Məmmədtağı Nağıyev — Vikipediya

Məmmədtağı Nağıyev
27 noyabr 1955 – ?
18 avqust 1952 – 1955
ƏvvəlkiDilan Əliyev
SonrakıNəriman Ağayev
9 fevral 1950 – 1952
Kürdəmir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
12 mart 1941 – 1950
Şəxsi məlumatlar
Doğum tarixi 1912
Doğum yeri
Vəfat tarixi bilinmir
Fəaliyyəti siyasətçi

Məmmədtağı Yusif oğlu Nağıyev (1912, Şamaxıbilinmir) — Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon, Zəngilan Rayon, Xıllı Rayon Komitəsinin birinci katibi, Kürdəmir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmmədtağı Nağıyev 1912-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası boyaçı, anası evdar xanım olmuşdur. 1912-ci ildə ailəsi Göyçaya köçmüşdür. 1925-ci ildə Məmmədtağı Nağıyev burada 5-ci sinfi bitirərək pedaqoji texnikuma daxil olmuşdur. 1930-cu ildə texnikumu bitirdikdən sonra o Qaradağlı 7 illik məktəbinə göndərilmişdir. Məmmədtağı Nağıyev 1932-ci ildə isə Zərdab rayonunun Zərdab kəndində nümunəvi məktəbdə müəllim işləməyə başlamışdır. 1933-1934-cü illərdə isə Bakı şəhərindəki İstehlak Kooperasiyası İnstitutunda təhsil almışdır. Sağlamlıq səbəbi ilə təhsilini davam etdirə bilməyən Məmmədtağı Nağıyev Göyçaya qayıdır və Dövlət Bankının Göyçay Rayon şöbəsində mühasib işləməyə başlamışdır. 1937-ci ildə isə Dövlət Bankının İsmayıllı şöbəsinə rəis göndərilmişdir. Məmmədtağı Nağıyev 1939-cu ildə bank müdirlərinin Qorki şəhərində olan siyasi hazırlıq kursuna göndərilmişdir. 1940-cı ildə kursu qurtarandan sonra bu dəfə Dövlət Bankının Göyçay Rayon şöbəsinə rəhbərlik etməyə başlamışdır. 1948-1950-ci illərdə Məmmədtağı Nağıyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 2 illik məktəbinin dinləyicisi olmuşdur.[1]

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Məmmədtağı Nağıyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Plenumunun 12 mart 1941-ci il tarixli qərarı ilə Kürdəmir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə təsdiq olunmuşdur. 9 fevral 1950-ci ildə isə Azərbaycan Kommunist Partiyası Xıllı Rayon Komitəsinin plenumunda I katib vəzifəsinə seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 3 yanvar 1950-ci il tarixi ilə Büro qərarı ilə rayon komitəsinin qərarı təsdiq olunmuşdur. Məmmədtağı Nağıyev Azərbaycan Kommunist Partiyası Zəngilan Rayon Komitəsinin Plenumunun 18 avqust 1952-ci il tarixli qərarı ilə I katib seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi 4 mart 1953-cü ildə Bakı Vilayət Partiya Komitəsinin 17 dekabr 1952-ci il tarixli qərarında verilən təklifə əsasən bu təyinat təsdiqlənmişdir. Məmmədtağı Nağıyev 27 noyabr 1955-ci ildə Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon Komitəsi Plenumunun qərarı ilə I katib seçilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Arxivlənmiş surət". 2017-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.