Mətləb Abdullayev — Vikipediya

Mətləb Abdullayev
Mətləb Fətəli oğlu Abdullayev
Doğum tarixi (54 yaş)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı
IMDb ID3178510

Mətləb Abdullayev (tam adı: Mətləb Fətəli oğlu Abdullayev ; 2 avqust 1969-cu il) — Azərbaycan aktyoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1996-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb.

Qaraxan ("Ana intiqamı" Vidadi Babanlı), Carçı ("Kral Lir" Vilyam Şekspir),Hüseynqulu xan ("Hökmdar və qızı" İlyas Əfəndiyev), Şəhər əhli ("Ah, Paris Paris!" Elçin), Topal ("Fərhad və Şirin" Səməd Vurğun), Şahzadə Tiqran ("Pompeyin Qafqaza yürüşü" Nəcəf Həsənzadə), Can ("Sokratı anma gecəsi" Çingiz Aytmatov),4-cü ərizəçi ("Lənkəran xanının vəziri" Mirzə Fətəli Axundov), Qurban ("Aydın" Cəfər Cabbarlı), Əbdürrəhman ("Ədirnə fəthi" C.Cabbarlı), Səfi bəy ("Eşq intiqam" Süleyman Sani Axundov), Halaypozan ("Hələ sevirəm deməmişdilər" Ramiz Novruz), Rozenkrants ("Hamlet" V.Şekspir), 1-ci cangüdən ("Varlı qadın" Əli Əmirli), Həbib bəy ("Dirilən adam" Mir Cəlal), Möhnət ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev), Nağı ("Ölüləri qəbiristanlıqda basdırın" İsmayıl Şıxlı), Həbib bəy ("Dirilən adam" Mir Cəlal), Elmi işçi ("İkinci səs" Bəxtiyar Vahabzadə), Məşədi Oruc ("Ölülər", Cəlil Məmmədquluzadə), sədr ("Almaz", Cəfər Cabbarlı).

Aktyor "Yurd yeri" (Ordu əsgəri), "Sağ ol!" (Satıcı), "Qırmızı qar" (Suren) teletamaşalarında oynayıb.

Mükafatları[redaktə | mənbəni redaktə et]

10 may 2019-cu ildə[1], 7 may 2020-ci ildə[2] və 7 may 2021-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

29 oktyabr 2019-cu ildə “Əməkdar artist” adına layiq görülüb.[4]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
  2. Biz qayıdacağıq (film, 2007)
  3. Cavad xan (film, 2009)
  4. Cavid ömrü (film, 2007)
  5. Qırmızı qar (film, 1998)
  6. Ləkə (film, 2013)
  7. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  8. Ölüm növbəsi (film, 2009)
  9. Pərvanələrin rəqsi (serial, 2012)
  10. Sonuncu şahid (film, 2004)
  11. Təlatüm (film, 2006)
  12. Vəkil hanı? (film, 2011)
  13. Yağışdan sonra (film, 1998)
  14. Yanmış körpülər (film, 2007)
  15. Yazıçı (film, 2013)
  16. Yurd yeri
  17. Yurd yeri 2
  18. Vicdan haqqı (teleserial, 2016)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  2. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  4. "Prezident bu şəxslərə fəxri adlar verdi". 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.

Mənbə[redaktə | mənbəni redaktə et]