Məhərrəm Haşımov — Vikipediya

Məhərrəm Haşımov
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (57 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti teatr rejissoru, pedaqoq
Fəaliyyət illəri 1928–1969
Təhsili Moskva Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutu
Teatr Gənc Tamaşaçılar Teatrı, Akademik Milli Dram Teatrı, Rus Dram Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1940 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940 3-cü dərəcəli "Stalin" mükafatı — 1951 Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı — 1969
"Qırmızı əmək bayrağı" ordeni — 1959 "Şərəf nişanı" ordeni — 1946
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haşımov Məhərrəm Zakir oğlu (2 fevral 1912, Bakı2 may 1969, Bakı) — Azərbaycan teatr rejissoru, ssenarist, aktyor, film direktoru, Azərbaycan SSR xalq artisti (1954), "Stalin" mükafatı laureatı (1951).

Həyatı[redaktə | mənbəni redaktə et]

Məhərrəm Haşımov 2 fevral 1912-ci ildə Bakıda anadan olmuşdur. O, 1936-cı ildə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdir. 1944-cü ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləmişdir.[1]

Məhərrəm Haşımov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Şillerin "Qaçaqlar", Cəfər Cabbarlının "Aydın" kimi tamaşalarına quruluş vermişdir. Rejissor 1937-ci ilin repressiyalari dövründə müəyyən təzyiqlərə məruz qalsa da, sənət prinsiplərinə sadiq çıxmışdır.[1]

1948-ci ildən 1951-ci ilə qədər Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor və direktor vəzifələrində çalışmışdır. Onun Azərbaycan Dövlət Rus Dram Teatrında rejissorluq fəaliyyətinin əsas məğzində müasir fəlsəfi-realist teatr yaratmaq məqsədi dururdu.[1]

Rejissor "Döngədə ev" (Tur qardaşları, 1949), "Xəzər üzərində şəfəqlər" (İmran Qasımov, 1950), "Balıqçı oğlu" (Vilis Latsis, 1953), "Dəniz cəsurları sevir" (İmran Qasımov və Həsən Seyidbəyli, 1954), "Kino çəkilir…" (Edvard Radzinski, 1966), "Teleqramla hekayət" (V. Osipov, 1966), "Milyonçu qadın" (Bernard Şou, 1966), "İntervensiya" (Lev Slavin, 1967), "Ənənəvi toplanış" (Viktor Rozov, 1968) tamaşalarına quruluş vermişdir.[1]

Məhərrəm Haşımov 1951–1956-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında işləmişdir. O, 1956-cı ildən 1960-cı ilə kimi yenidən Rus Dram Teatrına göndərilmiş və baş rejissor olaraq fəaliyyət göstərmişdir. Rejissor fasilələrlə 20 ildən artıq bir müddətdə Rus Dram Teatrında çalışmışdır. Məhərrəm Haşımov uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[1]

Məhərrəm Haşımov 60-cı illərin birinci yarısında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmiş, onun fəaliyyəti dövründə "Bizim küçə", "Leyli və Məcnun", "Böyük dayaq", "Əmək və qızılgül", "Telefonçu qız", "Əhməd haradadır?", "Möcüzələr adası", "Romeo mənim qonşumdur", "Sehirli xalat" bədii, bir çox sənədli filmlər çəkilmişdir.

Məhərrəm Haşımov 1969-cu ildə, 57 yaşında vəfat etmişdir.[1]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 "Əlamətdar və tarixi günlər təqvimi" (#bad_url) (PDF) (Azərbaycan). anl.az. 2020-12-25 tarixində arxivləşdirilib (PDF).

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 138–139.