Mətanət Atakişiyeva — Vikipediya

Mətanət Atakişiyeva
Mətanət Ağazair qızı Atakişiyeva
Doğum tarixi 16 may 1962(1962-05-16) (61 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti teatr aktrisası, kino aktrisası
Təhsili
Teatr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2002 "Tərəqqi" medalı — 2019

Mətanət Ağazair qızı Atakişiyeva (16 may 1962, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikanın Əməkdar artisti (2002).

Həyatı[redaktə | mənbəni redaktə et]

Mətanət Atakişiyeva 16 may 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu teatrın səhnəsində çox sayda tamaşada rol almışdır. Bundan başqa aktrisa bir neçə teletamaşada və filmdə çəkilmişdir.

M. Atakişiyeva 2002-ci ildə Azərbaycan Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ilin mayında teatr sahəsindəki xidmətlərinə görə "Humay" milli mükafatını almışdır.[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 9 may 2018-ci ildə[5], 10 may 2022-ci ildə[6] və 6 may 2023-cü ildə[7] Prezident Mükafatına layiq görülmüşdür.

Əsas rolları[redaktə | mənbəni redaktə et]

  1. İblis (H. Cavid) — qaraçı
  2. Atabəylər (N. Həsənzadə) — kəniz
  3. Sehrli alma (Y. Lada) — dayə
  4. Nişanlı qız (S. Rəhman) — Qəmər
  5. Od gəlini (C. Cabbarlı) — 2-ci qız
  6. Ah, Paris… Paris!.. (Elçin) — Gülər xanım
  7. Vaqif (S. Vurğun) — Gülnar
  8. Torpağa sancılan qılınc (N. Xəzri) — Gönçəqız
  9. Şeyx Xiyabani (İ. Əfəndiyev) — Səhər
  10. Məlik Məmməd (nağıl-tamaşa) — ispan gözəli; Gülçin; nağılçı
  11. Mənsiz dünya (N. Xəzri) — Qaratel
  12. Yalan (S. Rəhman) — Xumar
  13. Məhəbbət və azadlıq (G. Fiqeryedu) — Kleya
  14. Fərhad və Şirin (S. Vurğun) — Fitnə
  15. Özümüzü kəsən qılınc (B. Vahabzadə) — Mələk
  16. Burla Xatun (N. Xəzri) — Qısırca yengə
  17. Bu dünyanın adamları (Hidayət) — Səkinə
  18. Ulduz yaxud Ədirnə fəthi (C. Cabbarlı) — havalı qadın
  19. Ağqoyunlular və qaraqoyunlular (Ə. Əmirli) — Qaraqoyunlu bibi
  20. Brüsseldən məktublar (H. Həsənov) — Tubu xanım Axundova
  21. Qatil (Elçin) — Xanım Həsənzadə
  22. Ölüləri qəbiristanlıqda basdırın (İ. Şıxlı) — Sərvinaz bəyim
  23. Kaş araba aşmayaydı (O. İoseliani) — Tasiya
  24. Xəcalət (H. Mirələmov) — Fərqanə
  25. Eloğlu (A. Şaiq) — Anaxanım
  26. Şekspir (Elçin) — Sara Bernard
  27. Əmir Teymur (H. Cavid) — Dilşad

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Gümüşgöl əfsanəsi (film, 1984) — rol: Nərgiz
  2. Ordan-burdan (film, 1987) — rol: Rənanın rəfiqəsi
  3. Dəvətnamə (film, 2003) — rol: Firuzə
  4. Tənha durna uçuşu (film, 2003)
  5. Cavid ömrü (film, 2007)
  6. Absurdistan (film, 2008) (tammetrajlı bədii film) — rol: polisin arvadı
  7. Ayrılıq imiş (film, 2008)
  8. Vəkil hanı? (film, 2011)
  9. Ləyaqət hücrəsi (film, 2011)
  10. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  11. Sübhün səfiri (film, 2012)
  12. Həyat çiçəyi (teleserial, 2013)
  13. Həyat sən nə qəribəsən (teleserial, 2013)
  14. Məhəbbət və susuzluq (film)
  15. İnanmırsansa (film) — rol: Arzu
  16. Yunus İmrə (film) — rol: Fatma

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Humay" milli mükafatı sahiblərinə təqdim edilmişdir". 2021-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-25.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-31.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  4. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.