Müzakirə:Orta Şərq — Vikipediya

"yaxın şərq" və "orta şərq"[mənbəni redaktə et]

ingilis dilindəki "middle east" və "near east" birəbir dilimizə "orta şərq" və "yaxın şərq" olaraq tərcümə edilirsə də azərbaycanda bu sözlərin istifadəsi başqa məna daşıyır. rus dilindəki istifadəyə uyğun olaraq biz "yaxın şərq" deyəndə iraq, ərəbistan, fələstin, israil, hətta bəzən türkiyə başa düşürük. oysa orta şərq çox zaman əfqanıstan, iranı nəzərdə tutmaq üçün istifadə olunur. məsəl üçün "Greater Middle East" olaraq bilinən Bush hökümətinin istifadə elədiyi termini Ayna qəzeti [1] "BÖYÜK YAXIN ŞƏRQ" olaraq tərcümə edir. Onun üçün azvikidə bir çox yerdə gördüyüm yaxın şərq sözü, yaxın şərq olaraq dəyişdirilməlidir düşünürəm. -Aruzmzkrfəalyt15:01, 7 Mart 2008 (UTC)


Müzakirənin daha zəngin getməsi üçün ASE-dən aşağıdakı məqalələri olduğu kimi bura köçürdüm.
Orta şərq- Asiyada ərazi adı. Sovet ədəbiyyatında O.Ş. ölkələrinə, adətən İran və Əfqanıstan, xarici ədəbiyyatda (xüsusən ingilis və Amerika ədəbiyyatlarında) isə, həmçinin yaxın Şərq ölkələri də daxil edilir.
Yaxın şərq- Qərbi Asiya və Şimali Şərqi Afrikada yerləşən ərazilərə verilən ad. Türkiyə, Livan, Suriya, İordaniya, İsrail, Sudan, MƏR, İraq, Səudiyyə Ərəbistanı, YƏR, Qatar, Küveyt, Oman, YXDR, Kipr Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Y.Ş. ölkələridir. Xarici Ədəbiyyatlarda (əsasən Qərbi Avropa və Amerika) Y.Ş. ölkələrini İran və Əfqanıstanla birlikdə Orta Şərq məfhumuna aid edirlər.
Sualı mən belə qoyardım- hansı bölgüdən istifadə edək? Ənnənəvi Azərbaycan (sovet) yoxsa qərb? --A_M_D m-f 07:00, 9 Mart 2008 (UTC)

AMD, əməyin üçün çox sağol. Məncə qoyduğun sualın cavabını bugünkü Azərbaycan qəzetlərinə baxaraq vermək olar. Populyar qəzet və radiolara göz atınca həmən görmək olur ki, Azərbaycanda ənənəvi forma qəbul olunmuşdur. Orta şərq və yaxın şərq məqalələrinin özündə qərb versiyasının nə nəzərdə tutduğu da açıqlansın. -Aruzmzkrfəalyt09:10, 15 Mart 2008 (UTC)


Yaxın Şərq Avromərkəzçi yanaşma olduğuna görə və hansısa nisbət üzrə olduğuna görə (yəni Avropadan baxış bucağında) onun doğru olduğunu hesab etmirəm. Bundan başqa Qafqaz və Orta Asiyada bu əraziyə aiddir. — Bu imzasız yazı 94.20.114.4 (m) tərəfindən əlavə edilib; 19:31, 9 avqust 2011 (UTC)[cavabla]