Müzakirə:Neftçi PFK — Vikipediya

Komanda heyəti haqqında olan başlığın nə vaxtın məlumatı olduğu və ya nə vaxt yeniləndiyi yazılsa yaxşı olar. Bu ya başlığın içində ya da aşağıda QEYD olaraq verilə bilər. Mənbəni də göstərsək yaxşı olar.--Bakuemil 21:10, 25 Sentyabr 2010 (UTC)

Nümunə kimi seçilmiş məqalə statuslu Qarabağ məqaləsindən istifadə etmək daha faydalı ola bilər. --Cekli829 11:00, 27 sentyabr 2010 (Cek vaxtı ilə)

Məqalənin adı[mənbəni redaktə et]

Klubun rəsmi adı "Neftçi PFK"-dır. Məqalədə də belə olmalıdır.--samral müzakirə 19:45, 18 noyabr 2013 (UTC)[cavabla]

Neftçi Fərqanəyə gəldikdə isə o klubun rəsmi adı Neftçi FK Neftçinin isə Neftçi PFK-dır.--samral müzakirə 00:05, 1 noyabr 2014 (UTC)[cavabla]

Bir kluba aid olmayan adı biz ona aid edə bilmərik. Klubun adı Neftçi-dir. Xüsusiləşdirsək Neftçi PFK. Tay Neftçi Bakı PFK yazmaq Bakı sözünü klubuna adına "yamamaqdır". Siz Real Madridə və ya Xəzər Lənkəran FK-ya bəli şəhərin adını mütləq yazmalısız, çünki adları belədir. Ama tay durub Galatasaraya və ya Fenerbahçeyə İstambul yaza bilmərsiz ki. Bu da elə. Eminn sən bu şeyin əhlisən. Buyur sən də iştirak et müzakirədə.--samral müzakirə 20:19, 19 dekabr 2014 (UTC)[cavabla]

Redaktəyə icazə verilməməsi[mənbəni redaktə et]

Əgər ki, Wikipedia hər kəsə redaktə etmək üçün hüquq veribsə deməli biz də bundan istifadə edə bilərik, yox? Nicat49 adlı şəxs kimdir ki, hər dəfəsində edilən redaktələri geri qaytarır? Bir yerə qədər bu normaldır, lakin mən də redaktəni geri qaytardığımda məni ban etmək nə deməkdir?! Müşahidə şurasının kimlərdən ibarət olduğu heç kimə maraqlı deyil! İsrarla Neftçinin səhifəsində səriştəsiz rəhbərliyin və rəqib Qarabağın adını çəkməkdə məqsədiniz nədir? Mən ki redaktə hüququmdan sui-istifadə edib mövzuya artıq-əskik heçnə əlavə etmirəm, əksinə dala dolğun məlumatla birgə Neftçinin sanbalına uyğun redaktələr edirəm. Nicat49 adlı şəxs inzibatçıdırsa belə bundan sui-istifadə edir və Qarabağ azarkeşi olduğu bəllidir. Sənin Neftçi mövzusunda nə işin var? Renatilys (müzakirə) 02:58, 7 fevral 2023 (UTC)[cavabla]

Salam, vikipediyanın öz qaydaları var. — Wealszy (müzakirə) 09:22, 7 fevral 2023 (UTC)[cavabla]

