Müzakirə:Münxen — Vikipediya

Münhen → Münxen[mənbəni redaktə et]

Salam, dostlar. Şəhərin adı alman dilindən "Münxen" kimi səslənir. Bunu çox vaxt rus dilindən keçən transliterasiya kimi qəbul edirlər. Amma bu, yanlışdır. Son dövrlərdə bu xəta bizim mətbuatda da düzəldilib, artıq "Münxen" kimi yazılır. Toghrul R (m) 13:49, 4 mart 2024 (UTC)[cavabla]

Səslənişi deyə bilmərəm, çünki almanlar Münxen yox, "Münçn" deyirlər. Amma transliterasiya qaydalarına görə "Münxen" düzgündür. Şiroi Akuma 16:31, 4 mart 2024 (UTC)[cavabla]
@Toghrul R, razıyam, yerli rəsmi və etibarlı mənbələrdə də bu cür keçir. Hörmətlə, Gadirmüzakirə 16:38, 4 mart 2024 (UTC)[cavabla]
@Gadir @White Demon şərhlər üçün təşəkkürlər. Transliterasiya qaydalarını rəhbər tutaraq səhifənin adını dəyişirəm. Bu arada, məqalənin erməni dil versiyasına da baxdım, onlarda da "h" hərfi ola-ola "x" ilə veriblər Toghrul R (m) 10:41, 5 mart 2024 (UTC)[cavabla]

Münhen şəhərini nəyə görə hər yerdə Münxen edirsiniz? Originalda Münhendir axı. Ruslarda "h" hərfi və səsi olmadığından, bizim dilə də onlardan Münxen keçib. Xokkey və Hokkey kimi. — Tarixi Nadir (müzakirə) 11:46, 5 mart 2024 (UTC)[cavabla]

@En Merker salam. Bu müzakirəyə baxa bilərsiniz. Ruscadan transliterasiya deyil, almancadandır. Toghrul R (m) 11:50, 5 mart 2024 (UTC)[cavabla]

Alman dilində olan məqalədə səsləndirmədə "x" deyil. "H" daha çox bənzəyir axı. — Tarixi Nadir (müzakirə) 11:54, 5 mart 2024 (UTC)[cavabla]

@En Merker son dövrlərdə KİV-lər, eləcə də rəsmi mənbələr "Münxen" variantını rəhbər tuturlar. Bunun əsası var. Düzdür, səslənmədə "x" ştrixə bənzəyir. Amma transliterasiya qaydalarında "ch" hərfinin "x" kimi çevrildiyini görə bilərik (həmin siyahıda Münxenin də adı var). Bundan əlavə, digər dillərdə də elə "x" ilə yazılır. Məsələn, həm "x", həm də "h" hərfi dəstəklənən erməni dilində Մյունխեն → Myunxen formatında verilir. Gürcü dilində də elədir: მიუნენი (onlarda da təmiz "h" var → ჰ) Toghrul R (m) 12:04, 5 mart 2024 (UTC)[cavabla]