Mübariz (snayper tüfəngi) — Vikipediya

Mübariz (Snayper tüfəngi)Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan snayper tüfəngi.[1][2]

Mübariz snayper tüfəngi
İstismar tarixçəsi
İstismara başlanması 2013-h.h
İstehsal Müdafiə Sənayesi Nazirliyi (Azərbaycan)
İstismar edənlər
İstifadə edilən döyüşlər İkinci Qarabağ müharibəsi
İstehsal tarixçəsi
İstehsalçı AzərbaycanAzərbaycan
Xüsusiyyətləri
Ağırlığı 16 kq
Məsafə 2000 m
Uzunluğu 1700 mm

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan Mübariz snayperi ilk dəfə 2012-ci il noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində "İndoDefence −2012" müdafiə sərgisində nümayiş olunub. Bu tüfəng eyni zamanda Azərbaycanın lisenziyası ilə Türkiyənin MKEK (Mechanical and Chemical Industry Corporation) şirkəti tərəfindən də istehsal edilir. Azərbaycan, İordaniya, TürkiyəPakistan Silahlı Qüvvələrində silahlanmaya qəbul edilib.[1]

Adlandırılması[redaktə | mənbəni redaktə et]

Mübariz snayperi 2013-cü ilin əvvəllərində orduda silahlanmaya qəbul edilib. Sınaqlar zamanı milli silahımız üzərində xeyli təkmilləşdirmələr aparılıb. "İstiqlal" snayper tüfəngi ailəsindən olan yeni tüfəng, silahlanmaya Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şərəfinə "Mübariz" adı ilə qəbul edilib.[3]

Texniki xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

İST −12,7 "Mübariz" — 12,7 mm-lik iri çaplı yarımovtamat snayper tüfəngidir. "Mübariz" uzaq məsafələrə dəqiq atəş aparmaq üçün nəzərdə tutlmuş atıcı silahdır.

12.7x108 mm-lik patronlardan atəş açan "Mübariz" tüfəngi müxtəlif istismar şəraitində — havanın 93–97% nisbi rütübətliliyində, −50 dərəcədən +50 dərəcə temepratura qədər effektiv istifadə oluna bilir. Yağış, toz və qar şəraitində etibarlı işləyir. O, vacib düşmən hədəflərinə tək-tək və dəqiq atəşin açılması üçün nəzərdə tutulub. Tüfəngin hədəfə tuşlanması optik və mexaniki nişangahlarla yerinə yetirilir. "Mübariz" snayper tüfəngi yerli müəssisədə hazırlanmış daha müasir optik nişangahla və ya Aselsan Pyton termal görüntüləmə nişangahı ilə təchiz olunur.[4]

Taktiki-Texniki xüsusiyyətləri:

Sursat — 12,7×108 mm

Çapı — 12,7 mm

Atəş tezliyi — 15 atəş/ dəq

Başlanğıc surət B-32–845m/san

Silahın uzunluğu — 1700mm

Lülənin uzunluğu — 1100mm

Hədəf məsafəsi — 2000mm

Sursat sandığı — 7 ədəd

Çəkisi — 16 kq

İş prinsipi — yarım avtomat

İstifadə edən ölkələr[redaktə | mənbəni redaktə et]

Azərbaycan Azərbaycan
Türkiyə Türkiyə
Pakistan Pakistan
İordaniya İordaniya

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Arxivlənmiş surət". 2020-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-26.
  2. http://www.xezerxeber.az/mobil//G%C3%BCnd%C9%99m/88998.html[ölü keçid]
  3. "Arxivlənmiş surət". 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-26.
  4. "Arxivlənmiş surət". 2020-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-26.