu qəbul edilən və Luvrdakı Vallardi Kodeksinə daxil olan gümüş iynə texnikası ilə çəkilən eskizdə gənc qadının sifəti yaxın profildən çəkilmişdir. Belə bir məlumat var ki, həmin təsvirdən Leonardonun emalatxanasında çalışan tələbələri öyrənmək üçün istifadə etmişlər; kağızın digər tərəfində başqa bir rəssam lələk və tuşla uz cizgiləri üzərindən gedərək Leonardonun özünün kompozisiyanı yaratması zamanı istifadə etdiyi texnikanı təkrarlamışdır.[5] Eskizin başqa rəssamlar üçün nümunə rolunu göstərən başqa bir fakt isə, o qədər də uğurlu olmayan tələbələrdən biri tərəfindən kağız üzərində çəkilmiş, daha sonra isə başqa bir XVI əsr rəssamının digər tərəfində eskiz işlədiyi rəsmdir. Həmin səhifə hazırda Frankfurtdakı Ştedel Sənət Muzeyində saxlanılır.[6]

Mavi hazırlıq kağızı üzərində ağ qurğuşun boyası ilə gümüş iynə texnikası əsasında çəkilmiş iki eskiz isə daha çox Da Vinçinin tələbələrindən olan Covanni Antonio Boltraffioya aid edilir. Körpə başının təsviri olan birinci eskiz Parisdəki Kastodia Fondunda, Bakirənin geyiminin eskizi olan ikinci eskiz isə Berlindəki Qravür kabinetində saxlanılır. Berlindəki eskizin, rəssamın tədqiq edilmiş digər geyim eskizləri ilə oxşarlığı əsasında həmin iki eskiz də Boltraffioya aid edilmişdir. Müəyyən edilmişdir ki, Paris və Berlində saxlanan eskizlər “Madonna Litta” üçün hazırlıq eskizləri olub, əsərin tamamlanmasından sonra çəkilmiş kopya deyillər.[7] Belə ki, Berlindəki geyim eskizində daha çox qol hissəsi görünsə də, yekun əsərdə həmin hissəni uşaın başı örtmüşdür. Bu, onlama gəlir ki, kompozisiya tədricən bu hazırlıq rəsmləri əsasında yaradılmışdır.

Boltraffioya aid edilən daha bir eskiz isə Metropoliten muzeyində saxlanan Bakirənin üzü təsviridir. Həmin təsvirdəki üz sərt profilə malik olmaqla Ermitajdakı tamamlanmış əsəri xatırlatmır.[8] Belə hesab edilir ki, həmin eskiz Leonardonun tələbəsinin əsər kompozisiyası üçün ilkin təklifidir. Ustad Leonardo isə həmin təklifi Luvrdakı eskizlə düzəltmişdir.[9]

Əsər Leonardodan başqa bir rəssam tərəfindən Milanda 1495-ci ildə rənglənmişdir.[10]

Müəlliflik məsələsi[redaktə | mənbəni redaktə et]

Hələ Leonardonun sağlığında rəsmin onu əsəri kimi qəbul edilməsini, çoxlu sayda surətlərin yaradılması sübut edir. Əsərin müəllifi kimi ən çox adı çəkilənlərdən biri Leonardonun tələbəsi Covanni Antonio Boltraffiodur.[11] Devid Alan Braun isə qeyd edir ki, “Madonna Litta”nın yaradılmasında Marko d’Occono cavabdeh olmuşdur. Belə ki, rəsmin müxtəlif elementləri sonradan d’Occononun müxtəlif əsərlərində istifadə edilsə də, eyni xüsusiyyət Boltraffionun əsərləri üçün xarakterik deyildir. 2011-2012-ci illərdə London Milli Qalereyasında baş tutmuş və Leonardonun birinci Milan dövrünə həsr edilmiş böyük sərgidə əsər Leonardonun işi kimi təqdim edilmişdir. Lakin, sənət tarixçisi Martin Kemp bu addımı “məhkəmənin ilkin qərarı” kimi qiymətləndirmişdir.[12] Kemp, 2017-ci ildə qeyd etmişdir ki, o, rəsmin müəllifinin Boltraffio olduğunu düşünür.[13]

Məşhurlaşması[redaktə | mənbəni redaktə et]

