Məlikkənd (Göyçay) — Vikipediya

Məlikkənd
40°32′59″ şm. e. 47°49′07″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 21 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Məlikkənd xəritədə
Məlikkənd
Məlikkənd

MəlikkəndAzərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

Kəndin adı Məlikkəndi olmaqla mənası hökmdarın kəndi, məliyin olduğu yer mənasındadır. IX əsrdə Şirvanşahlar dövlətinin ətraf kəndlərin idarəedilməsi üslübu məliklik mərkəzlərindən biri, həmçinin yerli qazi-məhkəmə sisteminin mərkəzi. Məlikkənd kəndində 1876-ci ildə Göyçay qəzasinda ilk məktəb qazi Abdulhəmid tərəfindən açilmişdir və 1905-ci ildə rus-tatar məktəb çevirilmişdir. 1920-ci ildək ətraf kəndlərin əhalisi bu məktəbdə təhsil almişdir. Azərbaycan milli azadlıq hərəkatinin iştirakçisi, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, Göyçay qəzasinin nümayəndəsi Əfəndiyev Haci Hüseyn Abdulla əfəndi oğlu bu məktəbi bitirib, istanbulda təhsilini davam etdirmişdir. Hazırda köhnə məktəbin ərazisində həmin dövrün yadigarı olan yaşı 150 ildən çox çinar ağacı vardır.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Məlikkənd Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Oykonim Məlik şəxs adından və kənd sözündən ibarət olub, "Məlikin kəndi, Malikə maxsus kənd” mənasındadır. Kənd vaxtila dağılmış, sonralar yenə həmin adla yenidən bərpa olunmuşdur.[1]

Coğrafiyasi və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Göyçay rayonunun mərkəzindən 15 km cənubda düzən ərazidə yerləşir. ərazi vaxti ilə Göyçay çayının qolu Şilyan çayi sahili boyunca cənubdan şimala gedən karvan yolunda yerləşən məntəqə olmuşdur. iqlimi düzən dağətəyi, isti subtropikdir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 820 nəfər əhali yaşayır.[2]

İqtisadiyyati[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıqbağçılıqdır. Şirvan zonasinda ən yaxşi göycə alça sortu bu ərazidə yetişir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629