Məhəmməd Yeganə — Vikipediya

Məhəmməd Yeganə
Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə
Photograph of Mohammed Yeganeh
Doğum tarixi
Doğum yeri Zəncan, İran
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Vaşinqton, ABŞ
Təhsili
Fəaliyyəti siyasətçi, iqtisadçı

Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə (5 may 1923 - 18 dekabr 1995) — İran iqtisadçısı və siyasətçisi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə 5 may 1923-cü ildə Zəncan şəhərində dünyaya gəlmişdi. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. 1942-1946-cı illərdə Tehran Universitetində oxumuşdu. İqtisad bakalavrı diplomu almışdı.Sonra ABŞa yollanmış, 1947-1951-ci illərdə Kolumbiya Universitetində magistr ixtisasını almışdı. 1951-ci ildən 1962-ci ilədək neft sahəsində çalışmışdı. 1964-cü ildən 1969-cu ilədək İran İqtisadiyyat nazirliyində işləmişdi.1969-cu ildən 1970-ci ilədək İran Məskən və Sənaye nazirliyində Şöbə müdiri vəzifəsində çalışmışdı. 1970-ci ildən 1971-ci ilədək İran Şahənşah bankının sədri olmuşdu.Eyni zamanda baş nazirin iqtisadiyyat üzrə müşaviri vəzifəsini icra etmişdi. 1971-ci ildən 1972-ci ilədək İran Dünya Bankına başçılıq etmişdi. 1972-ci ildən 1973-ci ilədək IMF-nin direktoru olmuşdu.1973-ci ildən 1976-cı ilədək İranın Mərkəzi Bankına rəhbərlik etmişdi.

Məhəmməd Yeganə daha sonrakı illərdə dövlət naziri, OPEK-də nümayəndə vəzifələrində olmuşdu.1977-ci ildə İranın Plan və Büdcə naziri vəzifəsində çalışmışdı. 1977-ci ildən 1979-cu ilədək İranın İqtisadiyyat və Maliyyə naziri olmuşdu.

Məhəmməd Yeganə 1979-cu ildə İslam inqilabından sonra ABŞ-yə mühacirət etmişdi. 1980-ci ildən 1985-ci ilədək Kolumbiya Universitetində iqtisadiyyat professoru vəzifəsində çalışmışdı.

Məhəmməd Yeganə 18 dekabr 1995-ci ildə Vaşinqton şəhərində vəfat edib.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]