Yulian (imperator) — Vikipediya
Flavius Klavdius Yulian | |
---|---|
Flavius Claudius Iulianus | |
Roma imperatoru | |
361 – 363 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm[1] |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, filosof |
Ailəsi | Konstantinlər sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331[2], Konstantinopol – 26 iyun 363[3], Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi.
Onun hakimiyyətə gəlməsindən öncə Xristianlıq dövlət dininə çevrilmişdir. Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını almağa çalışmışdır. O öncə xristian olmuş, ancaq sonra antik inancları qəbul edərək Yamblixin və Efesli Maksimin öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində Dinindən Dönmüş Yulian deyirlər.
Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian bütün dinlərin bərabərliyini elan etmişdir. Onun əmrinə əsasən xristianlar bütpərəstlərdən ələ keçirtdikləri məbədləri və əmlakı kahinlərə qaytarmalı və məktəblərdə tədris sistemindən uzaqlaşdırılmalı idilər.
Onun məqsədi Xristianlığın təqibi deyil, onunla rəqabət apara bilən islahatlardan keçmiş antik dinin bərpa edilməsi idi. Ancaq, Yulian bu məqsədə çata bilməmişdir. Az sonra o İranla aparılan savaşda döyüşlərin birində öldürülmüşdür. Onun həmin döyüşdə öz xristian döyüşçüləri tərəfindən öldürüldüyü də güman edilir. Yulianın ölümündən sonra Xristianlıq yenidən dövlət dininə çevrilmiş və bu proses artıq geriyə dönməz olmuşdur.[4]
Fəlsəfəsi
[redaktə | mənbəni redaktə et]Yulian həm də filosof olmuş, neoplatonizmin Perqama məktəbinin tanınmış nümayəndələrindən biri idi.
Xristianlığın güclənməsi zamanı yaşayan Porfirius, Yamblix, Proklus kimi yeni-platonçular antik dini zəmanəyə uyğunlaşdırmağa çalışırdılar. Onlar təktanrılığı özlərinə məxsus şəkildə təqdim etmiş, mənəvi və əxlaqi məsələlərə toxunmuşdular; bununla belə antik irslə bağlılıqlarını kəsməmiş, mistik fəlsəfələrə və teurgiyalara önəm vermişdilər.
Bir çox Şərq dinlərində günəş tanrılaşdırılırdı. O zaman Romada Mitra adlı İran tanrısının qnostik kultu yayılmış, bu din orduya və Romanın hakim dairələrinə nüfuz etmişdir. Yulian da günəşi tanrı hesab etmiş, onu təbiətin əsası və həyatın mənası kimi dəyərləndirmişdir. Ancaq onu gördüyümüz çıxan və batan günəşlə eyniləşdirmirdi. Yuliana görə gördüyümüz günəş həqiqi tanrı işığının qismən yansımasıdır (əks olunmasıdır). Həmçinin Yuliana görə ümumiyyətlə bizim gördüyümüz dünya həqiqət deyildir. Həqiqətə çatmaq üçün şeylərin həqiqi mahiyyətinə varmaq lazımdır. Mənəvi təkmilləşmə də bundan ibarətdir. Onun bu yanaşması Platonun ideyalar haqqında təliminə uyğun idi. Plotinin emanasiyasına uyğun olaraq Yulianın təlimində bütün tanrılar və mövcud olan varlıq günəş işığından yaranır.[5]
Yulian zamanımıza yalnız bəzi “Xristianlara qarşı” kitabından fraqmentlər gəlib çatmışdır. Bu kitabda o, xristian rəvayətlərində olan məntiqi ziddiyyətləri açıqlayaraq Xristianlığın Tanrıdan gəlmədiyini sübuta yetirmək istəmişdir. Eyni zamanda o, yunan dinində də çoxlu məntiqsizliklərin və nağılların olduğunu etiraf etmişdir. Onun fikrincə yalnız Platon Tanrı, dünya və insan haqqında ən yetkin fikirlər irəli sürmüşdür. Yulian bu əsərdə Platonun fikirlərini Tövratın ayələri ilə müqayisə edərək onların yəhudi rəvayətlərindən daha üstün olduğunu iddia etmişdir.[6]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Юлиан Отступник (rus.). // Малая советская энциклопедия / под ред. Н. Л. Мещеряков 2 Советская энциклопедия, 1936.
- ↑ Гревс И. М. Юлиан, Флавий Клавдий (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1904. Т. XLI. С. 333–341.
