Müseyib Dadaşov — Vikipediya

Müseyib Dadaşov
193? – 1937
193? – 193?
1933 – 193?
Şəxsi məlumatlar
Doğum tarixi 23 mart 1896(1896-03-23)
Doğum yeri
Vəfat tarixi 13 avqust 1981(1981-08-13) (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni

Müseyib Mirzə oğlu Dadaşov (23 mart 1896, Balaxanı, Bakı qəzası13 avqust 1981, Bakı) — Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X deputatı, Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon, Astara RayonGədəbəy Rayon komitələrinin birinci katibi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Müseyib Dadaşov 1896-cı ildə Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur.[2] 1912–ci ildən Xəzər-Qara dəniz mexaniki emalatxanalarının çilingəri olaraq işləməyə başlamışdır.[3]

1957-ci ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.

Müseyib Dadaşov 13 avqust 1981-ci ildə vəfat etmişdir. Vəfatı ilə bağlı "Kommunist" qəzetinin 14 avqust 1981-ci il tarixli nəşrinin 2-ci səhifəsində məlumat verilmiş, məlumatın sonunda Heydər Əliyev, Kamran Bağırov, Həsən Seyidov, Süleyman Tatlıyev, Lidiya Rəsulova, Ramiz Mehdiyev, Həsən Həsənov kimi dövlət xadimlərinin imzası əlavə olunmuş idi.[3] O, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Müseyib Dadaşov 1917-ci ilin mart ayında Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) sıralarına daxil olmuşdur. Fevral inqilabından sonra Balaxanı Rayon Deputatları Sovetinin deputatı olmuşdur. Bakı Kommunası dövründə Müseyib Dadaşov Balaxanı Rayon Qızıl Qvardiya Qərargahının üzvü olmuşdur.[3]

Aprel işğalından sonra aktiv siyasi fəaliyyətinə açıq şəkildə davam edən Müseyib Dadaşov Azərbaycan LKGİ-nin I Qurultayının təşkilatçılarından olmuş və Azərbaycan LKGİ Mərkəzi Komitəsinin üzvü seçilmişdir.[3]

1921-ci ildə Müseyib Dadaşov Kommunist İnternasionalının III Konqresində iştirak etmişdir.[3]

Müseyib Dadaşov 1933-cü ilədək Azərbaycan Kommunist Partiyası Nuxa, Şamaxı, Lənkəran qəza komitələrində çalışmış, 1933–1937-ci illərdə Azərbaycan Kommunist Partiyası Yardımlı, Astara və Gədəbəy rayon komitələrinin birinci katibi vəzifəsində çalışmışdır. 1938-ci ildən isə rəhbər təsərrüfat işində fəaliyyətə başlamışdır.

1948-ci ildən Azneft Birliyinin fəhlə təchizatı idarəsində rəhbər vəzifədə çalışmışdır.

Təqaüdə çıxdıqdan sonra Azərbaycan LGKİ Respublika İnqilabi Şöhrət Şurasının sədri olmuşdur.

Müseyib Dadaşov Sovet İttifaqı Kommunist Partiyasının XXIII, XXIV, XXV qurultaylarının nümayəndəsi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X deputatı olmuşdur.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Vaxtilə Vladimir Lenin ilə görüşüb, onunla söhbət etmiş Müseyib Dadaşovun bu görüşü haqda "İliçin döyünən qəlbi" filmində sujet verilmişdir.

1972-ci ildə isə Əhməd Abdullayevin rejissorluğu, Emil Ağayevin ssenaristliyi ilə Müseyib Dadaşovun həyat fəaliyyətini əks etdirən "O, Lenini görmüşdür" filmi çəkilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Мүсејиб Мирзә оғлу Дадашов // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 122.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. [1][ölü keçid]
  2. İstiqlal fədailəri – Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri və silahdaşları (1918–1920-ci illər). Bakı: Mütərcim, 2013
  3. 1 2 3 4 5 М.М.Дадашов // Коммунист. 14 август 1981-ҹи ил. С. 2.