Müzəffər Nərimanov — Vikipediya

Müzəffər Nərimanov
Nərimanov Müzəffər Əliəkbər oğlu
bayraq
AK (b) P MK Təşkilat Şöbəsinin müdiri
bayraq2
bayraq
Azərbaycan SSR Xalq FKM Komissarını müavini
bayraq2
bayraq
ÜİK (b) P Sverdlovsk Dairə Komitəsinin katibi
bayraq2
bayraq
AK (b) P MK katibi
bayraq2
bayraq
AK (b) P MK Kütləvi Təşkilat Şöbəsinin müdiri
bayraq2
bayraq
Orconikidze Rayon Komitəsinin katibi
bayraq2
bayraq
Nuxa qəza və Zaqatala Mahal Fövqəladə Komissarının müavini
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (40 yaşında)
Vəfat yeri Moskva, RSFSR, SSRİ
Atası Nərimanov Əliəkbər Ələsgər oğlu
Anası Sitarə Bəyim Mir İbrahim qızı
Həyat yoldaşı Marina Alekseyevna Nərimanova
Uşağı Cəmilə (1925)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nərimanov Müzəffər Əliəkbər oğlu (28 iyul 1897, Tiflis21 aprel 1938, Moskva) — Azərbaycan SSR dövlət xadimi, Nəriman Nərimanovun əmisi nəvəsi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Müzəffər Nərimanovun son fotosu

Nərimanov Müzəffər ilk təhsilini rus-tatar məktəbində almışdır. Bakı realni məktəbində oxuyarkən inqilabi hərəkata qoşulmuşdur. Fevral-burjua demokratik inqilabından (1917) sonra Bakı quberniya ərzaq komitəsinin müvəkkili, Azərbaycanda Sovet hakimiyəti qurulduqdan sonra isə  Nuxa qəza və Zaqatala mahal fövqəladə komissarının müavini olmuşdur. 1921-ci ildə AK (b) P Fabrik və Zavod Rayon Komitəsinin katibi seçilmişdir. 1925-ci ildə  G.V.Plexanov ad. Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, AK (b) P MK təşkilat şöbəsinin müdiri (1925-1927), Azərbaycan SSR Xalq FKM komissarını müavini (1927-1928), ÜİK (b) P Sverdlovsk Dairə Komitəsinin katibi (1929-1930), AK (b) P MK katibi, Ural Vil.İstehlak İttifaqının sədr müavini (1930-1933), AK (b) P MK kütləvi təşkilat şöbəsinin müdiri, Orconikidze Rayon Komitəsinin katibi, Bakı Komitəsinin katibi, sonra II katibi (1933-1937) vəzifələrində çalışmışdır.[1]

ÜİK (b) P-nın 16 və 17-ci qurultaylarının, AKP və Zaqafqaziya kommunist təşkilatlarının bir sıra qurultaylarının nümayəndəsi olmuşdur. Dəfələrlə AK (b) P MK,  ÜİK (b) P Zaqafqaziya Ölkəvə Sverdlovsk Vil.Komitələrinə, Azərbaycan SSR MİK və SSR MİK-nə üzv seçilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.[1]

Müzəffər Əliəkbər oğlu Nərimanov 1937-ci ildə sentyabrın 3-də Mir Cəfər Bağırov tərəfindən həbs edilmişdir. Saxtalaşdırılmış materiallar əsasında onun barəsində irəli sürülən ittihama görə Nərimanov Azərbaycanda fəaliyyətdə olan əksinqilabi təxribatcı və ziyanverici trotskiçi-terrorçu təşkilatın rəhbərlərindən biri kimi alman və türk kəşfiyyatı ilə xəyanətkar əlaqəyə girərək onların tapşırığı ilə Azərbaycanın xalq təsərrüfatına ziyan verən diversiya işlərini həyata keçirmişdir.

İstintaq zamanı M.Nərimanov 200 nəfər haqqında ondan tələb olunan ifadəni vermişdir.

Azərbaycan SSR PNIX-nın 1937-ci il 13 oktyabr tarixli qərarına müvafiq olaraq, o, SSRİ PNIX-nın sərəncamına göndərilmişdir.

RSFRSR  CM-nin 58-1 “a”, 58-2, 58-7, 58-8 və 58-11 maddələri ilə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Müzəffər Nərimanov ən yüksək cinayət cəzasına-  bütün əmlakı müsadirə edilməklə - güllələnməyə məhkum edilmişdir. 1938-ci il aprelin 21-də Müzəffər Nərimanov Moskvada güllələnmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Azərbaycan Sovet Ensiklopediyası.VII cild. Bakı,1983. S.226
  2. Верховный Суд Союза ССР. Определение № 015235/55

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]