Məmmədhəsən Əfəndizadə — Vikipediya

Məmmədhəsən Əfəndizadə
Doğum tarixi
Doğum yeri Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (51 yaşında)
Vəfat yeri Əniq, Qusar, Zaqafqaziya Demokratik Federativ Respublikası
Fəaliyyəti pedaqoq

Məmmədhəsən Əfəndizadə (2 fevral 1872, Şamaxı1 may 1918, Əniq, Hil rayonu) — Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, pedaqoq.

Həyatı[redaktə | mənbəni redaktə et]

Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil alıb. Süleyman Sani Axundovla bərabər oxuyub.[1] (1888). Əvvəlcə Bakı quberniyasının Lahıc kəndində (1893 ilədək), sonra Bakıda müəllimlik etmişdir

Lahıcda işləyərkən Əfəndizadə Azərbaycan xalqının adət-ənənələri, etiqadları və s. haqqında zəngin material toplamışdır. Həmin materialları "Sbornik materialov dlya opisaniya mestnostey i plemyon Kavkaza" məcmuəsində, "Həyat", "Dəbistan", "İrşad" "Kavkaz" qəzet və jurnallarında çap etdirmişdir. Ərəb və fars dillərindən tərcümələri də var. "Dəbistan" jurnalının redaktoru olmuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • ASE, IV cild, Bakı,1980, s.245

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nadir Vəlixanov, Süleyman Sani Axundov (Elmi bioqrafiya). Bakı, "Elm", 1996, səh. 39.