Mərzban ibn Məhəmməd (Salari) — Vikipediya

Bu məqalə Salari Mərzban ibn Məhəmməd haqqındadır. Şəddadi Mərziban bin Məhəmməd üçün Mərziban bin Məhəmməd (Şəddadi) səhifəsinə baxın.
Mərzban ibn Məhəmməd
fars. مرزبان بن محمد
Mərzban ibn Məhəmmədİn adından kəsilmiş gümüş dirhəm. Azərbaycan Tarix Muzeyi
Mərzban ibn Məhəmmədİn adından kəsilmiş gümüş dirhəm. Azərbaycan Tarix Muzeyi
941 – 957
ƏvvəlkiMəhəmməd ibn Müsafir
SonrakıI Cüstan
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası Məhəmməd ibn Müsafir
Uşaqları I Cüstan
İbrahim ibn Mərzban
Ailəsi Salarilər dövləti

Mərzban ibn Məhəmməd (v. 957) — Salarilər sülaləsindən ikinci Azərbaycan hökmdarı.

Azərbaycana yürüş[redaktə | mənbəni redaktə et]

Tarımda doğulmuşdu. Məhəmməd ibn Müsafirin oğludur. 941-ci ildə, qardaşı Vəhsudan ilə birləşərək atası Məhəmməd ibn Müsafiri devirmişdir. Bu vaxt Deysəm ibn İbrahimin vəziri Əbül Qasim Cəfər Məhəmmədə yaxınlaşaraq onu Ərdəbilə dəvət etdi. Mərzban bundan istifadə edərək Azərbaycana hərəkət etdi. Deysəmin deyləmi ordusu həlledici döyüşdə Mərzbanın tərəfinə keçdi və Təbriz, Ərdəbil kimi şəhərlər asanlıqla tutuldu. Əbül Qasim Cəfər isə Mərzbanın vəziri təyin olundu. Cəfər daha sonra Mərzbana xəyanət edib Deysəmi taxta geri qaytarmaq istəsə də ələ keçirildi və bağışlandı. Deysəm Ərdəbilə qaçdı və orada mübarizə apardı. Mərzban qardaşının köməyi ilə Ərdəbili bir daha ələ keçirdi, Deysəmi bağışlasa da, Ərdəbil xalqı ağır vergilərə məruz qaldı, şəhər divarları söküldü. Mərzban bundan sonra Araz çayından şimala üz tutdu və Şirvanşahlar kimi digər feodalları vergiyə məcbur qoydu. 945-ci ildə Dvin şəhərini ələ keçirdi. Mərzban və şimaldakı feodallar arasında razılaşdırılmış müqaviləyə görə:

  • Şirvanşah Əhməd hər il 1 milyon dirhəm bac verəcək;
  • Knyaz İşxanik Salarilərin vassalı olacaq;
  • Əl-Rüb hakimi Sənharib ibn Səvadə 300.000 dirhəm;
  • Vəyzur hakimi Əbül Qasim əl-Vəyzuri 50.000 dinar;
  • Əhər və Vərzuqan hakimi Əbül Hica ibn Rəvvad 50.000 dinar;
  • Əbül Qasim əl-Cüdani isə 400.000 dirhəm;
  • Baqratuni nəslindən gələn bütün hakimlər toplam 2 milyon dirhəm;
  • Xaçın knyazı Sənəkərim 100.000 dirhəm bac və 50.000 dirhəm dəyərində at bac verəcəkdi.[1]

Rusların yürüşü[redaktə | mənbəni redaktə et]

943-cü ildə ruslar Azərbaycana yürüş etdilər. Bərdəni ələ keçirən ruslar 1 il şəhərdə qaldılar, Mərzban Bərdəni mühasirəyə alan vaxt Həmdanilərin sərkərdəsi əl-Hüseyn ibn Səidin xəlifənin dəstəyi ilə Azərbaycana hücuma keçdiyini eşidərək geri qayıtmalı oldu. 945-ci ildə Salmas yaxınlarında Həmdaniləri məğlub edən Mərzban geri qayıdanda artıq ruslar getmişdi.

Büveyhilərlə münasibətlər[redaktə | mənbəni redaktə et]

948-ci ildə Cibal hakimi Rüknəddövlənin diplomatik təhqirinə cavab olaraq hücuma keçən Mərzban Qəzvin yaxınlığındakı döyüşdə məğlub olaraq ələ keçirilmişdi.[2] Mərzban həbsdə olduğu müddətdə deyləmilər Mərzbanın atası Məhəmməd ibn Müsafiri yenidən taxta çıxardılar. Lakin Məhəmməd yenidən Vəhsudan tərəfindən həbs olunduğu üçün güc boşluğu yarandı və bu boşluğu da Dvində Şəddadilər, Ərdəbildə yenidən Deysəm ibn İbrahim, Təbrizdə isə Rəvvadilər doldurdu.

Geri qayıdışı və ölümü[redaktə | mənbəni redaktə et]

953-cü ildə, Mərzban həbsdən qaçaraq Ərdəbilə gəldi və Deysəmi yenidən qovdu. 954-cü ildə qızını Rüknəddövlə ilə evləndirərək sülh bağladı. Həmin il Şəddadiləri qovsa də Rəvvadiləri xəraca bağladı. 956-cı ildə Deysəm yenidən Salması Həmdani hakim Seyfəldövlənin köməyi ilə keçirmişdi. Dərbənddə olan Mərzban yenidən qayıdaraq Deysəmi ələ keçirdi və gözlərinə mil çəkərək kor etdi. 957-ci ildə vəfat etdi və yerinə əvvəlcə oğullarını təyin etsə də, sonra fikrini dəyişib Azərbaycanı qardaşı Vəhsudana verdi. Bu da ara müharibələrinə səbəb oldu.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Bilinən ailəsi:

Oğulları[redaktə | mənbəni redaktə et]

Qızları[redaktə | mənbəni redaktə et]

  • Adı bilinməyən bir qız - Cibal hakimi Rüknəddövlə ilə evlənmişdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Vladimir Minorski, Caucasica IV, Bulletin of the School of Oriental and African Studies XV, 3 (1953), səh. 519-520
  2. Bosworth, 234

Mənbə[redaktə | mənbəni redaktə et]

Bosworth, C. E. Iran under the Buyids // Frye, R. N. (redaktor ). The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. 1975. 250–305. ISBN 0-521-20093-8.