Məcid Şamxalov — Vikipediya

Məcid Şamxalov
Doğum tarixi 2 may 1907(1907-05-02)
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 1984(1984-10-13) (77 yaşında)
Vəfat yeri
Fəaliyyəti aktyor, dramaturq
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1949
"Əmək igidliyinə görə" medalı — 1949

Məcid Baba oğlu Şamxalov (2 may 1907, Gülablı13 oktyabr 1984, Bakı) — Azərbaycan dramaturqu, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar artisti (1949).

Həyatı[redaktə | mənbəni redaktə et]

Məcid Şamxalov 1907-ci il mayın 2-də Şuşa qəzasının Gülablı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə almış, 1918-ci ildə ailəliklə köçmüşlər. Burada S. S. Axundovun rus-tatar məktəbini bitirmişdir.

M. F. Axundov adına Dövlət Teatr Texnikumunda təhsil aldıqdan sonra (1924–1926) taleyini milli səhnəyə bağlayır, Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləyir. İlk ədəbi-ictimai fəaliyyəti "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanır. Onun ilk əsəri "Mənzər" 1955-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutduğuna görə "Qızıl medal"a layiq görülmüşdür. Xidmətlərinə görə SSRİ medalları ilə təltif olunmuşdur.

Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat etmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Mənzər (pyes). Bakı: Birləşmiş nəşriyyat, 1957, 16 səh.
  • Qayınana (komediya). Bakı: Azərnəşr, 1964, 52 səh.
  • Qayınana (komediya). Bakı: Azərnəşr, 1974, 61 səh.
  • Qayınana (pyeslər). Bakı: Yazıçı, 1980, 117 səh.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 50–53.

İstinadlar[redaktə | mənbəni redaktə et]