@Renatilys

  • 1) Sizi müzakirə apararkən "Nicat49 adlı şəxs kimdir ki" və "Sənin Neftçi mövzusunda nə işin var?" kimi fikirlərdən uzaq durmağa səsləyirəm, həmçinin Vikipediya:Nəzakət qaydaları toplusu ilə tanış olmağı məsləhət görürəm.
  • 2) Sizin "Neftçi" və ya hər hansı başqa komandanın fanatı olmağınız öz şəxsi işinizdir. "Müşahidə şurasının kimlərdən ibarət olduğu heç kimə maraqlı deyil!", "İsrarla Neftçinin səhifəsində səriştəsiz rəhbərliyin adını çəkməkdə məqsədiniz nədir?" kimi fikirlərdən və "Ölkənin ən köklü və ən böyük klubudur" kimi redaktələrdən uzaq durun, unutmayın ki, bura forum və ya tribuna deyil.
  • 3) Sizin bloklanma səbəbiniz redaktə müharibəsi aparmığınız və daha da önəmlisi, klubun Müşahidə Şurası bölməsində rəsmi sayta istinadən əlavə olunmuş məlumatları, köhnə məlumatlarla dəyişmənizdi. Gələcəkdə belə yalan məlumatların əlavə olunması sizin yenidən bloklanmağınıza gətirib çıxara bilər. Lütfən dəyişiklik etməmişdən öncə, bir qədər araşdırma aparın.— Nicat49   müzakirə 00:52, 8 fevral 2023 (UTC)[cavabla]
1) Mən nəyin şəxsi işim olduğunu və nəyin olmadığını mükəmməl ayırd edə bilən fərdəm, nəzakətsizlik etdiyimi və ya süvardinasiya qaydalarını pozduğumu qəti şəkildə düşünmürəm. Redaktəni Neftçi fanatı kimi etdiyimi demədim, Neftçi fanatı olduğum üçün redaktə olunması gərəkdiyini düşündüyümü dedim. Bu ümumi Wikipedianın istifadəçilərə təqdim etdiyi bir şeydir, istər Neftçi fanatı olsun istər Sumqayıt. Məncə siz bir inzibatçı kimi Qarabağ klubu ilə yanaşı” kimi redaktələrdən uzaq durun, və yaxud Qarabağ FK səhifəsinə də eyni məlumatı “Neftçi ilə yanaşı” şəklində əlavə edin. O zaman buranın forum ya da tribuna olmadığını sizin də dərk etdiyinizə inanmış olacağam. Redaktə müharibəsi dediyiniz şey qəbuledilməzdir, çünki bu tək tərəfli yox, qarşılıqlı şəkildə baş vermiş hadisədir. Mən özüm özümlə “müharibə” apara bilmərəm çox güman ki. Müşahidə şurasına gəldikdə isə, mənim yalan məlumat əlavə etmək fikrim yoxdu, sadəcə dəyişiklikləri geri aldıqda müəyyən yenicə dəyişdirilmiş faktlar da geriyə alınır. Yeri gəlmişkən, 2 aydır dəyişən Müşahidə Şurasının sədrini redaktə etməyi zənnimcə sayəmdə xatırladınız. İndi isə məni bu məlumatları yalan məlumatlarla dəyişməkdə günahlandırmanız absurddur. Məncə siz dəqiq bilirsiniz ki, mənim dərdim Müşahidə Şurasının sədrini səhv qeyd etmək deyil. Lütfən bir az obyektiv olun, və yaxud Neftçi PFK klubunun səhifəsini daha obyektiv redaktə edəcək şəxslərə həvalə edin. Məncə Qarabağ FK səhifəsi sizin üçün tam uyğundur, orada heçkimlə redaktə müharibəsi aparmalı olduğunuzu zənn etmirəm. Burada inzibatçı olmağınız istər-istəməz sizin üstünlüyünüzdür, mən inanıram ki haqlı əməklərinizə görə bu statusu almısınız. Lakin xahiş edirəm bu üstünlüyünüzdən haqsız yerə istifadə etməyəsiniz.
2) Bura başlıqda da yazıldığı kimi “müzakirə” bölməsidir, forum olmağına ehtiyac yoxdur Renatilys (müzakirə) 02:57, 8 fevral 2023 (UTC)[cavabla]
"Qarabağ" klubu ilə yanaşı ifadəsindən istifadə etmək niyə problemlidir? Bu cür ifadələr bir çox yerdə işlədilir. EnVikidə Real Madrid məqaləsində yazılıb ki, Real Madrid Barselona və Atletik Bilbao ilə birlikdə La Liqadan düşməmiş 3 klubdan biridir. Şiroi Akuma 03:50, 8 fevral 2023 (UTC)[cavabla]
Ola bilsin mətnimdə əsas problemin fokusunu bu kimi görmüsünüz. Lakin bunu bir o qədər də problem etmirəm, problem olan redaktəni geri qaytararkən Qarabağ FK ilə bağlı mətnin də qaytarılması, amma səbəb kimi Müşahidə Şurası barədə yazılanların göstərilməsidir. Ən əsas problem isə blok olunmaq. Sanki 2 nəfər davamlı diskussiya içərisindədir və birdən tərəflərdən biri inzibati üstünlüyündən istifadə edərək digərini susdurur. Mən anlayıram inzibatçılar olmalıdır, bu hüquq onlara boş yerə verilmir. Bu hüquqdan mənim əleyhimə istifadə edilməsi də tam normal haldır. Ancaq göstərilən səbəblərin məntiqsiz və haqsız olduğunu düşünürəm, bütün problem bundan ibarətdir. Razılaşmadığım üçün də şikayət edirəm, mənim də buna hüququm çatır, elə deyil? Yoxsa AzViki ancaq adminlər üçündür? Renatilys (müzakirə) 04:59, 8 fevral 2023 (UTC)[cavabla]
İzah edə bilərsiz ki, niyə görə Neftçi məqaləsində "ölkənin ən böyük klubudur" yazmısız? Nəinki Neftçi, istənilən klubun məqaləsində belə ifadə yazmaq neytrallığı pozur. Şiroi Akuma 05:36, 8 fevral 2023 (UTC)[cavabla]

