Məhəmməd ibn Rəşid əl-Məktum — Vikipediya

Məhəmməd ibn Rəşid əl-Məktum
ərəb. محمد بن راشد آل مكتوم
Birləşmiş Ərəb Əmirliyinin Prezidenti[d]
13 may 2022 – 14 may 2022
ƏvvəlkiXəlifə ibn Zeyd Əl-Nəhayan[d]
SonrakıMəhəmməd ibn Zeyd Əl-Nəhayan
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyul 1949(1949-07-15)[1] (74 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi, iş adamı, şair
Atası Şeyx Rəşid ibn Səid Əl-Məktum
Həyat yoldaşları
Dini Sünni İslam
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[2]
sheikhmohammed.ae
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd ibn Rəşid əl-Məktum (ərəb. محمد بن راشد آل مكتوم‎; d. 15 iyul 1949, Dubay) — Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və dövlət başçısının köməkçisi və Dubay əmirliyinin mütləq hökmdarı.[3] Birləşmiş Ərəb Əmirliklərinin yaradıcılarından biri olan Dubay əmiri Şeyx Rəşid ibn Səid Əl-Məktumun böyük oğlu.

İlk illəri[redaktə | mənbəni redaktə et]

4 yaşında Məhəmməd xüsusi müəllimlər tərəfindən ərəb dili və İslama dair dərs alıb. 1955-ci ildə o “Əl-Əhmədiyyə”də ibtidai təhsilə göndərilib. Burada o, ərəb dili qramatikası, riyaziyyat, coğrafiya, ingilis dili öyrənib.[4]

Çalışqanlığına, fəallığına görə, seçilən şagird olan Məhəmməd 10 yaşında "Əl-Şaab" məktəbinə, iki il sonra Dubay orta məktəbinə gedib. Təhsilini davam etdirmək üçün 1966-cı ildə ailəsi onu Böyük Britaniyaya göndərib. "Bell Educational Trusts English Language School"da təhsil alıb. Hansıki sözügedən təhsil müəssisəsi Avropada bir nömrə sayılırdı. Yeri gəlmişkən, bu səfərdə ona qohumu Məhəmməd ibn Xəlifə Əl Məktum yoldaşlıq edib.[4]

Məhəmməd ibn Rəşid əl-Məktum

Təhsili[redaktə | mənbəni redaktə et]

Kembricdə elit məktəbdə təhsil alan gələcəyin əmiri burada bir çox millətlərin mədəniyyəti ilə tanış olmaq imkanı qazanır. Müxtəlif ölkələrdən olan sinif yoldaşlarından onların mədəniyyətlərini öyrənir. Hələ 20 yaşında ikən gələcək həyatı ilə bağlı dörd cizgini müəyyənləşdirir - hərbi bilik, siyasət, ədəbiyyat və idman.[4]

Karyerası[redaktə | mənbəni redaktə et]

əl-Məktum

Təhsilini bitirdikdən sonra ölkəsinə qayıdan Məhəmməd 1971-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri olur. 1995-ci ildə qardaşı şeyx Məktum onu Dubay şəhzadəsi elan edir. 2006-cı ildə şeyx Məktumun ölümündən sonra Məhəmməd Dubayın 4-cü əmri olur. Eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin vitse prezidenti, baş naziri vəzifəsini həyata keçirir. 1 fevral 2008-ci ildə o oğlu Şeyx Həmdan ibn Məhəmməd ibn Rəşid Əl Məktumini Dubay şahzadəsi elan edir.[4]

Dubay[redaktə | mənbəni redaktə et]

Dubayın bu gün dünyanın ən gözəl şəhəri olmasında şeyx Məhəmmədin rolu böyükdür. Məhz onun rəhbərliyi ilə əfsanəvi “Burj Al Arab” hoteli tikilib. Süni arxipelaq olan "Palm Islands", "Ski Dubais Snow Park" yaradılıb. Dünyanın ən hündür binası olan “Burj Khalifa” (828 m) layihəsi də şeyx Məhəmmədin adı ilə bağlıdır. Nəzərə çatdıraq ki, Məhəmmədin son layihəsi Məhəmməd ibn Rəşid City meqa şəhərinin tikintisidir. Milyard dollarla ölçülən layihəni Dubai Holding və Emaar Properties şirkəti maliyyələşdirəcək. İnşaat işlərinin 2030-cu ildə başa çatdırılması proqnozlaşıdırılır.[4]

Məhəmməd iş dünyasında bir o qədər səriştəli deyil. O hələ şahzadə ikən “Dubai Holding”i də təsis edib. Bu şirkətin səhmlərinin 99,67 faizi Əl Məktuma məxsusdur. Yeri gəlmişkən, “Dubai Holding” özünün gərgin maliyyə vəziyyəti və böyük həcmdə borcları ilə məşhurdur.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. محمد بن راشد آل مكتوم // Discogs (ing.). 2000.
  2. Āl Maktūm, Muḥammad ibn Rāshid // Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. "Uae The Union, its fundamental constituents and aims Law - Law Firms lawyers, Attorney, Solicitor, Injury of UAE". Helplinelaw. 17 February 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 March 2012.
  4. 1 2 3 4 5 6 39 milyardlıq monarx - Video, Foto Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine. publika.az, 14.03.2014  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]