Məktuba cavab (film, 1944) — Vikipediya

Məktuba cavab
Fayl:Məktuba cavab (film, 1944).jpg
Janr musiqili
Rejissor İsmayıl Əfəndiyev
Baş rollarda Xosrov Məlikov
Lütfəli Abdullayev
Operator Seyfulla Bədəlov
İstehsalçı Bakı Kinostudiyası
İlk baxış tarixi 1944
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1944
Texniki məlumatlar 2 hissə
622 metr
35 mm

Məktuba cavabİsmayıl Əfəndiyevin musiqili kinooçerk janrında filmi.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film musiqili oçerk səpgisindədir. Buraya səhnələşdirilmiş epizodlar da daxil edilmişdir.

416-cı Azərbaycan diviziyasının döyüşçüləri cəbhədən kinostudiyanın işçilərinə məktub göndərirlər. Döyüşçülər xahiş edirlər ki, respublikanın əmək nailiyyətləri, arxanın qəhrəmanlıq işləri barədə onlara xəbər versinlər. Kinostudiyanın işçiləri bu məktuba cavabı kinonun dili ilə göndərməyi qərara alırlar.

Kinokamera bizi məktublarına cavab olaraq iki qutu kinolent almış döyüşçülərin hərbi hissəsinə aparıb çıxarır. Əsgərlər öz doğma vətənləri Azərbaycanın iqtisadi, mədəni vəziyyəti ilə tanış olurlar. Filmdə arxa cəbhədə zəhmətkeşlərin qəhrəmanlığı, neftçilərin fədakarlığı əks etdirilir. Ekranda Azərbaycan Dövlət Konservatoriyasının uşaq orkestri, saz çalanlar ansamblı, mahnı və rəqs ansamblı bir-birini əvəz edir, xalq artisti Bülbül çıxış edir, Azərbaycan radio komitəsinin xor kollektivi bəstəkar Cahangir Cahangirovun "416-cı" mahnısını oxuyur, istehsalatda olan "Arşın mal alan" bədii filmdən bir epizod göstərilir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: İsmayıl Əfəndiyev
Operator: Seyfulla Bədəlov
Səs operatoru: Ağahüseyn Kərimov

Rollarda[redaktə | mənbəni redaktə et]

Xosrov Məlikov — əsgər[1]
Lütfəli Abdullayev — Vəli

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Aydın Kazımzadə. "Kinosalnamə" [Böyük Vətən müharibəsinin kinoda təcəssümü haqqında] //Mədəniyyət TV.- 2016.- 9 may.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]