Maşıoba — Vikipediya

Maşıoba
41°28′ şm. e. 48°45′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Xaçmaz rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Maşıoba xəritədə
Maşıoba
Maşıoba

MaşıobaAzərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

XIX əsrin axırlarında yaranmış Maşı-oba kəndinin əsası Hacı Məhəmməd oğlu Əhməd bəy tərəfindən qoyulmuşdur. Kənd sıx meşələrlə əhatəli olduğundan Meşə-oba adlanıb. Sonradan Maşı-oba kimi sənədləşib. Buna səbəb həmin sənədləri tərtib edənlərin rus və digər millətlərdən olmasıı olub. 1980-ci illərə kimi kəndin köçürülməsi (Xruşov planına əsasən) nəzərdə tutulduğundan inkişafı üçün heç bir tədbir görülməyib. Kənd tarixi kurqanlarla əhatə olunub. Kəndin ərazisində Tunc dövründən (e.ə. IV minilliyin sonlarından II minilliyin sonuna kimi davam etmişdir) qalma yaşı 2500-3000 il olan iki kurqan mövcuddur. Həmin kurqanlarda Tunc dövrünə aid dulusçuluq sənətinə dair əşyalar tapılmışdır.

Kəndin əhalisi əsasən ceklilərdən, tatlardan, qırızlardan və ləzgilərdən ibarətdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]