Mənzil İnşaatı Dövlət Agentliyi — Vikipediya

Mənzil İnşaatı Dövlət Agentliyi
  • Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
Loqonun şəkli
Mənzil İnşaatı Dövlət Agentliyi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 11 aprel 2016
Tabelik Azərbaycan Respublikası Prezidenti
Ünvan Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z AZ1078
Rəhbərlik
Rəhbər Sadiq Sadıqov

Rəsmi saytı mida.gov.az/az/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənzil İnşaatı Dövlət AgentliyiAzərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirən qurum. İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir. İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təyin edilmişdir.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi gündən ölkədə davamlı sosial-iqtisadi inkişaf təmin edilmişdir. Azərbaycan Respublikasında bir çox sosial problemləri öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirliməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bu məsələ öz əksini tapmışdır.[2] Konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsilə gerçəkləşdirilir. Bu sənəddə strateji xətt olaraq ön plana çəkilən əsas məqamlardan biri də ölkə əhalisi üçün keyfiyyətli sosial xidmətlər hazırlamaq və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr üçün əlçatanlığını təmin etməkdir. Bununla bərabər, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən işlərin davam etdirilməsi və genişləndirilməsi də əsas hədəflərdən biri kimi müəyyən olunub.[2]

Azərbaycan hökumətinin sosial siyasətinin bəyan edilmiş məqsədlərindən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Ölkə əhalisinin sayının artması Azərbaycan vətəndaşlarının mənzilə olan tələbatının təmin olunması məsələsini daha da aktual etdi. Xüsusilə az və orta təminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həll edilməsi prioritet vəzifə kimi müəyyən edildi.

Yaradılması[redaktə | mənbəni redaktə et]

İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdır. Agentliyin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.[3]

Azərbaycan Respublikası Prezidentinin "dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 24.11.2016-cı il tarixli 1125 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsi yaradıldı. Ölkə başçısının "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" 07.02.18-ci il tarixli 1819 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi" təsdiq edilmişdir.[4]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Məqsədi[redaktə | mənbəni redaktə et]

Agentliyin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil etmək, habelə həmin torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak etmək və fəaliyyəti əlaqələndirməkdir. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün davamlı və dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq ölkə vətəndaşlarının uyğun qiymətə mənzilə sahib olmaq imkanlarını artırmaq.[5] Agentliyin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil etmək, habelə həmin torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak etmək və fəaliyyəti əlaqələndirməkdir.

Fəaliyyət istiqamətləri[redaktə | mənbəni redaktə et]

  • müvafiq sahədə siyasətin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsində iştirak;
  • müvafiq sahədə nəzarətin həyata keçirilməsi və onun inkişafının təmin edilməsi;
  • müvafiq sahənin tənzimlənməsi ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak;
  • vətəndaşların yaşayış sahələrinə ehtiyacının güzəştli qaydada ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Agentliyin sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının inşasının təşkil edilməsi;
  • investisiyaların təşviqi və cəlb edilməsi ilə sərəncamına verilmiş torpaq sahələrində yaşayış binalarının, habelə yaşayış zonalarında, ictimai-işgüzar zonalarda tikintisi nəzərdə tutulan digər tikinti obyektlərinin inşasının təşkil edilməsi;
  • şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə olunmasının, habelə şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasının aidiyyəti icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə təmin edilməsi;
  • Agentliyin sərəncamına verilmiş torpaq sahələrində tikinti obyektlərinin və onların komplekslərinin memarlıq planlaşdırma və layihələndirmə həllinə nəzarət edilməsi və onun səviyyəsinin yüksəldilməsinin təmin edilməsi;
  • Agentliyin sərəncamına verilmiş torpaq sahələrində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi;
  • vahid informasiya sisteminin yaradılması və onun fəaliyyətinin təmin edilməsi;
  • müvafiq sahə üzrə mövcud vəziyyətin təhlilinin həyata keçirilməsi.[4]

İdarə olunması[redaktə | mənbəni redaktə et]

İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təyin edilmişdir.[1]

Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

  • Agentliyi İdarə Heyəti idarə edir.
  • İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və onun iki müavinindən ibarətdir.
  • İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.[4]

Nəzarət[redaktə | mənbəni redaktə et]

  • Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
  • Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.[4]

Layihələr[redaktə | mənbəni redaktə et]

Yasamal yaşayış kompleksi

Agentlik hal-hazırda bir-neçə iri layihələri icra etməkdədir.[6] Bunlar aşağıdakılardır:

  • Yasamal Yaşayış Kompleksi
  • Hövsan Yaşayış Kompleksi
  • Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi
  • Gəncə yaşayış kompleksi
  • Sumqayıt şəhərində inşa olunan güzəştli mənzillər

Beynəlxalq əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

Agentlik ölkə vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işini müasir qlobal tendensiyaları və bu sahədə qabaqcıl dünya təcrübəsini nəzərə alaraq təşkil edir. Dünyanın bir çox ölkəsi əhalinin mənzilə və yaşayış şəraitinin yaxşılaşdırılmasına artan tələbatının ödənilməsi, sosial mənzillərin tikintisi sahəsində geniş təcrübəyə malikdir. Ötən müddət ərzində Agentlik Almaniya, Sinqapur, Türkiyə, Rusiya, Braziliya, Meksika, Mərakeş və bir çox digər ölkələrin təcrübəsinin təhlilini aparmış, bəzi xarici tərəfdaşlarla ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə əlaqələr qurulmuşdur.

Eyni zamanda Agentliyin fəaliyyətinin effektiv təşkil edilməsi, mənzil tikintisi sahəsində müasir standartların öyrənilməsi və tətbiq edilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının araşdırılması işinə də başlanılmışdır. Azərbaycanda da bu sistemin davamlı olması, iqtisadi risklərə dözümlü təşkil olunması məqsədilə sosial mənzillərin inşası prosesinin maliyyələşdirilməsi mexanizminin öyrənilməsi üçün artıq bir neçə beynəlxalq maliyyə institutu və iri maliyyə şirkətləri ilə ikitərəfli münasibətlərin qurulmasına start verilmişdir.

Beynəlxalq təcrübənin daha yaxından öyrənilməsi, müvafiq xarici təşkilatlarla və investorlarla əməkdaşlığın qurulması və genişləndirilməsi Agentliyin əsas prioritetlərindən biridir.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "S. İ. Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  2. 2,0 2,1 ""Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  3. "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin FƏRMANI" (PDF). 2022-06-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-16.
  4. 4,0 4,1 4,2 4,3 "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi təsdiq edilmişdir". 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-06.
  5. "Missiya və baxış". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  6. "Hər kəs Yasamal Yaşayış Kompleksindən mənzil ala bilər". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.
  7. "Beynəlxalq əməkdaşlıq". 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.