Lui Lümyer — Vikipediya

Lui Lümyer
fr. Louis Lumière
Doğum tarixi 5 oktyabr 1864(1864-10-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 iyun 1948(1948-06-06)[3][1][…] (83 yaşında)
Vətəndaşlığı
Fəaliyyəti ixtiraçı, mühəndis, kinorejissor, fotoqraf, sahibkar, kimyaçı, kinematoqraf
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeninin Böyük xaçı Fəxri Legion ordeninin yüksək rütbəli zabiti "Fəxri legion" ordeni kavaleri
IMDb ID0525910
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lui Lümyer (fr. Louis Jean Lumière, 5 oktyabr 1864[1][2][…], Bezanson[5]6 iyun 1948[3][1][…]) — kinematoqrafiyanın banisi. Ogüst Lümyerin doğma qardaşıdır. 1919-cu ildən etibarən Paris Elmlər Akademiyasının üzvü seçilmişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Lion şəhərində yerləşən Lümyer İnstitut Muzeyi

Lui Lümyer 1864-cü ildə Fransanın Bezanson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra fotoqraf kimi fəaliyyət göstərmyə başlamışdır. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə "Hərəkət edən fotoqraf" çəkilişi və proyeksiyası üçün kinoapparat ixtira edir. Sonradan həmin kinoapparat "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırıldı.İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1896-cı ildə Lümyer qardaşları London, Nyu-YorkBombey şəhərlərinə səyahət etmişdilər.

1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. 1948-ci ildə 6 iyun tarixində Lui Lümyer vəfat etmişdir. Hər il Fransada keçirilən Ən Yaxşı Sənədli Filmə "Lui Lümyer" mükafatı verilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 2,0 2,1 Louis Jean Lumiere // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  3. 3,0 3,1 Люмьер Луи Жан // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 4,0 4,1 NNDB (ing.). 2002.
  5. 5,0 5,1 Artists + Artworks (ing.).
  6. 6,0 6,1 RKDartists (nid.).

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]