Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar — Vikipediya

Azərbaycan ordusunun hərbi qulluqçuları.

Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun yaradılması haqqında ilk tarixi sənəd.[1]

Qərarın verilməsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il, 26 iyun tarixli qərarı ilə 1917-ci ildə Zaqafqaziya Komissarlığının ordu strukturu kimi formalaşdırılmış Müsəlman korpusu adlanan hərbi birləşmə Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Həmin qərarla Azərbaycan Xalq Cümhuriyyəti bu hərbi birləşməyə sahibliyini hüquqi cəhətdən təstiqlədi. Bununla, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun əsası qoyuldu.[1]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Manaf Süleymanov, Azərbaycan Ordusu (1918–1920), Bakı, 1998.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]