- ↑ Юлиан. // Большая энциклопедия / red. S. Yuzhakov СПб.: Editorial Illustration, 1905. C. 20. S. 700.
- ↑ Юлиан Отступник Arxivləşdirilib 2017-07-19 at the Wayback Machine // М. В. Белкин, О. Плахотская. Словарь «Античные писатели». СПб.: Лань, 1998.
- ↑ Лосев А. Ф. История античной эстетики Arxivləşdirilib 2022-07-30 at the Wayback Machine. Том VII. М.: Искусство, 1988, s. 454-471.
- ↑ Ранович А. Б. Первоисточники по истории раннего христианства. Античные критики христианства Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine. М.: Политиздат, 1990, s. 346-392.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 270-272. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 270-272. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Athanassiadi, Polymnia. Julian. An Intellectual Biography Routledge, London, 1992. ISBN 0-415-07763-X
- Bowersock, Glen Warren. Julian the Apostate. London, 1978. ISBN 0-674-48881-4
- Browning, Robert. The Emperor Julian, London, 1975.
- Dodgeon, Michael H. & Samuel N.C. Lieu, The Roman Eastern Frontier and the Persian Wars AD 226–363, Routledge, London, 1991.ISBN 0-203-42534-0
- Gardner, Alice, Julian Philosopher and Emperor and the Last Struggle of Paganism Against Christianity, G.P. Putnam's Son, London, 1895. ISBN 0-404-58262-1 / ISBN 978-0-404-58262-3. Downloadable at https://archive.org/details/julianphilosophe00gard.
- Hunt, David. "Julian". In The Cambridge Ancient History, Volume 13 (Averil Cameron & Peter Garnsey editors). CUP, Cambridge, 1998. ISBN 0-521-30200-5
- Lascaratos, John and Dionysios Voros. 2000 Fatal Wounding of the Byzantine Emperor Julian the Apostate (361–363 A.D.): Approach to the Contribution of Ancient Surgery. World Journal of Surgery 24: 615–619
- Murdoch, Adrian. The Last Pagan: Julian the Apostate and the Death of the Ancient World, Stroud, 2005, ISBN 0-7509-4048-4
- Neander, August, The Emperor Julian and His Generation, An Historical Picture, translated by G.V. Cox, John W. Parker, London, 1859. ISBN 0-217-34765-7 / ISBN 9780217347655. Downloadable at https://archive.org/details/emperorjulianan01neangoog.
- Rendall, Gerald Henry, The Emperor Julian: Paganism and Christianity with Genealogical, Chronological and Bibliographical Appendices, George Bell and Sons, London, 1879. ISBN 1-152-51929-8 / ISBN 9781152519299. Downloadable athttps://archive.org/details/emperorjulian00rend.
- Rohrbacher, David. Historians of Late Antiquity. Routledge: New York, 2002. ISBN 0-415-20459-3
- Smith, Rowland. Julian's gods: religion and philosophy in the thought and action of Julian the Apostate, London, 1995. ISBN 0-415-03487-6
- Гиббон Э. История упадка и разрушения Римской империи. Том 3.
- Бенуа-Мешен Ж. Юлиан Отступник, или Опаленная мечта (L’empereur Julien ou le rêve calciné). (Серия «ЖЗЛ»)
- Эвола Ю. Император Юлиан // Традиция и Европа. — Тамбов, 2009. — С. 25-28. — ISBN 978-5-88934-426-1.
Xarici bağlantılar
[redaktə | mənbəni redaktə et]- Laws of Julian. Two laws by Constantius II, while Julian was Caesar.
- Imperial Laws and Letters Involving Religion, some of which are by Julian relating to Christianity.
- A 4th century chalcedony portrait of Julian, Saint Petersburg, The State Hermitage Museum.
- Julian's Spin Doctor: The Persian Mutiny Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, Article by Adam J. Bravo.
- Rowland Smith's "Julian's Gods", Review by Thomas Banchich.
- Excerpt from by Adrian Murdoch, The Last Pagan Arxivləşdirilib 2008-06-26 at the Wayback Machine at the California Literary Review.
- The Julian Society. A society of pagans who admire Julian.
- THE EMPEROR JULIAN, PAGANISM AND CHRISTIANITY Arxivləşdirilib 2015-03-02 at the Wayback Machine., In BTM Format.
- Julian the Apostate why he was important, and his place in world history