Maarifçilik — Vikipediya

Maarifçilikbilikmədəniyyətin ötürülməsi, yayılması ilə əlaqədar fəaliyyətdir. Maarifçilik elmi tutumlu və sistemli bir fikri cərəyan kimi XVIII əsrdə meydana çıxsa da, maarifçilik ideyaları çox qədimlərdən mövcud olmuş və bəşər mədəniyyətinin inkişafında müstəsna rol oynamışdır.

Azərbaycanda maarifçilik[redaktə | mənbəni redaktə et]

Orta əsrlər Azərbaycan ədəbiyyatında da maarifçilik ideyalarının geniş yayıldığını görmək olar. Xüsusən dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz poemalarında bu ideyalara böyük önəm verildiyinin şahidi olmaq mümkündür. Belə ki, «Xəmsə»yə daxil olan poemaların hamısında maarifçi hökmdar ideyasının qızıl xətlə keçdiyini aşkara çıxarmaq olar.

Məhz bu cür zəngin maarifçilik ənənələrinə malik olduğundandır ki, Azərbaycan ədəbi-fəlsəfi fikir yeni dövrdə maarifçilik hərəkatına yaxından qoşularaq bu ideyaların qızğın təbliğatçısına çevrildi.[1]

XIX–XX əsr Azərbaycan maarifçiləri sırasına Həsən bəy Zərdabi, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əbdürrəhim bəy Haqverdiyev, Səfərəli bəy Vəlibəyov, Aleksey Osipoviç Çernyayevski və başqaları aid edilir.

Maarifçiliyin istiqamətləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şərq Fəlsəfəsi Problemləri". 2013-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-31.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]