Müzakirə:Nəriman Qasımoğlu — Vikipediya

Şablon[mənbəni redaktə et]

Gadir bəy bu şəxs daha çox alim kimi tanınır. Şablon dəyişdirlməlidir. Özü də Vəzifəli şəxs kimi tarixlər də məlum deyil, sual işarəsi qoyulub.— Araz Yaquboglu (müzakirə) 08:00, 16 aprel 2024 (UTC)Cavabla

Araz Yaquboglu, mən də sizinlə eyni fikirdəyəm. Toğrul bəyə bununa bağlı müraciət etmişəm. Toghrul R, sizcə, necə edək? Hazırda bunu nizamlayan qaydalarımız olmasa da, digər səhifələrdə və vikilərdə də buna rast gəlmək olar. Şablondakı vəzifə hesab edirəm ki, vacibdir və qalması doğrudur. Mənbə olmasa idi, hə, silinməli idi mütləq. Yaşayan insanların bioqrafiyaları qaydasına uyğun olaraq. Amma indiki halda vəziyyət elə deyil. Mümkün olsa, şablonu dəyişək və orada bunu qeyd edək. Çünki şəxsin əsas peşəsi həqiqətən siyasət yox, elmdir. Burada istifadəçi həmin bölmənin tamamilə şablondan silinməsini istəyir. Həll yolunu nədə görürsünüz? Belə istəklərə görə nəyisə Vikipediyadan silmək doğru olmaz, əlbəttə. Hörmətlə, Gadirmüzakirə 20:12, 16 aprel 2024 (UTC)Cavabla
Bəy, sual qoyulması görülməmiş təcrübə deyil. Əsas odur ki, fakt doğrudur, yoxlanılabiləndir və vacib vəzifədir. Hörmətlə, Gadirmüzakirə 21:53, 16 aprel 2024 (UTC)Cavabla
@Araz Yaquboglu @Gadir tarixləri bilinmir deyə vəzifə silinə, alim şablonu qoyula bilər. Çünki çaşqınlıq yaradır. Məqalənin içində siyasi fəaliyyətində bölməsində bu məlumat onsuz da verilib. Bu, kifayət edər. Hər kəs həyatı boyu bir neçə fəaliyyətlə məşğul ola bilər. Konkret olaraq siyasətçi deyilsə, əsas fəaliyyət sahəsinə uyğun şablon seçmək lazımdır. Toghrul R (m) 03:57, 17 aprel 2024 (UTC)Cavabla
@Toghrul R, şablonun dəyişdirilməsi ilə razıyam, amma sual işarələri qəribə hal deyil, sadəcə mənbə olmayanda elə edirlər. Qeyd də yerləşdirilib ki, istefa edib. Amma hər bir halda şablon dəyişdirilməlidir. Problem deyil, sizin gələcəkdəki təkliflə nizamlayarıq hamısını. Hörmətlə, Gadirmüzakirə 04:01, 17 aprel 2024 (UTC)Cavabla
Gadir bəy məncə də Alim şablonu ilə əvəz edin. Bu daha yaxşıdır. Araz Yaquboglu (müzakirə) 04:07, 17 aprel 2024 (UTC)Cavabla
HəY Edilib. Hörmətlə, Gadirmüzakirə 04:08, 17 aprel 2024 (UTC)Cavabla