Ölkədə yaranan ilk klub olması, indiyə kimi fəaliyyətini bir çox yaş qruplarında uğurla davam etdirməsi, nəzdində bir çox digər klubların olması, hazırda ölkənin ən titullu klubu olması, ölkə miqyasında böyük bir camiəyə sahib olması və s. digər şeylər də saymaq olar, amma ehtiyac yoxdur. Bilirsiniz niyə? Çünki sizin üçün mənim yuxarıda yazdıqlarım hava axıntısıdır. Sualınız məsələni həll etmək üçün verilən suala bənzəmir, yazdıqlarıma ən xırda reaksiya belə sezmirəm. Problem təkcə “ən böyük klub” sözündə idisə sadəcə onu dəyişmək olardı. Lakin mənə səbəb olaraq müşahidə şurası barədə yalan məlumat əlavə etdiyim deyilir. Sizə uğurlar, belə baxıram burda sadəcə vaxt itirirəm, sonda yenə səlahiyyətli şəxslərin istədiyi olacaq. Amma heç olmasa bir nəfər Neftçinin səhifəsini ən azı Qarabağın səhifəsi qədər dolğun, səviyyəli redaktə etsin. Renatilys (müzakirə) 07:26, 8 fevral 2023 (UTC)[cavabla]

Renatilys, siz sadəcə yanlış yerdən başladınız. Nə qaydaları oxumusunuz nə də onları oxuyub əməl etməyə cəhd göstərirsiniz. Qaydalarla tanış olmadığınız üçün bu cür düşünürsünüz. Bizim işimiz burada könüllü olaraq vikiqaydalardan kənara çıxılmasının qarşısını almaq və xoş niyyətli istifadəçilərə yardımçı olmaqdır. Sizin yuxarıda yazdığınız yazını qaydaları bilən biri yazsaydı azı 1-2 aylıq Nəzakət qaydalarını pozduğu üçün bloklanmışdı. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:35, 8 fevral 2023 (UTC)[cavabla]
İstəyirsinizsə bu başlığı silin, heç bir əhəmiyyəti yoxdur daha. Mən silə bilmirəm, yoxsa özüm silərdim, silmək funksiyası varmı onu da bilmirəm. Bir daha burada nəyinsə redaktəsinə baş qoşacağımı sanmıram, hətta Vikidən ümumiyyətlə istifadə etməməyi qərara aldım. Təşəkkür cavab yazdığınız üçün, silə bilərsiniz. Renatilys (müzakirə) 07:43, 8 fevral 2023 (UTC)[cavabla]
Renatilys, vikidə heç bir müzakirə və redaktə silinmir ilk yarandığı gündən bu yana hər bir məlumat qalır. Sizə uğurlar arzu edirəm. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:46, 8 fevral 2023 (UTC)[cavabla]
Özünüz nəyisəni anlamağa, vikipediyanın prinsiplərini başa düşməyə çalışmırsız. Sonra da deyirsiz ki, Vikipediya ədalətsiz yerdir, redaktə etməyə qoymurlar, inzibatçıları pisdir və s. "Qarabağ" klubunu sevmirsiz deyə tərəfli redaktələr aparırsız, biz etiraz edəndə isə deyirsiz ki, yox, belə deyil. Mən də burda adi istifadəçi kimi başlamışam, bir günə inzibatçı olmamışam ki. Yeni istifadəçi olanda heç kim mənim fəaliyyətimi məhdudlaşdırmayıb və ya deməyib ki, sən bunu redaktə edə bilməzsən. Çünki mən bura ensiklopediyanı genişləndirməyə gəlmişəm, sevdiyim futbol klubunu tərifləməyə yox. Şiroi Akuma 08:11, 8 fevral 2023 (UTC)[cavabla]

White Demon, Nicat49, Eldarado fikrimcə Renatilys istifadəçisi müddətsiz və ya uzunmüddətli bloklanmalıdır. Həm redaktə müharibəsi edir həm vikipediyanın işini pozur həmdə nəzakət qaydalarına əməl etmir. Həmçinin, istifadəçi hələdə haqlı olduğunu düşünür. — Wealszy (müzakirə) 09:25, 8 fevral 2023 (UTC)[cavabla]