Məmməd Quliyev (aktyor) — Vikipediya

Məmməd Quliyev
Məmməd Allahverdi oğlu Quliyev
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Naxçıvan, Naxçıvan Muxtar Respublikası, Azərbaycan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1943–2001
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1974 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1965

Məmməd Allahverdi oğlu Quliyev (15 mart 1914, Naxçıvan11 sentyabr 2001, Naxçıvan) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1974).

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmməd Quliyev 15 mart 1914-cü ildə Naxçıvanda doğulub. Bəzi mənbələrdə doğum tarixinin 8 dekabr 1912-ci il olduğu qeyd olunur. Səməd Mövləvi Məmməd Allahverdi oğlu Quliyevi yuxarı siniflərdə oxuyanda teatra dəvət edib. O, əsasən, opera və operetta tamaşalarında xorda oxuyub, epizod rollarda səhnəyə çıxıb. Opera artisti olmaq arzusu ilə orta məktəbi bitirdikdən sonra Bakıya gələrək Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olub. Diplom alandan sonra bir müddət Opera və Balet Teatrında işləyib. Burada ikinci dərəcəli partiyalar oxuyub.

Məmməd Quliyev 1943-cü ildə Naxçıvana gəlib və DMDT-nin truppasına aktyor götürülüb.

11 sentyabr 2001-ci ildə Naxçıvanda vəfat edib.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Aktyor istedadı xarakterik rollarda daha əlvan formada təcəssüm tapıb. Tipik məişət rollarını da bacarıqla oynayıb. Dərviş, Müller, Rüstəm Zal ("Şeyx Sənan", "Şeyda" və "Səyavuş", Hüseyn Cavid), Pirqulu, Həmzə, Belakurov ("Aydın", "Vəfalı Səriyyə" və "Yaşar", Cəfər Cabbarlı), İbrahim xan ("Vaqif", Səməd Vurğun), Qurban ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Naib ağa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Əlimərdan ("Eşq və intiqam", Süleyman Sani Axundov), Mirzə Cəlil ("Sizi deyib gəlmişəm", Anar), Kral ("Sevilya ulduzu", Lope de Veqa), Naçalnik ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Şahbazov ("Göz həkimi", İslam Səfərli), Pristav ("Qatır Məmməd", Zeynal Xəlil), Qodun ("Hücum", Boris Lavrenyov), Balvazov ("Həmyerlilər", Altay Məmmədov), Gəncə hökmdarı ("Məhsəti", Kəmalə Ağayeva), Salmanov ("Toy", Sabit Rəhman), Şahmar ("Vətən", Abdulla Şaiq) rolları Məmməd Quliyevin yaradıcılığının başlıca mahiyyətini xarakterizə edən rollardır. Səsinin təravəti uzun illər itməyən aktyor müxtəlif quruluşlarda Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Nofəl və Məcnunun atası), "Əsli və Kərəm" (Keşiş) operalarında, "Məşədi İbad" (Sərvər), "Arşın mal alan" (Əsgər) operettalarında, Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (Murad), Məmməd Səid Ordubadi və Səid Rüstəmovun ("Beş manatlıq gəlin" (Qiyas) musiqili komediyalarında solist-aktyor kimi çıxış edib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]