Məhəmməd Moin — Vikipediya

Məhəmməd Moin
fars. محمّد معین
Doğum tarixi güm. 12 iyun 1914(1914-06-12) və ya 29 aprel 1918(1918-04-29)[1]
Doğum yeri
Vəfat tarixi 4 iyul 1971(1971-07-04)[1]
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi İranşünaslıq
Elmi dərəcəsi
İş yeri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Moin (fars. محمد معین‎; güm. 12 iyun 1914 və ya 29 aprel 1918[1], Rəşt4 iyul 1971[1], Tehran) — İran dilçisi, ədəbiyyatşünası.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məhəmməd Moin 12 iyun 1914-cü ildə İranın Rəşt şəhərində anadan olmuşdur. O, qədim və orta əsrlər İran dilləri və mifologiyası üzrə mütəxəssis olmuşdur. Moin Tehran Universitetinin professoru kimi çalışmışdır. O, üçcildlik "Müasir fars dili qrammatikası" (1953), dördcildlik "Fars dilinin izahlı lüğəti" (1963–1968), "Nəsirəddin Tusi və fars ədəbi dili" və s. əsərlərin müəllifidir. Moin Məhəmmədhüseyn ibn Xələf Təbrizinin "Bürhane-qate" lüğətinin geniş müqəddimə ilə nəşr etdirmişdir (c. 1–4, 1951–1957). O, klassik və müasir fars ədəbiyyatına, Nizami, Hafiz, Əmir Xosrov Dəhləvi və başqalarının yaradıcılığına dair tədqiqatları var. Moin 4 iyul 1971-ci il tarixində Tehran şəhərində vəfat etmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 National Library of Israel Names and Subjects Authority File.
  2. Моин Мәһәммәд // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 23.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]