Məhəmməd Mürsi — Vikipediya

Məhəmməd Mürsi
محمد مرسى
bayraq
Misir Ərəb Respublikasının 5-ci Prezidenti
bayraq2
30 iyun 2012 – 3 iyul 2013
ƏvvəlkiMəhəmməd Hüseyn Tantavi (müvəqqəti)
SonrakıƏdli Mənsur (müvəqqəti)
Şəxsi məlumatlar
Doğum tarixi 8 avqust 1951(1951-08-08)[1]
Vəfat tarixi 17 iyun 2019(2019-06-17)[2][3][…] (67 yaşında)
Vəfat səbəbi ürək tutması
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, mühəndis, universitet müəllimi[d]
Dini islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Məhəmməd Mürsi İsa əl-Əyyat (ərəb. محمد مرسى‎; 8 avqust 1951[1]17 iyun 2019[2][3][…]) — Misir dövlət xadimi, Misirin ümumilikdə beşinci, demorkatik seçki ilə seçilən ilk prezidenti. Müsəlman Qardaşlar təşkilatı əsasında yaradılmış Azadlıq və Ədalət Partiyasının sədridir[4]. 2012-ci ildə Mursi Misirdəki prezident seçkilərinin ikinci turunda qalib gəldi.[5]

Həyatı[redaktə | mənbəni redaktə et]

Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-nin Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib[6].

1992-ci ildə “Müsəlman Qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman Qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib. 2012-ci ildə Misir prezidenti seçilib. Lakin 2013-cü ilin iyuniyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub.[7]

17 iyun 2019-cu ildə ölkənin paytaxtı Qahirədə vəfat edib. O, əsas dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında keçinib.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Mohamed Morsi // https://pantheon.world/profile/person/Mohamed_Morsi.
  2. 2,0 2,1 Meghalt a bíróságon az előző egyiptomi elnök, Mohamed Murszi. 2019.
  3. 3,0 3,1 Mohammed Mursi // Brockhauz Ensiklopediyası (alm.).
  4. "شورى الإخوان" يسمي د. مرسي رئيسًا لـ"الحرية والعدالة" Arxivləşdirilib 2012-03-25 at the Wayback Machine. إخوان اون لاين، 2011-4-30. وصل لهذا المسار في 1 مايو 2011.
  5. "Вести.Ru: Президентом Египта стал исламист Мухаммед Мурси". 2014-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-30.
  6. MİSİRDƏ YENİ PREZİDENT: MƏHƏMMƏD MURSİ[ölü keçid]
  7. "Misirin devrilən prezidenti həbs olunub". 2013-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-04.
  8. "Misirin sabiq prezidenti Məhəmməd Mursi vəfat edib". 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]