Mütləq bərk cisim dinamikası — Vikipediya

Klassik mexanika

Nyutonun ikinci qanunu
Tarixi

Mütləq bərk cisim dinamikası — bir-birinə bağlı cisimlər sisteminin xarici qüvvlələrin təsiri altında hərəkətini öyrənir. Fərz edilir ki, cisimlər mütləq bərkdir, yəni onlar tətbiq edilmiş qüvvələrin təsiri altında deformasiya etmir. Beləliklə, belə sistemlərin analizi sistemin konfiqurasiyasını təsvir edən parametrlərin hər bir cismin başlanğıc konfiqurasiyasının irəlliləmə və fırlanma hərkətlərini təsvir edən parametrlərə azadılması ilə sadələşdirilir. Maye, elastik və plastik xassələrə malik cisimlər belə qanunlarla təyin olunmur.

Mütləq bərk sistemin dinamikası hərəkət (kinematika) qanunları və Nyutonun ikinci qanununun (kinetika) tətbiqi ilə təsvir olunur. Bu tənliklərinin həlli, ümumi sistemin və eləcə də onun hər bir komponentinin yerini, hərkətini və təcilini zamandan asılı olan funksiya şəklində müəyyən edir.

Tətbiqləri[redaktə | mənbəni redaktə et]

  • Robot sistemlərinin analizi üçün
  • Heyvanların, insanların və insana bənzər sistemlərin biomexaniki analizi üçün
  • Kosmik obyektlərin analizi üçün
  • Dinamik əsaslı sensorların, məs. giroskopik sensorların, layihələndirilməsi və inkişafı üçün
  • Video oyunların qrafikasının yaxşılaşdırılması

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • E. Leimanis (1965). The General Problem of the Motion of Coupled Rigid Bodies about a Fixed Point. (Springer, New York).
  • W. B. Heard (2006). Rigid Body Mechanics: Mathematics, Physics and Applications. (Wiley-VCH).

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]