Müstəqil film — Vikipediya

Müstəqil film — bu filmlər məşhur kinostudiyaların iştirakı və dəstəyi olmadan çəkilən filmlərdir. Müstəqil filmlər B filmləri (az büdcəli) filmlər siyahısına daxildir. Bu filmlərdə əsas mövzu filmin sonunda aydın olur. Amerikada müstəqil filmlər məşhur olmasa da, KanadaAvropa ölkələrində daha məşhurdur. Müstəqil filmlərin bir çoxunda diqqəti cəlb etmək üçün erotika janrı və bəzi təcavüz səhnələri çoxluq təşkil edir. Bu səbəbdən bir çox aktyorlar və ya aktrisalar müstəqil filmlərdə çəkilməkdən imtina edir. Amma elə kino sənətçiləri vardır ki, bu filmlərdə çəkilməyi özünə borc bilir.

Müstəqil filmlərə ayrılan az büdcəyə görə uğursuzluq zamanı cuzi itkilər olsa belə, uğur qazandıqları zaman ona çəkilən xərcdən daha çox gəlir əldə edirlər. Müstəqil Amerika kinematoqrafiyası 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Spayk Li, Stiven Soderberq, Kevin Smit və Kventin Tarantinonun daxil olduğu digər yeni nəsil kinematoqrafların uyğun olaraq "Doğrunu seç" (Do the Right Thing), "Seks, yalanlarvideolent" (Sex, Lies, and Videotape), "Kargüzarçılar" (Clerks) və "Rezervuar itləri" (Reservoir Dogs) filmlərinin çəkilməsi ilə canlanmışdı. Rejissorluq, ssenari, montaj və digər cəhətlərinə görə bu filmlər yenilikçi və əsasən Hollivud filmlərinin müqavilələrinə ziddiyət təşkil etmək və ona uymamaqla fərqlənirlər. Bundan əlavə, onların əhəmiyyətli maliyyə uğurları və məşhur mədəniyyətə keçidi müstəqil filmlərin ticari qabiliyyətini bərpa etdi. O vaxtdan bəri müstəqil film sənayesi Amerika kinematoqrafiyasında daha təsirli olmuşdur. Əsas studiyaların əksəriyyəti bu sahədə oxşar filmlər istehsal etmək üçün inkişaf edən filiallar tərəfindən maliyələşdiriliblər. 21-ci əsrin əvvəllərində əsas film bazarlarında az olan film növləri indi Amerika bilet kassalarında ən çox satılan filmlərə çevrilib. Bura "Oturan pələng, gizlənən əjdaha" (Crouching Tiger, Hidden Dragon) və "Qəhrəman" (Hero) kimi xarici dildə olan filmlər və "Məni böyüt", "İmperatorun yürüşü" və s kimi sənədli filmlər daxildir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]