Məbud Məhərrəmov — Vikipediya

Məbud Məhərrəmov
Məbud Əliəsgər oğlu Məhərrəmov
Doğum tarixi 12 mart 1957(1957-03-12) (67 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2000 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2006
IMDb ID0535918

Məbud Məhərrəmov (12 mart 1957, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2006).

Həyatı[redaktə | mənbəni redaktə et]

Məbud Məhərrəmov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib.[1] 1978-ci ildən Səməd Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynamış, bir çox filmlərdə çəkilmişdir.

Onun yaratdığı: Ağasaf (M. İbrahimbəyov "Мужчина для молодой женщины"; azərb. "Gənc qadın üçün kişi"‎), Əmrah (Hidayət "Mənzil"), Ər (Elçin "Mənim ərim dəlidir"), Qannibal (J. Patrik "Странная миссис Сэвидж"; azərb. "Qəribə missis Sevic"‎), Şut (U. Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

M. Məhərrəmov bundan başqa bir çox filmlərdə və televiziya filmlərində çəkilmişdir. "Деловая поездка" ("İşgüzar səfər"), "Park", "Другая жизнь" ("Özgə ömür"), "В условиях неочевидности" ("Qeyri-müəyyənlik şəraitində"), "Семейный круг" ("Ailə çevrəsi") kimi filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynamışdır.

2000-ci ildə M. Məhərrəmov Azərbaycan Respublikasının Əməkdar Artist, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.

2006-cı, 2012-ci, 30 aprel 2014-cü ildə[2] və 6 may 2015-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[4]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Ailə (film) (tammetrajlı bədii film)-rol: qaçqın
  2. Aşkarsızlıq şəraitində... (film, 1986)
  3. Bir anın həqiqəti (film, 2003)
  4. Cavid ömrü (film, 2007)
  5. Dronqo (serial, 2002)
  6. Etimad telefonu (film, 2001)
  7. Fatehlərin divanı (film, 1997)
  8. Güllələnmə təxirə salınır!... (film, 2002)
  9. Həyət (film, 2015) (qısametrajlı bədii film)
  10. Hücum (film, 1989)
  11. Xüsusi vəziyyət (film, 1986)
  12. İşgüzar səfər (film, 1982)
  13. Qala (film, 2008)
  14. Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
  15. Məşədi İbad-94 (film, 2005)
  16. Murad-Sad (film, 1988)
  17. Nə gözəldir bu dünya... (film, 1999)
  18. Nigarançılıq (film, 1998)
  19. Onun atası (film, 2016)
  20. Özgə ömür (film, 1987)-Müstəntiq
  21. Park (film, 1983)
  22. Sirr (serial, 2012)
  23. Sübhün səfiri (film, 2012)
  24. Təhminə (film, 1993)
  25. "Yapon" və yaponiyalı (film, 1990)
  26. Yaşıl eynəkli adam (film, 1987)
  27. Yaşıl eynəkli adam-2 (film, 1999)-Qərib
  28. Yaşıl eynəkli adam-3 (film, 2002)-Qərib
  29. Yumurta (film, 2003)
  30. Xeyirlə şərin rəqsi (film, 2015)
  31. Ana və poçtalyon (2020)
  32. Olimpia (film, 2021)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Lider TV. "Xalq artisti Məbud Məhərrəmov yubileyə hazırlaşır" (az.). Youtube.com. 02.03.2017. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-03.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  4. President. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 6 may 2016. 2016-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]