Məmməd Qazıyev — Vikipediya

Məmməd Qazıyev
bayraq
Azərbaycan SSR sosial təminat naziri
bayraq2
26 noyabr 1974 – 12 dekabr 1988
ƏvvəlkiZüleyxa Seyidməmmədova
SonrakıLidiya Rəsulova
Şəxsi məlumatlar
Doğum tarixi 1921
Doğum yeri
Vəfat tarixi təq. 2001
Təhsili
Fəaliyyəti həkim, siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
RSFSR əməkdar həkimi

Məmməd Yaqub oğlu Qazıyev (1921, Gəncətəq. 2001) — həkim, tibb elmləri doktoru, RSFSR əməkdar həkimi, Azərbaycan SSR sosial təminat naziri (1974–1988).

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmməd Yaqub oğlu Qazıyev 1921-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi burada bitirdikdən sonra Sovet Ordusunda xidmət etmiş, müharibə iştirakçısı olmuşdur. 1941-ci ildən təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdirmiş, burada komsomol komitəsinin katibi seçilmişdir. 1946-cı ildən isə Moskva Dövlət Tibb İnstitutunun aspirantura pilləsində davam etdirmişdir. Tibb elmləri doktoru elmi dərəcəsini almışdır.[1]

Moskvada olduğu dövrlərdə Məmməd Qazıyev SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Soveti Daimi Nümayəndəliyinin işçisi olmuşdur. 1949-cu ildən Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasında (ÜİHİMŞ) bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 1974-cü ildən Azərbaycan SSR sosial təminat naziri olmuşdur.[2]

Məmməd Qazıyev 1944-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının sədri və IX, XXI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[2] "Vətən müharibəsi", "Xalqlar dostluğu", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif edilmiş, "RSFSR əməkdar həkimi" fəxri adına layiq görülmüşdür.[1]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Məmməd Qazıyev Adilə xanımla ailə qurmuşdu. Nailə və Aliyə adlı qızları var.[1] Qızı Aliyə Qazıyeva Heydər Babayevin həyat yoldaşıdır

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 Надежда Исмайлова. Святой день Мамеда Казиева // Зеркало (rus). 8 мая 2014. 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
  2. 2,0 2,1 Газыјев Мәммәд Јагубович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 80.