Mütə döyüşü — Vikipediya

Mütə döyüşü
Bizans-Ərəb müharibələri
Tarix Sentyabr 629
Yeri Qüds yaxınlığında, İordaniya
Səbəbi Göndərilən müsəlman elçinin (Haris bin Ümeyr'in) səbəbsiz yerə öldürülməsi
Nəticəsi Müsəlman mənbələrinə görə müsəlmanların zəfəri, Xristian mənbələrə görə Bizans qələbəsi
Münaqişə tərəfləri

Müsəlmanlar

Şərqi Roma İmperiyası
Qəssanilər

Komandan(lar)

Zeyd ibn Harisə  
Cəfər ibn Əbu Talib  
Abdullah ibn Rəvaha  
Xalid ibn Vəlid

I İrakli
Teodor Trithyrius

Tərəflərin qüvvəsi

3 min

100 min

İtkilər

Bilinmir

Bilinmir (çox hesab edilir)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mütə döyüşü (ərəbcə: غزوة مؤتة) — Şərqi Roma İmperiyası ilə Müsəlmanlar arasında baş vermiş ilk müharibə idi.

Səbəbləri[redaktə | mənbəni redaktə et]

İslam peyğəmbəri Məhəmməd böyük dövlətlərin hökmdarlarına elçilər göndərdi və onları İslama dəvət etdi. Bu səfirlərdən biri Haris bin Umayr, Bizans İmperiyasının Busra (Havran) valisinə göndərildi. Lakin Busra valisi Şurahbil elçini öldürdü. Bunu eşidən Məhəmməd Şürahbilin üstünə bir ordu göndərməyə qərar verdi.

Döyüş[redaktə | mənbəni redaktə et]

Müsəlmanlar 3000 nəfərlik bir ordu qurdular. Ordu komandanlığı ilə əlaqədar Məhəmməd bu təlimatları verdi:

"Zeyd bin Harisəni komandir təyin etdim. Zeyd bin Harisə şəhid olarsa, qoy Cəfər bin Əbu Talib onu əvəz etsin, Cəfər bin Əbu Talib şəhid olarsa, Abdullah bin Revaha onu əvəz etsin oda şəhid olarsa Müsəlmanlar öz arasından münasib birini seçib onu özlərinə komandir təyin etsin."

Daha sonra Məhəmməd orduya qadınları, uşaqları və yaşlıları öldürməmələri lazım olduğunu söylədi; Ağacları, evləri və kilsələri məhv etməmələrini buyurdu.

İslam Ordusunun Mədinədən yola düşdüyünü eşidən Şürahbil, Bizans İmperatoru I. İrakliyə bir məktub göndərdi. Bu vaxt, qardaşı Sedusun əmrində Vadi'l Kürə müsəlmanlarla görüşmək üçün göndərir. Buradakı döyüşdə Sedus öldürüldü və ordusu məğlub oldu.

İrəliləyən İslam ordusu Şamdan keçdi. Bu vaxt Bizans İmperatoru İraklinin 100 min nəfərlik bir ordu ilə onların yanına gəldiyini eşidən müsəlmanlar, necə davranacaqlarını qiymətləndirməyə qərar verdilər. Müsəlmanların çoxu, xəbərin Məhəmmədə göndərilməli olduğunu və onun cavabına görə hərəkət etməsinin doğru olduğunu düşündü. Ancaq bu müharibədə öləcək Abdullah bin Ravahanın aşağıdakı çıxışı hər kəsin fikrini dəyişdirdi və müharibəyə qərar verildi:

"Uşaqlar, qorxduğumuz şey ələ keçirmək istədiyimiz şeydir, yəni şəhid olmaqdır. Gəlin dinimizi izzətləndirmək üçün mübarizə edək. Ya şəhid, ya da qazi olacağıq. Hər ikisi də gözəl deyilmi?"

Mütə meydan döyüşündəki qarşıdurmada Məhəmmədin adını çəkdiyi üç səhabə də öldü. Bunun üzərinə Xalid bin Vəlid əmirliyi öz üzərinə götürdü.

Xalid bin Vəlidin stratejik bir taktikası ilə Bizans ordusunda ani çaxnaşma mühiti yaradıldı. Bundan istifadə edən müsəlmanlar sərt bir hücumla Bizans ordusunu qismən darmadağın etməyə müvəffəq oldular.

Lakin Bizans ordusunun 30 qat üstünlüyünü nəzərə alaraq Xalid bin Vəlid müharibəni daha davam etdirməyi məntiqli görmədi və Mədinəyə qayıtmağa qərar verdi və o gecə geri çəkildi. Bizans ordusu da çox sayda itki verdiyindən İslam ordusunu təqib etməyə çalışmadı.

Həmçinin oxuyun[redaktə | mənbəni redaktə et]

Ərəb-Bizans müharibələri

İstinadlar[redaktə | mənbəni redaktə et]

Muhammad Husayn Haykal, The Life of Muhammad (Allah's peace and blessing be upon him), Tercüme eden Isma'il Razi A. al-Faruqi, 1976, American Trust Publications, ISBN 0-89259-002-5
Fred Donner, The Early Islamic Conquests, sayfa 105
a b General A. I. Akram, The Sword of Allah: Khalid bin Al-Waleed, Bölüm 6, sayfa 2
Türkiye Diyanet Vakfı İslâm ansiklopedisi, Türkiye Diyanet Vakfı, İslâm Ansiklopedisi Genel Müdirlüğü, 1994, sayfa 129.
Yılmaz Öztuna: Devletler ve hânedanlar, Kültür Bakanlığı, 2005, ISBN 9751704707, sayfa 57.
Kaegi, Walter. Byzantium and the Early Islamic Conquests, Cambridge University Press, 1992, ISBN 0-521-48455-3, p. 79. "The numbers that the Byzantines raised are, of course, uncertain but unlikely to have exceeded 10,000."
Saif-ur-Rahman Mubarakpuri, ar-Raheeq al-Makhtoom, "The Sealed Nectar", Islamic University of Medina, ISBN 1-59144-071-8, Dar-us-Salam publishers
SURUÇ Salih, Peygamberimizin Hayatı, Nesil Yay., c. 2, s. 442, ISBN 975-408-020-8
İbn Sa'd, et-Tabakâtü'l-Kübrâ, Beyrut 1960, c. 2, s. 128
Müslim, Sahih, c. I, s. 1357
SURUÇ Salih, a.g.e., c. 2, s. 446
İbn Hişam, Sîre, c. 4, s. 17
SURUÇ Salih, a.g.e., c. 2, s. 455. Bu taktiğe göre, savaşanların yeri değiştirildi. Yani ordunun sağındakiler sola, solundakiler sağa; öndekiler de arkaya alınarak düşman askerlerinin yeni simalarla karşılaşması ve İslam Ordusu'nun takviye edildiği düşüncesi oluşturulmaya çalışıldı.