Ehtimal ki, 1500-cü ilin martında Venesiyaya gedərkən Leonardo “Madonna Litta”nı da özü ilə aparmışdır. Belə ki, Markantonio Mikelin gündəliyindəki qeyddə, əsərin 1543-cü ildə Kontarini ailəsinin Venesiyadakı evində olduğu görünür:

" Bir fut və ya bir az böyük ölçüsü olan bir rəsm var ki, orda Bakirə Məryəm yarım boy ölçüdə, oğlan uşağını əmizdirərkən təsvir edilib. Leonardo da Vinçinin fırçasına məxsus olan bu əsər, böyük güc və bitkinliyə malikdir.[14] "

Əsərin ən erkən print versiyası Covanni Antonio da Breşiyanın dairəsindən olan naməlum Venesiya rəssamı tərəfindən işlənmişdir. Venesiya məktəbinə məxsus ən azı bir nüsxə Veronadakı Kastelvekkyo muzeyində saxlanılır.

Əsərin tarixi ilə bağlı ən dəqiq təqvim olan 1784-cü ildə, onu şahzadə XII Alberiko di Belcoyozo tərəfindən Cüzeppe Ro adlı bir nəfərdən alınmışdır. 1813-cü ildə Belcoyozonun ölümündən sonra əsər Litta ailəsinin kolleksiyasına qatılmış və beləliklə də hazırkı adını almışdır. 1865-ci ildə Rusiya çarı II Aleksandr əsəri Ermitajda sərgilənməsi üçün qraf Antonio Littadan almışdır[15]; həmin tarixdən sonra bu günə kimi “Madonna Litta” Ermitajın kolleksiyasına daxildir. Ermitajda əsər üzərində bərpa işləri aparılmış, bu zaman o, taxtadan kətan üzərinə köçürülmüşdür.[10]

Sənədli film[redaktə | mənbəni redaktə et]

1966-cı ildə Pavel Koqan və Sergey Solovyov gizli kamera ilə Ermitaja əsəri görmək üçün gələn ziyarətçilər haqqında “Üzə baxın” (rus. Взгляните на лицо) adlı sənədli film çəkmişlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 https://www.hermitagemuseum.org/wps/portal/hermitage/digital-collection/01.+Paintings/29633/.
  2. Kemp, 2001. səh. 263 and 293, n. 640
  3. Kemp, 2006. səh. 32–3
  4. Syson və b. 2011. səh. 222
  5. Syson və b. 2011. səh. 228–9
  6. Syson və b. 2011. səh. 230–1 (cat. no. 60)
  7. Syson və b. 2011. səh. 234
  8. "Head of a Woman in Profile to Lower Left". Heilbrunn Timeline of Art History. Metropolitan Museum of Art. 2020-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2019.
  9. Brown, 2003. səh. 26
  10. 1 2 Wallace, Robert. The World of Leonardo: 1452–1519. New York: Time-Life Books. 1966. 153, 185.
  11. Brown, 2003. səh. 27
  12. Kemp, Martin. "The National Gallery's blockbuster exhibition could mark a turning point for Leonardo scholars". The Art Newspaper. 1 February 2012. 15 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2019.
  13. "» Robert Simon Artwatch". artwatch.org.uk (ingilis). 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2019.
  14. Syson və b. 2011. səh. 224
  15. Syson və b. 2011. səh. 224, n. 5

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Brown, David Alan. Leonardo da Vinci: Art and Devotion in the Madonnas of his Pupils. Biblioteca d'arte. Cinisello Balsamo, Milan: Silvana Editoriale. 2003.
  • Fiorio, Maria Teresa. Giovanni Antonio Boltraffio: Un pittore milanese nel lume di Leonardo. Milano: Jandi Sapi Editori. 2000. 81–3. (cat. no. A3)
  • Kemp, Martin, redaktor Leonardo on Painting: An anthology of writings by Leonardo da Vinci with a selection of documents relating to his career as an artist. Nota Bene. New Haven and London: Yale University Press. 2001.
  • Kemp, Martin. Leonardo da Vinci: The Marvellous Works of Nature and Man. Oxford: Oxford University Press. 2006.
  • Syson, Luke; Keith, Larry; Galansino, Arturo; Mazzotta, Antonio; Nethersole, Scott; Rumberg, Per. Leonardo da Vinci: Painter at the Court of Milan. London: National Gallery. 2011.