Məlik Məhəmməd xan — Vikipediya

Məlik Məhəmməd xan
1772 – 1784
ƏvvəlkiAbdulla bəy
SonrakıII Mirzə Məhəmməd xan
Şəxsi məlumatlar
Doğum tarixi 1736
Doğum yeri Bakı, Bakı xanlığı
Vəfat tarixi
Vəfat yeri Bakı, Bakı xanlığı
Atası I Mirzə Məhəmməd xan
Həyat yoldaşı Xədicə Bikə
Uşaqları Mirzə Məhəmməd və Əbdürrəhim
Dini İslam, şiə

Məlik Məhəmməd xan (1736, Bakı1784, Nəcəf) — Bakı xanı. 1768- 1784-cü illərdə hakimiyyətdə olmuşdur.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

İlk Bakı xanı Mirzə Məhəmmədin üç övladı olmuşdu: Məlik Məhəmməd, Əliqulu və Məhəmmədqulu.[2] Mirzə Məhəmməd xanın 1768-ci ildə ölümündən sonra hakimiyyətə Məlik Məhəmməd xan gəlmişdir.

Məlik Məhəmməd xan Fətəli xanın bacısı Xədicə Bikəylə evlənərək Quba xanlığı ilə münasibətləri yaxşılaşdırmışdı. Bakı xanlığı əslinə baxılsa, Fətəli xanın vassalı idi. Məlik Məhəmməd xan iradəcə zəif olduğundan, xanlığı, demək olar ki, Fətəli xan və bacısı idarə edirdilər.[2]

Məlik Məhəmməd Xədicə Bikəyə evlənəndən sonra Bakı xanlığı Quba xanına xərac verməkdən azad olunmuşdu. Ancaq Fətəli xan tələb etdikdə ona qoşun ayırmağa borclu idi. Məlik Məhəmməd Fətəli xana arxalansa da, Bakı qalasının möhkəmləndirilməsinə xüsusi fikir verirdi.[2] Şəhərin şimal-qərb tərəfində bütün divar boyu xəndəkləri dərinləşdirmiş, bürclərə qırxa yaxın qısa lüləli və başqa toplar düzdürmüşdü. Qoşunun sayı isə 500 nəfərdən artıq deyildi. Məlik Məhəmmədin Xədicə Bikədən iki oğlu olmuşdu: Mirzə Məhəmməd və Əbdürrəhim. Məlik Məhəmməddən sonra yerinə böyük oğlu II Mirzə Məhəmməd taxta oturdu.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
  2. 2,0 2,1 2,2 2,3 "Arxivlənmiş surət". 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]