Lyuis funtu — Vikipediya

Lyuis funtu
Dövriyyə ərazisi
Emitent ölkə
Tarixi
Dövriyyəyə buraxılma sentyabr 2008
1 Lyuis funtu

Lyuis funtuBöyük Britaniyanın Lyuis şəhərində istifadə edilən regional valyuta. Digər regional valyutaların istifadəsi təcrübəsindən istifadə edərək şəhər şurası onun 2008-ci ilin sentyabrından dövriyyyəyə buraxılmasına razılıq verdi. Qərarın iqlimin dəyişməsi və neftin qiymətinin artmasından yaranan problemlərin aradan qaldırılması məqsədilə qəbul edildiyi bildirilirdi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Lyuis ilk dəfə öz valyutasını 1789-cu ildə buraxıb, ancaq 1895-ci ildə digər regional valyutalarla birgə buraxılışı dayandırılıb.[1] Onun buraxılışı kütləvi informasiya vasitələrində uzun müddət müzakirələrdən sonra 2008-ci ilin sentyabrında bərpa edilib.

3 iyul 2009-cu ildə elan edildi ki, onun buraxılışı davam etdiriləcək. £ 5, £ 10 və £ 21 dəyərli funtların buraxılışı üzərində iş gedir.[2]

Dəyəri[redaktə | mənbəni redaktə et]

1 Lyuis funtu 1 funt sterlinqə bərabərdir və Lyuisin 130 mağazasında qəbul edilir (dövriyyəyə buraxılanda onların sayı 70 idi).[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Lewes Pound great value with 10% off". The Argus. 2008-09-09. 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.
  2. "New notes boost town's currency". BBC News Online. 2009-07-03. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2009.
  3. "Barter economy". BBC. 2009-01-24. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.