Mənsur ibn Maymun — Vikipediya

I Mənsur
Dərbəndin XI əmiri [1]
1003 – 1034
ƏvvəlkiLəşkəri ibn Maymun
SonrakıƏbdülmalik ibn Mənsur
Şəxsi məlumatlar
Doğum yeri Dərbənd
Vəfat tarixi
Vəfat yeri Dərbənd
Milliyyəti ərəb
Atası Maymun ibn Əhməd
Həyat yoldaşı Səriyə (Sərir hökmdarı Buxt Yişonun qızı)
Uşağı Əbdülmalik ibn Mənsur

Mənsur - Dərbənd əmiri.[2]

Hakimiyyətə gəlişi[redaktə | mənbəni redaktə et]

Dərbənd əhalisi Şirvanşah Yezid ibn Əhməddən özlərinə əmir seçmək istədikləri Əbu Nəsr ibn Maymunun azad olunmasını tələb etdilər. Lakin Yəzid qızını Əbu Nəsrə ərə vermək istəməsi bəhanəsilə bundan boyun qaçırdı və şərt qoydu ki, Əbu Nəsri o zaman buraxar ki, Dərbənd camaatı Dərbənd və Çul qalalarının tikilməsinə (daha doğrusu, bərpa olunmasına) razılıq versinlər. Dərbəndlilər bu təklifi rədd etdilər və Yəzid heç bir günahı olmayan Əbu Nəsri edam etdi. Əbu Nəsr Şabran qalasının həbsxanasında saxlanırdı və Şirvanşah onu həmin şəhərin qapıları qarşısında dəfn etdirdi. Dərbənd əhalisi Əbu Nəsrin qardaşı Mənsuru əmir seçdi.

Hakimiyyəti[redaktə | mənbəni redaktə et]

1019-cu iləcən əmirliyi sülh içində keçdi lakin onu devirən rəislər bu dəfə Yezid ibn Əhməd beyət etdilər. Mənsur Sərirə qaçdı və 2 il sonra yenidən əmir oldu. 1025-ci ildə Mənsur Sərir hökmdarı Buxt Yişonun qızı Səriyə ilə evləndi. Tarix-i əl-Bab"da xəbər verilir ki, h.423 (1032)- ci ildə alanlar və sərirlilər ruslarla birlikdə Şirvana hücum edərək Yəzidiyyəni zorla ələ keçirdilər.[3] Mənbədə sonra göstərilir ki, onlar Şirvanı qarət edib, əsirlərlə birlikdə öz ölkələrinə qayıdarkən əl-Babın taxta (əl-xəşab) qapılarına çatdılar, lakin sərhəd vilayətlərinin əhalisi əmir Mənsurun başçılığı ilə onlara hücum etdi və çoxunu məhv edərək Şirvandan qarət etdikləri hər şeyi əllərindən aldı. Alanların cüzi bir hissəsi əmirləri ilə birlikdə xilas ola bildi. H.424 (1033)-cü ildə alanların dəstəsi əl-Bab sakinlərindən qisas almaq məqsədilə yenidən basqın etdi və bu dəfə də məğlubiyyətə uğradı. Sonrakı il əmir öldü.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. V.Minorski -Şirvan və Dərbənd tarixi, səh 46
  2. V.Minorski -Şirvan və Dərbənd tarixi
  3. Minorski, § 15, s. 11