Məhərrəm Məmmədyarov

Məhərrəm Məmmədyarov
Məhərrəm Məmmədyarov.jpg
Doğum tarixi
Doğum yeri Yaycı, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR
Vəfat tarixi (97 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı oğlu: Elmar Məmmədyarov
Elm sahəsi neft kimyası
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adları akademik, AMEA-nın həqiqi üzvü
İş yeri Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu
Təhsili Azərbaycan Dövlət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2009 Azərbaycan SSR Dövlət mükafatı — 1980 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2019
"Şərəf" ordeni — 2014 "Şöhrət" ordeni — 2005 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985 "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı — 1988

Məhərrəm Əli oğlu Məmmədyarov (17 oktyabr 1924, Yaycı, Naxçıvan MSSR2 yanvar 2022, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2001), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2009).[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Məhərrəm Məmmədyarov 17 oktyabr 1924-cü ildə Naxçıvan MSSR Yaycı kəndində (indiki Culfa rayonunda) anadan olmuşdur[2]. 1941-ci ildə Naxçıvan Pedagoji Texnikumu bitirmişdir. 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində iştrak etmişdir, 12 medal və ordenlərlə mükafatlanmışdır. 1949-cu ildə Azərbaycan Dövlət Universitetini, 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını bitirmişdi. 1953–1955-ci illərdə Azərbaycan SSR Azərbaycan Milli Elmlər Akademiyası Kimya İnstitutunda elmi katib, 1955–1959-cu illərdə SSRİ EA Nikolay Zelinski adına Üzvi Kimya İnstitutunda baş elmi işçi, 1959–1969-cu illərdə Neft-Kimya Prosesləri İnstitutunda işləmişdir. 1973–1979-cu illərdə isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan regional elmi mərkəzinin rəhbəri idi. 1980-ci ildə Naxçıvan termal məmbələrinin karbon gazının sənayədə istifadə texnologiyasının işlənib hazırladığına görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. 1975–1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti) dərs demişdir. 1981-ci ildən 1994-cü ilə qədər şöbə müdiri, 1994-cü ildən 2002-ci ilə qədər isə Azərbaycan EA Mikrobiologiya İnstitutunun direktoru işləmişdir. 1969-cu ildən Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir.[3][4]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Atası Əli Məmmədyarov, anası isə Cəvahir xanım Kəlbalıxanovadır. Fuad İbrahimbəyovun qızı İzida xanım İbrahimbəyova ilə evlidir.Ayaz Məmmədyarov, Elmar Məmmədyarovun atasıdır.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Tədqiqat apadığı üzvi kimya, neft kimyası, neft kimyavi biotexnologiyalar sahələri alimin fəaliyyətində xüsusi yer tutur. Vinilxloridin toplu miqyasda qaynar katolizatorun layında etilenin xlorlaşdırılması üsulu ilə alınması onun rəhbərliyi altında həyata keçirilmişdir. Həmçinin hərbi spesifikasiyasının tələblərinə uyğun – neft karbohidrogenlərin mikrobioloji çevrilmələri – sintetik efir yağlarının yeni növlərinin sintezi həyata keçirilmişdi. Bundan əlavə, nefti oksidləşdirən mikroorganizmlərin fizioloji fəaliyyətinin istifadəsi əsasında layların hasilatının artırılması üçun biotexnologiya işlənib hazırlanmışdı. Bu üsul Abşeronun bir sıra neft yatağlarında tətbiq edilmişdir.

M.Ə.Məmmədyarov dəfələrlə elmi məruzələrlə beynəlxalq, ümumittifaq və respublika səviyyəli konfranslarda çıxış edərək, elmin müxtəlif sahələrinə — ümumi və tətbiqi kimya, neft kimyası, kataliz, polimerlər, epoksid birləşmələri, ümumi biotexnologiya, kimya və neftkimya biotexnologiyasına aid maraqlı məlumatlar vermiş, ölkəmizi müxtəlif yığıncaqlarda, simpoziumlarda, qurultaylarda, şəhərlərdə — Moskva, Leninqrad, Kiyev, Minsk, Riqa, Tbilisi, Alma-Ata, Düşənbə, Daşkənd və s. layiqincə təmsil etmişdir.

