Məmməd Qurbanov — Vikipediya

Məmməd Qurbanov
26 mart 1955 – 15 mart 1960
ƏvvəlkiMəmməd Ələkbərov
SonrakıAbdulla Bayramov
22 oktyabr 1963 – 24 iyun 1965
ƏvvəlkiAbdulla Bayramov
SonrakıRauf Hacıyev
bayraq
Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsinin sədri
bayraq2
7 fevral 1969 – 3 iyul 1979
SonrakıAzad Şərifov
aprel 1954 – 1955
ƏvvəlkiMəmməd İsgəndərov
SonrakıTofiq Allahverdiyev
oktyabr 1941 – 19??
mart 1941 – oktyabr 1941
Şəxsi məlumatlar
Doğum tarixi 31 dekabr 1911(1911-12-31)
Doğum yeri
Vəfat tarixi 21 dekabr 1979(1979-12-21) (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni — 1946

Məmməd Qurban oğlu Qurbanov (31 dekabr 1911, Aldərə, Zəngəzur qəzası21 dekabr 1979, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri (1955–1960, 1963–1965), Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin sədri (1969–1979), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1954–1955), Azərbaycan Kommunist Partiyası Vartaşen Rayon Komitəsinin birinci və ikinci katibi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmməd Qurbanov 1911-ci ildə Zəngəzur qəzasının Mərzit (Aldərə) kəndində yoxsul ailədə anadan olmuşdur. 1921-ci ildə Gəncədə ibtidai məktəbə, sonra isə Bakıda Dəmir yolu texniki-peşə məktəbinə daxil olmuşdur. 1925-ci ildə həmin məktəbdə Lenin komsomolunun üzvlüyünə qəbul olunmuşdur.[1] 1929-cu ildə fabrik-zavod şagirdliyi məktəblərinin Bakı yolu məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Kirovabad (Gəncə) parovoz deposunda çilingər kimi başlamışdır. 1930–1935-ci illərdə Məmməd Qurbanov Tbilisi fəhlə dəmiryolu məktəbində, N.Nərimanov adına Bakı Sənaye Texnikumunda təhsil almış, Hərbi təyyarəçilər məktəbinin kursantı olmuşdur. 1935-ci ildən 1940-cı ilədək Kirovabad Şəhər Komsomol Komitəsinin katibi, Şəhər bədən tərbiyəsi və idman komitəsinin sədri, şəhər Xalq Maarif şöbəsinin müdiri, "Kirovabad bolşeviki" qəzetinin redaktoru vəzifələrində işləmişdir.

1941-ci ilin mart ayında Vartaşen (hazırkı Oğuz) Rayon Partiya Komitəsinin II katibi, həmin ilin oktyabr ayında I katibi seçilmişdir. 1949-cu ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini bitirdikdən sonra Məmməd Qurbanov Azərbaycan KP Bakı Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təsdiq edilmiş, sonralar Azərbaycan SSR Nazirlər Soveti yanında Radio İnformasiya Komitəsinin sədri, Kirovabad Vilayət Partiya Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur. Məmməd Qurbanov 1953-cü ildə Bakı şəhər Partiya Komitəsinin katibi, sonralar I katibi seçilmişdir. 1955-ci ildə Azərbaycan SSR mədəniyyət nazirinin müavini, 1955–1960 və 1963–1965-ci illərdə Azərbaycan SSR mədəniyyət naziri, Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin sədr müavini, 1969–1979-cu illərdə isə sədri vəzifələrində işləmişdir.

Məmməd Qurbanov respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Azərbaycan KP MK-nın üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Onun xidmətləri "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri ilə təltif edilmişdir.

Məmməd Qurban oğlu Qurbanov 21 dekabr 1979-cu ildə vəfat etmişdir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Мәммәд Гурбан оғлу Гурбанов // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 487.

Mənbə[redaktə | mənbəni redaktə et]