Lotu Hikmət — Vikipediya

Lotu Hikmət
Hikmət Məmmədqulu oğlu Muxtarov
Doğum tarixi
Doğum yeri Kürkəndi, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (49 yaşında)
Vəfat yeri Moskva, Mərkəz Federal Dairəsi, Rusiya Federasiyası
Vəfat səbəbi Sui-qəsd
Uşaqları 1 oğlu və 1 qızı
Atası Məmmədqulu Muxtarov
Milliyyəti azərbaycanlı
Təhsili ADİU
Fəaliyyəti qanuni oğru, çirkli pulların yuyulması
Fəaliyyət illəri 1974–2006

Hikmət Məmmədqulu oğlu Muxtarov (rus. Хикмет Мамедгули оглы Мухтаров; 3 noyabr 1956, Sabirabad rayonu7 aprel 2006, Moskva) — Sabirabadlı Hikmət və ya Lotu Hikmət ləqəbli azərbaycanlı kriminal avtoritet, qanuni oğru.

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Hikmət Muxtarov 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən Bakı şəhər Prokurorluğunun müstəntiqinin oğlu ilə dalaşıb və üç il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı İslah Əmək Koloniyasında və Xələc düşərgəsində çəkib.

1981-ci ildə 7 il azadlıqdan məhrum edilib.

Dördüncü cəzalanma müddətində aclıq aksiyasına başlayıb və düşərgədəki bütün dustaqların ona qoşulması işinin üstünə 3 il əlavə olunması ilə nəticələnib.

"Böyük qardaş" ləqəbi ilə Novoçerkassk qapalı həbsxanasına göndərilib. Sankt-Peterburq "Kresti" kiçmanında və Vorkuta həbsxanalarında cəza çəkib.

1997-ci ildə Bakıda həbs olunub və iki gün sonra azadlığa buraxılıb.

2001-ci ildə 8 il azadlıqdan məhrum edilib. 1 il 3 aydan sonra əməlində cinayət tərkibi tapılmadığından həbsdən azad edilib.

"Lotu Hikmət" ləqəbli Hikmət Muxtarov, 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilib. Qatillər o ofisdən çıxıb avtomobilinə minmək istəyərkən ona avtomat və tapançadan atəş açıblar. 11 apreldə onun cəsədi təyyarə ilə Azərbaycana göndərilib və Kürkəndi kəndindəki qəbiristanlıqda dəfn edilib. Onun dəfn mərasimində 2 minə yaxın şəxs iştirak edib.[1]

Hikmət Muxtarovun bir oğlu və bir qızı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. РАФАЭЛЬ Ъ-МУСТАФАЕВ. "Полиция простилась с авторитетом по понятиям". Газета "Коммерсантъ". 12.04.2006. 2013-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-16.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]