Müqəddəs Yekaterina monastırı — Vikipediya
Müqəddəs Yekaterina monastırı | |
---|---|
Μονὴ τῆς Ἁγίας Αἰκατερίνης | |
28°33′20″ şm. e. 33°58′32″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Cənubi Sina mühafəzəsi[d] |
Tikilmə tarixi | 548 |
Üslubu | Bizans memarlığı |
Rəsmi sayt | sinaimonastery.com |
Vikianbarda əlaqəli mediafayllar |
Sinay monastırı və ya Müqəddəs Yekaterina monastırı (yun. Μονὴ τῆς Ἁγίας Αἰκατερίνης, Monì tìs Agìas Ekaterìnis, ərəb. دير القدّيسة كاترينا ) — Misirin Santa Katerina şəhərində yerləşən ortodoks monastırı. Rəsmi adı - Allahgəzən Sinay dağının Müqəddəs monastırıdır (yun. Ιερά Μονή του Θεοβαδίστου Όρους Σινά).
Tarixi
[redaktə | mənbəni redaktə et]Bizans imperatoru I Yustinianın əmri ilə 548-565-ci illər arasında inşa edilmişdir. Fatimilər xilafəti dövründə monastırın ətrafında məscid inşa edilsə də, qibləyə istiqamətləndirilmədiyi üçün heç vaxt istifadə olunmamışdır.
İncəsənət nümunələri
[redaktə | mənbəni redaktə et]Monastırda yunan, ərəb, erməni, gürcü, ivrit, arami və Qafqaz Albaniyası dillərində əlyazmalar, 100-dən çox ikona və rəsm əsəri tapılıb. Bu əlyazmalardan biri də Qafqaz Albanlarının dilində yazılmış Sinay palimpsestidir.
İkonalar
[redaktə | mənbəni redaktə et]- İsa və Məryəm, VI əsr
- İsa Məsihin bilinən ilk ikonası
- Çarmıxa gərilmə, XIII əsr
- Müqəddəs qapılar
- Madonna və körpə, XIII əsr
- Mikayıl, XIII əsr
- Çevrilmə, XII əsr
- İmperator VIII İohann Paleoloq
- Müqəddəs Katerinanın ikonası