M.Məmmədyarov elmi-tədqiqat işləri ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə bir sıra xarici ölkələrdə (Rusiya, Misir, Çexoslovakiya, Rumıniya, Meksika, Türkiyə, Fransa) elmi ezamiyyətdə olmuşdur.

Alimin elmi tədqiqatlarının nəticələri 5 monoqrafıyada, 39 patent və müəlliflik şəhadətnəmələrinin, 500-ə qədər elmi məqalədə və 60-dan artıq ixtirada öz əksini tapmışdır. M.Məmmədyarov 6 elmlər doktoru və 21 elmlər namizədi yetişdirmişdir.

Məhəmməd Məmmədyarov 2 yanvar 2022-ci ildə 97 yaşında vəfat etmişdir.[5] İkinci Fəxri Xiyabanda dəfn olunub.

Elmi-təşkilati fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Akademik M.Məmmədyarovun yaradıcılığında elmi-təşkilatçılıq fəaliyyəti əhəmiyyətli yer tutur.

  • 1975–1980-ci illərdə zərif üzvi sintez üzrə SSRİ MEA-nın Elmi Şurasının üzvü,
  • 1975–1980-ci illərdə Naxçıvan MR üzrə "Bilik" cəmiyyətinin sədri,
  • ümumittifaq "Bilik" cəmiyyətinin təftiş komissiyasının üzvü,
  • Respublika "Bilik" cəmiyyətinin kimya və biologiya elmlərinin təbliği şöbəsinin sədr müavini,
  • 1992–1993-cü illərdə "Neft kimyası" ixtisası üzrə namizədlik və doktorluq elmi dərəcələrinin verilməsi üzrə Y.H.Məmmədəliyev adına NKPİ-də İxtisaslaşmış Şuranın sədri (hazırda İxtisaslaşmış Şuranın üzvüdür)

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

  • I dərəcəli Vətən Müharibəsi ordeni
  • 1980-ci ildə Azərbaycan SSR Dövlət mükafatı Laureatı
  • 1985 – SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə faşist-alman işğalçıları ilə mübarizədə göstərdikləri cəsarət, möhkəmlik, şücaətə görə və 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin 40 illiyi şərəfinə "I dərəcəli Vətən Müharibəsi" ordeni;
  • 1987 – Ətraf mühitin qorunması və təbiətdən istifadə problemləri sahəsində keçirilmiş baxış-müsabiqənin ən yaxşı işinin qalibi kimi * Respublika elmi-iqtisadi cəmiyyətinin İdarə Heyətinin Fəxri Fərmanı;
  • 1988 – "SSRİ-nın Silahlı Qüvvələrinin 70 ili" medalı;
  • 1995-ci ildə Y.H.Məmmədəliyev adına medal
  • 2005-ci ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni
  • 2006-cı ildə elm və texnika sahəsində əldə etdiyi nailiyyətlərə görə İslam Ölkələri İqtisadi İnkişaf təşkilatının "OGS" qızıl medalı və diplomu
  • 2009-cu ildə Əməkdar elm xadimi fəxri adı
  • 2014-cü ildə Y.H.Məmmədəliyev adına mükafat
  • 2014-cü ildə "Şərəf" ordeni
  • Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2019)

Bəzi elmi işləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.science.gov.az/forms/deystvitelnyie-chlenyi/57
  2. "Görkəmli kimyaçılar". 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
  3. http://www.nkpi.az/?page=addread&id=493[ölü keçid]
  4. "Arxivlənmiş surət". 2019-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-18.
  5. Akademik Məhərrəm Məmmədyarov vəfat edib

Mənbə[redaktə | mənbəni redaktə et]